Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4481/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 940,80 manat, 437,76 manat, 1468,80 manat və 48,48 manat dövlət rüsumunun, ümumilikdə isə 2895,84 manat pul tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-cu il tarixli 5479 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********04880 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4T Smart markalı, **********885 nömrəli qaz sayğacı quraşdırılmışdır. ünvan 2 ünvanına müxtəlif vaxtlarda əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2021-ci il tarixli akt, ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Eləcə də ******* saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğaca qanunsuz müdaxilə halı aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 940,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı aktla Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Dəmir peçin maksimal saatlıq qaz 1.4 m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 1468,8 manat, xx.xx.2021-ci il tarixli ******* saylı aktla Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 40 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 40 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 437,76 manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 2018-ci ildə iddiaçı təşkilat ona qanunsuz akt tərtib edərək cərimə hesablamışdır. Sayğac mənzildən kənarda, hasarın çölündə yerləşir. O, sayğaca müdaxilə etməmişdir. Bu səbəbdən də 2018-ci il tarixdə tərtib edilmiş aktla razlaşmır və həmin akta görə hesablanmış cəriməni qəbul etmir. Sayğaca baxış keçirilərkən və dəyişdirilərkən o, iştirak etməmiş, bu barədə aktın tərtib edilməsindən məlumatı olmamışdır. O, cəriməni ödəmədiyi üçün onun mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. Bu səbəbdən də o, məcbur olub kənar xətt çəkərək təbii qazdan istifadə etmişdir. Kənar xətt çəkməklə qanunsuz qoşulduğunu etiraf etdi. Lakin o, buna məcbu olmuşdur. Odur ki, iddianı qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 5479 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə ünvanında yerləşən, 488 saylı evə aid qaz sayğacının yoxlanılması zamanı sayğacın plastmas qapağının yan tərəfində iz olduğundan plomb əməkdaşlar tərəfindən açılmaqla sayğacın daxilinə baxış keçirilmiş və heç bir kənar təsir izi aşkar olunmamışdır. Sayğacın membranını hərəkətə gətirən qollarının əridiyi aşkar olunmuşdur. xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünürki, İddiaçı İB əməkdaşları Cavabdeh məxsus ünvan 3 ünvanına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmişdir. 31 may 2022-ci il tarixli Abonentin saldosundan (abonent kodu **********04880) görünür ki, Cavabdeh İddiaçınə qaz sərfiyyatına görə 2018-ci il üzrə 1468,80 manat, 2021ci il üzrə 940,80 manat, 2022-cü il üzrə 445,36 manat məbləğində borcu vardır. İddiaçı İB Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, ünvan 3 ünvanında kənar xətt qoşulması nəticəsində dəymiş zərər 8640m3+3648m3+7344m3 həcmində müəyyən edilmişdir. Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 2.2-ci və 2.2.2-2.24-cü bəndlərinə əsasən paylayıcının istehlakçı tərəfindən bu müqavilənin “qazdan istifadə qaydaları”nın tələbləri pozulduğu hallarda həmin halların aradan qaldırımasını ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarınımüvafiq qaydada rəsmiləşdirmək və baxılmasıüçün aidiyyəti dövlət orqanlarına göndərmək və istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsin əəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında iddiaçı tərəfindən cavabdehə məxsus yaşayış sahəsində sayğacdan kənar xətt qoşulması müəyyən edilmiş, bununla bağlı akt tərtib edilərək hesablaşma aparılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh onun tərəfindən kənar xətt çəkildiyini etiraf etdi. Məhkəmə hesab edir ki, cavabdeh (istehlakçı) qaz paylayıcısı ilə aralarında bağlanan müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozaraq istifadəsində olan yaşayış evinə əlavə xətt çəkərək qaz şəbəkəsinə qanunsuz qoşulmuş, bununla da iddiaçıya qazdan qanunsuz istifadə nəticəsində 1378,56 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış borc məbləğinə münasibətdə isə qeyd edir ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyn tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Odur ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1468,80 manat borc məbləği əsasız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1378,56 manat İddiaçıİB-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 25 manatı iddiaçıya aid edilməli, 23,48 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1378,56 (bir min üç yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,48 (iyirmi üç manat, qırx səkkiz qəpik) manat İddiaçı İB-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4481/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4481/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver