Məhkəmə qərarları › İş №e-2(060)-4483/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4483/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4483/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 961.2 (doqquz yüz altmış bir manat 20 qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 991.2 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı xx.xx.2019-cu il tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00140 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON GALLUS PAY markalı, **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, Sumqayıt şəhəri, Zeynalabdin qəs., məh.1, ünvanında yerləşən 36 nömrəli fərdi yaşayış evinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və fərdi yaşayış evinin sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2020-ci il tarixli, akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 9612 m (doqquz yüz altmış bir manat, 20 qəpik), borc hesablanmışdır. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 961.2 (doqquz yüz altmış bir manat 20 qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 991.2 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qət edilmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, etiraf edir ki, təbii qazdan istifadə qaydalarını pozaraq kənar xətdən istifadə etmişdir. Buda cəmi 15 gün ərzində olmuşdur ki, təxminən istifadə etdiyi qazın dəyəri 100 manat olar. O, hazırda cərimənin ödənməsinə etiraz etmir, lakin tələb olunan cərimə məbləği həddindən artıq çox şişirdilmişdir. Bundan əlavə, o, ayda 5 (beş) manat olmaqla cərimə borcunu ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 05 fevral 2019-cu il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün. ASQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 9612 m3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi, X4 14-ə aktlara görə 961,20 manat cərimə hesablanmışdır. İş materiallarında olan İddiaçı Sumqayıt QİS tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Birliyin əməkdaşları tərəfindən abonentin qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti tərəflərindən aşkar edilərək xx.xx.2020-ci il tarixində ******* nömrəli aktla rəsmiləşdirilmiş və qazın dəyəri müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 961,20 manat borcu yaranmışdır. Hesablanmış 961,20 manat borcun 5 gün müddətinə ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Zeynalabdin qəsəbəsi, X4 14-ə aid qaz sayğacından kənar xətt aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə baxışında cavabdeh yaşadığı fərdi evə aid sayğaca kənar xətt vasitəsi ilə qoşulduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 961,20 (doqquz yüz altmış bir manat 20 qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 991,2 (doqquz yüz doxsan bir manat 20 qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 961,20 (doqquz yüz altmış bir manat 20 qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 991,2 (doqquz yüz doxsan bir manat 20 qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar