Məhkəmə qərarları › İş №e-2(060)-4484/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4484/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4484/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli 1394 saylı“ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00620 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON DİAFRAQMA markalı, 1602AZ**********40 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, Sumqayıt şəhəri, Tağıyev qəs., Hacıbəyov küç., 1 nömrəli evin, 62 saylı mənzilinə əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyriqanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerində ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2022-ci il və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli aktla qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 140.4 manat, xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 12 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 195.84 manat, xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 38 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 38 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 145.92 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 134.4 manat, xx.xx.2021ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 134.4 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 230.4 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 32 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 32 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 122.8 manat, xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat və xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 33 gün, İran sobası maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 33 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 126.7 manat, xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobası maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi X2 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 4154.01 manat borcun, 61.54 manat dövlət rüsumunun, ümumilikdə cəmi 4215.55 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə düzəliş edilməsi haqqında ərizə ilə müraciət edərək bidirmişdir ki, iddia ərizəsində texniki səhv edilərək ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktların nömrəsi təkrar yazılmışdır. Lakin sonradan müəyyən edilmiş ******* saylı xx.xx.2016-cı il tarixli, 01034016 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2019-cu il tarixli aktların nömrəsinə düzəliş olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, mənzildə sayğacdan kənar xətt aşkarlandığına görə itirirlmiş qazın bərpası məqsədilə cavabdehin ünvanına 15 dəfə akt tərtib olunmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, xidmət rəisidir, 2018-ci ildən həmin ərazi üzrə xidmət göstərir. ünvan 2 ünvanına akt tərtib edilmişdir. Həmin ünvanda cavebdehi qardaşı Hüseynov Hüseyn yaşamışdır. Onlar bir həyətdə yaşayırlar, evin bir darvazası var. Həmin ünvanda abonent kimi Hüseynov Hüseyn qeydə alındığına görə aktın tərtibi zamanı da onun adı yazılır. "xxxx" MMC tərəfindən mütəmadi olaraq ərazi üzrə yoxlamalar həyata keçirilir. Qanunsuz qoşulma halı aşkar olunan zaman onlara məlumat verilir. Sənədləşmə onlar tərəfindən həyata keçirilir. Davudun adına 4-5 ay olar ki, yeni sayğac vardır. Yeni qazlaşmanı "Azəriqaz Layihə İnşaat” MMC tərəfindən aparılır. Ünvanda qanunsuz qoşulmanın Davud tərəfindən edilməsi ilə bağlı məlumatları yoxdur. Hər dəfə akt tərtib olunduqdan sonra qanunsuz qoşulan xətt kəsilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi qəbul etmir. Ondan kiçik 1985-ci il təvəllüdlü qardaşı Hüseynov Hüseyn qanunsuz olaraq qaz xəttinə qoşulmuşdur. Qardaşı Hüseyn xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Qardaşının ünvanı Ü.Hacıbəyov küçəsi ev 62, onun ünvanı isə ev 62a-dır. Evləri bir həyətdə olsa da, qapıları ayrıdır. O, ümumiyyətlə qazdan istifadə etməmiş, 3-4 ay əvvəl qaz xətti çəkdirmişdir. Həmin vaxtda qədər isə odun sobasından istifadə edirdi. Qardaşının evində hazırda heç kim yaşamır. Əvvəl digər qardaşı yaşayırdı, o isə həbsdədir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X10 izahatında bildirmişdir ki, aktların tərtibatında iştirak etmiş və imza etmişdir. Həmin ünvanda cavabdehin Hüseyn və Əli adlı qardaşları yaşayırdı. Hüseyn vəfat etmiş, Əli isə 2022-ci ilin iyun ayında həbs edilmişdir. Cavabdeh həmin həyətdə ayrı evdə yaşayırdı. Bu il qaz xətti çəkdirmişdir. Əvvəl isə dediyinə görə işıqdan istifadə edirdi. Davudun ünvanına quraşdırılmış sayğac üzrə ödənişlər vaxtında həyata keçirilir. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı İB-nin 1394 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh ilə Sumqayıt şəhəri QİS-in rəisi Elxan Hüseynov arasında xx.xx.2020-ci il tarixində müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı xx.xx.2016-cı il tarixli akt sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Süleymanın adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı xx.xx.2020-ci il tarixli akt sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Hüseynin (Cavabdeh) adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 01034016 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Hüseynin adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş AZ İİ seriyalı, 073821 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan suiistifadə yolverilməzdir. (MM-560.3.2) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvanda sayğacankənar xəttin aşkar olunmasının cavabdeh tərəfindən hər hansı müdaxilə nəticəsində baş verməsi və ya onun təqsiri üzündən olması öz təsdiqini tapmadığından və bu hal şahid ifadələri ilə təsdiq olunduğundan itirilmiş sərfiyyatı ilə bağlı cavabdeh məsuliyyət daşımır. Belə olan halda, iddiaçının məsuliyyəti cavabdehin öhdəliyinə verməsi və əsassız olaraq borc hesablayaraq qanunsuz tələb etməsi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı təşkilat daşıdığından («Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən), cavabdehin təqsiri müəyyən edilmədiyindən, yəni sayğacdankənar xəttdən cavabdehin istifadə etməsi sübut olunmadığından həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı təşkilat tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədilə iddiaçı təşkilat tərəfindən cavabdehin abunə koduna hesablanmış dəymiş ziyanın tələb edilməsi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar