Məhkəmə qərarları › İş №e-2(060)-4485/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4485/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4485/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, itirilmiş təbii qazın bərpası üçün 1080 manat borcun və 30,08 manat dövlət rüsumunun, cəmi 1110,08 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıxx.xx.2022-ci il tarixli 714 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında cavabdehə məxsus mənzili təbii qazla təchiz edir. Sumqayıt şəhəri, Saray bağları, Hacıbəyov küçəsi, 4201 saylı fərdi yaşayış evinə iddiaçının əməkdaşları tərəfindən baxış keçirilmiş və fərdi yaşayış evinin sahibi tərəfindən təbii qazdan qeyriqanuni istifadə halı aşkar edilmişdir. İddiaçının əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2020-ci il tarixli, akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 1.6 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombi maksimal saatlıq qaz sərfi 2.6 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiator maksimal saatlıq qaz sərfi 0.8 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 1080 manat borc hesablanmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, Cavabdehə borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq məktubu da göndərilib. Lakin, cavabdeh borcu ödəməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, qeyd edilən ünvanda yerləşən ev ona məxsus olsa da o, həmin vaxt qeyd edilən ünvanda yaşamayıb. Belə ki, tanış bir adama evə nəzarət etmək üçün orada yaşamağa icazə vermişdi. Ola bilsin ki, sayğacdan kənar xətti də həmin adam çəkib. Onun hesablanmış məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından göründüyü kimi cavabdeh xx.xx.1944-cü ildə, Qazax rayonu, 1ci Şıxlı kəndində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, abonentin sayğacdan kənar xətt, yəni rezin boru ilə istifadə etməsi halı aşkarlandı. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. 14 fevral 2020-ci il tarixli aktla cavabdehə məxsus fərdi evə 10800 kub metr əlavə sərfiyyat hesablanmışdır. Cavabdehə aid ünvanın **********00010 saylı abonent saldosunda ona 2020 ilin fevral ayına akt əsasında 1080 manat borc hesablandığı göstərilmişdir. İş materiallarına video disk əlavə edilmişdir. İş materialları ilə iddiaçının 30,08 manat dövlət rüsumu ödəməsi müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehə məxsus ünvanda qaz sayğacından kənar xətt çəkilməklə təbii qazdan istifadə edilmişdir. Bunu tərtib edilmiş akt, video material və iddiaçının nümayəndəsinin və cavabdehin izahatları da təsdiq edir. Cavabdeh həmin vaxt Sumqayıt şəhəri, Saray bağları, Hacıbəyov küçəsi, 4201 saylı fərdi yaşayış evində başqa şəxsin yaşadığını və ola bilsin ki, sayğacdan kənar xətti həmin şəxsin çəkdiyini bildirsə də, qeyd edilən halı sübut edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin hal təsdiq edilmiş olsaydı belə bu mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 1080 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,08 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyi üçün həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1080 manat məbləğində pul və 30,08 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1110 (min yüz on) manat 08 (səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar