Məhkəmə qərarları › İş №e-2(060)-4489/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4489/2025

04.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4489/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbi direktor vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı 7* saylı *3.*4.2*25-ci il tarixli əmrə əsasən ona şiddətli töhmət verilmişdir. Bu əmrə əsasən o, guya o, *1 mart 2*25-ci il tarixindən *6 mart 2*25-ci il tarixinədək heç bir üzürlü səbəb göstərmədən iş yerinə gəlməmiş, bu barədə onun haqqında intizam icraatı başlanmış və şiddətli töhmət verilmişdir. Halbuki, o, müalicə ilə bağlı təcili Türkiyə Respublikasına getməli olmuş və 28.*2.2*25-ci il tarixdə səhər saat *9:3* radələrinə cavabdeh direktor vəzifəsini müvəqqəti icra edən Şəhla Bağırovaya yaxınlaşıb ərizəni şəxsən özünə təqdim etmişdir. Bu zaman o, ərizəni katibəsinə təqdim etməyi bildirmiş, o da ərizəni katibə Murquzova Aygünün stolunun üzərinə qoyub özü ilə əlaqə saxlamışdır. Murquzova Aygün yolda olduğunu bildirmiş, o isə stolun üstündə olan ərizənin telefonla şəklini çəkib Murquzova Aygünə göndərmişdir. Murquzova Aygün məktəbin ümümi şöbəsinin funksiyalarını yerinə yetirməklə daxil olan sənədləri qəbul edir və direktora təqdim edir. Bundan sonra *3-*4 mart 2*25-ci tarixlərində “Rəhbərlər” Vatsap qrupunda Şəhla Bağırova ilə yazışaraq, o, 28.*2.2*25-ci il tarixli ərizəni verdiyini bildirmiş və ərizəni qrupda paylaşıb onun nəzərinə çatırmışdır. O, isə ərizənin ona çatmadığını bəhanə gətirərək onun guya icazəsiz getdiyini bildirmişdir. Şəhla Bağırova ərizədən xəbəri olmadığını bildirsə də, *4 mart 2*25-ci il tarixdə qrupda “Mən bildirmişəm bir qədər gec. Hazırda mümükün deyil” bildirməklə ərizənin verildiyini etiraf etmişdir. Ərizəni isə yalnız 28 mart tarixində verə bilərdi, çünki ondan sonrakı tarixlərdə o, Türkiyədə olmuşdur. Bundan başqa, X2 ona qarşı qərəzli mövqeyini nəzərə alaraq, ərizə verdiyi gün 28 mart 2*25-ci il tarixdə o, Abşeron- Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramil Abbasovla əlaqə saxlamış və bildirmişdir ki, müalicə ilə əlaqədar olaraq, bir həftəlik xaricə gedəcək, öz hesabına məzuniyyət verilməsi barədə Şəhla Bağırovaya müraciət etsə də o, ərizəni qəbul etmir. Ramil müəllim ərizəni katibənin stolunun üzərinə qoyub getməyini bildirdi. Bundan sonra o, ərizəni qoyub şəklini çəkib getmişdir. Martın 4-ü o, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayevlə vatsap vasitəsi ilə əlaqə saxlamış və İman müəllim həmin məsələ barədə məlumatlı olduğunu və ərizənin verildiyini təsdiq etmişdir. O, 25 ildir ki, təhsil sahəsində çalışır. Uzun müddətdir ki, Sumqayıq şəhər 11 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini vəzifəsində işləyir. Fəaliyyəti dövründə bir dəfə də olsun intizam pozuntusuna yol verməmişdir. Buna baxmayaraq, məktəbə yeni təyin olunmuş direktor əvəzi Şəhla Bağırova ona qarşı qərəzli və qanunsuz hərəkərlərə yol vermiş, kollektiv içində onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmişdir. Bu azmış kimi direktor əvəzi Şəhla Bağırova onun öz hesabına məzuniyyətdə olduğu *1-*6 mart tarixlərini işə çıxmadığı kimi rəsmiləşdirərək əmək müqaviləsinə xitam verilməsinə cəhd etmiş, bu baş tutmadıqda ona şidddətli töhmət verməklə intizam tənbehi barədə *3.*4.2*25-ci il tarixli 7* saylı əmr vermişdir. Öz hesabına məzuniyyətdə olduğu barədə ərizə ilə direktor əvəzi Şəhla Bağırovaya müraciət etsə də, bu ərizəni qəbul etməmiş və sonradan onun barəsində qərəzli olaraq, intizam tənbehi tətbiq etmişdir. Əmrin qanunsuz olmasını təsdiq edəcək kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin vəkili və nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək iddiaçı tərəfindən məzuniyyət barədə ərizənin təqdim edilmədiyini və proqul edildiyini bildirdi. Bu səbəndən də məktəb tərəfindən verilmiş əmrin qanuna uyğun olduğunu göstərdi. Digər cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında mübahisənin məhkəmənin həllini mülahizəsinə buraxdığını bildirdi. O, qeyd etdi ki, mübahisə məktəb rəhbərliyi ilə işçi arasındadır və İdarənin bu mübahisəyə aidiyyəti yoxdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 26.*2.2*25-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar *1.*3.2*25-*6.*3.2*25-ci il tarixləri aralığında öz hesabına məzuniyyətin verilməsi ilə bağlı Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin rəhbərliyinə müraciət etmişdir. - Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin *3.*4.2*25-ci il tarixli 7* saylı əmrindən görünür ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna səbəb kimi İddiaçı *1 mart tarixindən *6 mart tarixinə kimi iş yerinə gəlməməsi, bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, gəlməməsinin üzürlü səbəblərini və izahatını təqdim etməməsi və bununla da müəssisədaxili intizam qaydalarını və iş prosesini pozması göstərilmişdir. - Məktəbin rəhbərliyinin *5.*3.2*25-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı iş yerində olmaması barədə üzürlü səbəblərə dair 3 gün ərzində izahat təqdim etməsi tələb edilmişdir. - *5.*3.2*25 və *7.*3.2*25-ci il tarixli aktlardan görünür ki, İddiaçı *1.*3.2*25- *6.*3.2*25-ci il tarixləri arası işə yerinə gəlməmiş, işəgötürənə yazılı izahat təqdim etməmişdir. - "xxxx" QSC-nin *9 fevral 2*25-ci il tarixli aviabiletin surətindən görünür ki, İddiaçı *1.*3.2*25-ci il tarixdə İstanbul şəhərinə getməsi və *6.*3.2*25-ci il tarixdə Bakı şəhərinə qayıtması üçün öncədən sifariş vermişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin 14.1*.2*25-ci il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumtəhsil məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsində çalışır. İddiaçı *1.*3.2*25-*6.*3.2*25ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsinə (İddiaçı tərəfindən əmək qabiliyyətini müvəqqəti itirməsinə dair sənəd məktəbə təqdim edilməyib) görə Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair *3.*4.2*25-ci il tarixli, 7* nömrəli əmr və müvafiq sənədlər İdarəyə təqdim edilmişdir. Eyni zamanda İddiaçı İdarəyə və müxtəlif dövlət orqanlarına barəsində verilmiş sözügedən əmrlə bağlı çoxsaylı müraciətlər ünvanlamış, həmin müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Həmin əmr İdarə tərəfindən verilmədiyindən hazırki iş üzrə əsl cavabdeh hesab edilmir. Əmək Məcəlləsinin 19*-cı maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məktəbin *3.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrinin verilməsindən altı ay keçmiş və əmr *3.1*.2*25-ci il tarixdən qüvvədən düşmüşdür. - Çoxsaylı ərizələrdən görünür ki, İddiaçı məsələ ilə bağlı bir sıra qurumlara şikayət ərizələri yazmış, bu ərizələr cavablandırılmışdır. - 11 saylı məktəbin kargüzarı X1 ərizə və teleqramlarından görünür ki, İddiaçı işdə olmadığı tarixlər barədə ona və direktora məlumat verməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. O, iddia edir ki, 26.*2.2*25-ci il tarixdə ərizə ilə məktəbin rəhbərliyinə müraciət edərək, onun səhhəti ilə əlaqədar *1.*3.2*25-*6.*3.2*25-ci il tarixləri aralığında öz hesabına məzuniyyətin verilməsini xahiş etmişdir. Məktəbin direktor əvəzi Şəhla Bağırova isə ərizənin ona təqdim edilməməsini qeyd edərək, iddiaçının üzürlü səbəb göstərmədən işdə olaması əsası ilə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə istinad etməklə İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbi direktor vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, hazırkı mübahisənin əsasını öz hesabına məzuniyyətin verilməsi barədə ərizənin işçi tərəfindən işəgötürənə təqdim edilib-edilməməsi təşkil edir. Əmək Məcəlləsinin 11*-cu maddəsinin 1 və 3-cü bəndlərin görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir Həmin Məcəllənin 13*-cu maddəsinin “i” bəndinə əsasən ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. İşdən görünür ki, iddiaçı səhhəti ilə bağlı 6 günlük ödənişsiz məzuniyyətə çıxmaq istəmiş, bununla bağlı məktəbin rəhbərliyinə müraciət etmişdir. İşdə olan sənədlərdən (ərizələr, votsap yazışmaları və s.) görünür ki, iddiaçı tərəfindən bu müraciət edilsə də, məktəb rəhbərliyi ərizənin daxil olmadığını göstərmiş, nəticədə isə ididaçı barəsində intizam məsuliyyəti tətbiq etmişdir. Məhkəmə məzuniyyət verilməsi ilə bağlı ərizənin təqdim edilməsi barədə iddiaçının dəlilini qəbul edir, çünki uzun müddət pedaqoji fəaliyyət göstərən şəxsin əmək və icra intizamını bu qaydada pozması inandırıcı görünmür. Tələb edilən məzuniyyətin ödənişsiz növdə olması bu dəlili daha da gücləndirir. Ərizənin rəhbərliyə təqdim edilməməsi barədə cavabdehin dəlilləri isə əsaslı deyildir. 11 saylı məktəbin kargüzarı X1 ərizə və teleqramlarına gəlincə məhkəmə qeyd edir ki, məktəb rəhbərliyi tərəfindən ona təzyiq edilməsi istisna deyildir. Ona görə də məhkəmənin ünvanına göndərilmiş ərizələr öz mötəbərliyini itirir. İşdən görünür ki, baş vermiş hadisə nəticəsində rəhbərlik tərəfindən iddiaçıya Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Məhkəmə qeyd edir ki, məktəbdə direktor müavini işləyən İddiaçı münasibətdə rəhbərliyi ağır intizam tənbehi tətbiq etmişdir. Halbuki İddiaçı şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalı idi və ona qanunvericilikdə nəzərdə tutulmuş daha yüngül cəza verilə bilərdi. Bu baxımdan iddiaçının rəhbərliyin ona qərəzli davranması barədə dəlilini məhkəmə əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin rəhbərliyi tərəfindən iddiaçıya tətbiq edilmiş intizam tənbehi qərəzli şəkildə, yəni əsassız tətbiq edilmişdir və yuxarıda sadalananlara əsasən hazırda qüvvədən düşsə belə, *3.*4.2*25-ci il tarixli 7* saylı əmr ləğv olunmalı, beləliklə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin İddiaçı barəsində verdiyi *3.*4.2*25-ci il tarixli 7* saylı əmr ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar