Məhkəmə qərarları › İş №e-2(060)-4607/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4607/2023

24.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4607/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə heç bir əsas göstərilmədən İddiaçı tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Onun işdən uzaqlaşdırılmasına əsas onun narkotik vasitələrin aludəçisi və istifadəçisi olması göstərilmişdir. Hazırki mübahisəli məsələnin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə Cavabdeh MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmr İddiaçı təqdim edilməmişdir. Müvafiq əmrin surətinin alınması məqsədi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə sorğu ünvanlanmış, İddiaçı Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surəti istənilmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarxli S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surəti rəsmi qaydada verilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, vətəndaşın işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən irəli gəlir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulan iddia müddətləri hazırki tələbə şamil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün ümumi iddia müddəti işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müəyyən edilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 38/22 İ/A nömrəli əmr əsasında xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, iddia müddətinin ötürülməsi şübhəsizdir. Odur ki, xahiş edir ki, iddia ərizəsi iddia müddətinin keçməsi səbəbindən rədd olunmalıdır. Bundan əlavə, əmr qanuni və əsaslıdır. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə elekton kabinet vasitəsilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətini bildirərək qeyd etmişdir ki, hazırki mübahisəli məsələnin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə Cavabdeh MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmr İddiaçı təqdim edilməmişdir. Müvafiq əmrin surətinin alınması məqsədi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə sorğu ünvanlanmış, İddiaçı Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surəti istənilmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarxli S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surəti rəsmi qaydada verilmişdir. Əmrin surəti iddiaçıya rəsmi qaydada verildiyi tarixdən 1 ay tamam olmamış onun tərəfindən müvafiq məhkəməyə müraciət olunmuşdur. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə vermiş olduğu ərizəyə öz etirazlarını bildirirlər. Belə ki, qeyd olunduğu kimi cavabdeh iddiaçını əsassız olaraq işdən azad etsə də işdən azad olunmasına dair əmrin surətini iddiaçıya təqdim etməmiş, onun hansı əsaslara görə işdən uzaqlaşdırıldığını işçiyə izah etməmişdir. Həmçinin məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən işdən azad olunmaya səbəb iddiaçının narkotik vasitə olan kokain istifadəçisi olması bildirilsə də belə olan halda işəgötürənin müvafiq halı işdən çıxarılma dövrü üçün hüquq mühafizə orqanlarına bu barədə hansı səbəbdən məlumat verilməməsinə aydınlıq gətirilməmişdir. Xüsusi olaraq iddiaçının barəsində həqiqətə uymayan tibbi rəy vermiş tibb müəsisəsi, X10 (X2) hansı əsaslardan hüquq mühafizə orqanlarına kokain istifadəçisi olan şəxsin barəsində məlumat verməməsi də cavabsız və araşdırmasız qalmışdır. Qanunsuz və əsassız olan əmr ləğv edilməli, vətəndaşın işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Həmçinin nümayəndə ölkə hüdudları xaricində olduğundan baxış iclasında iştrak edə bilmədiyindən göstərilən ərizəni çıxış kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil izahatında göstərdi ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə isə iddiaçı guya narkotik vasitələrdən istifadə etməsi əsas gətirilərək tutduğu vəzifədən uzaqlaşdırılmışdır. İddiaçı işdən çıxarılarkən əmək kitabçası ona təqdim edilmiş, lakin işdən çıxarılması barədə əmrin surəti ona verilməmişdir. İddiaçı əmrin surətini xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İddiaçı işdən çıxdıqdan sonra ailəsini dolandırmaq üçün fəhləliklə məşğul olmuş, başqa bir iş üçün müraciət etdikdə isə hansı maddə ilə işdən uzaqlaşdırıldığını bilmişdir. O, şirkət rəhbəri ilə görüşərkən problemin 1 həftə ərzində həll olunacağı və iddiaçının işə bərpa ediləcəyi bildirilsə də, deyilənlərə əməl edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilənləri müdafiə edərək, ərizədə göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, o, iddiaçının bibisidir. Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar sonuncunun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı narkotik maddələrdən heç vaxt istifadə etməmişdir. İddiaçı məsələni ona danışdıqdan sonra onun direktoru ilə əlaqə saxlamışdır. Direktor onu işlə təmin edəcəyinə söz versə də, buna əməl etməmişdir. Sərxanın anası ağır xəstə, ailənin maddi durumu çox pisdir. Xahiş etdi ki, nəzərə alınsın. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da, əmri imzalamaqdan və onu götürməkdən imtina etdiyinə görə bu barədə akt tərtib edilmişdir. Əmək kitabçası ilə müvafiq jurnala imza olunmaqla həmin tarixdə ona təqdim edilmişdir. Bundan əlavə iddiaçı təkrar müayinəyə dəvət edilsə də, o, bundan imtina etmişdir. Məhkəmədə şahid X7 ifadə verərək bildirdi ki, İddiaçı əməkdaş olmuş, o, Sərxanın birbaşa növbə rəisi olmuş, ona nəzarət etmişdir. İddiaçı gecə növbəsindən çıxarkən narkotiklə bağlı yoxlanış keçirilmiş, nəticələr çıxdıqdan sonra bəlli olmuşdur ki, İddiaçı narkotik istifadə etmiş, bununla əlaqədar işdən çıxarılmışdır. İddiaçı, ümumiyyətlə mütəmadi əmək intizamını pozmuş, işburaxmaya yol vermişdir. Məhkəmədə şahid X4 ifadə verərək bildirdi ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da, əmri imzalamaqdan və onu götürməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq müvafiq akt tərtib edilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh MMC iştirak etməmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehin hüquqi ünvanı ünvan 1airəsinin aid olduğundan AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Xidməti Bakı şəhər idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də “doker-mexanizator” vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. - Cavabdeh MMC ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 356 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cavabdeh MMC-də “doker-mexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı işlədiyi müddət ərzində dəfələrlə müxtəlif bəhanələr gətirməklə işə davamiyyət qaydalarını pozaraq icazəsiz olaraq işdən yayınmışdır. Bununla bağlı rəhbərlik tərəfindən şifahi xəbərdarlıqlar edərək maddi vəziyyəti nəzərə alınmaqla humanistlik edilərək əmək fəaliyyətini davam etdirməsinə razılıq verilmişdir. İş yerlərində işçilərin vaxtaşırı tibbi müayinələri, o cümlədən alkotestlər və narkotestlər aparılır. xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən aparılmış növbəti bu kimi müayinələr zamanı vətəndaş İddiaçı narkotestinin nəticələri müsbət çıxmaqla marixuana və kokain aşkar edilmişdir. Testin nəticələrinə uyğun olaraq rəhbərlik tərəfindən işçinin iş yerinə buraxılmaması və əmək fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. Bu məqsədlə Əmək Məcəlləsinin 83-cü, “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına uyğun tələblərin yerinə yetirilməsi məqsədilə işçinin ofisə dəvət edilməsinə baxmayaraq ofisə gəlməkdən və əmrlə tanışlıqdan imtina etməklə yanaşı onları müvafiq orqanlara şikayət etməklə hədələmişdir. Buna baxmayaraq “doker-mexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı əmək kitabçasına işdən azad olunmasına istinad olaraq əmrin nömrəsi qeyd edilmiş, əmək kitabçası işçiyə imzası ilə geri qaytarılmış və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun işçi və işəgötürən arasında son haqq-hesab aparılmışdır. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 38/22 İ/A №-li əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin doker-mexanizatorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi əmr edilmişdir. Sözügedən əmr xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsinin (marixuana və kokain) müsbət çıxması ilə əlaqədar olaraq verilmişdir. - Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışın surətindən görünür ki, iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxmışdır. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən iş yerində aparılmış müayinələr zamanı doker-mexanizator vəzifəsində işləyən İddiaçı narkotestinin nəticələri müsbət çıxmaqla marixuana və kokain aşkar edilmişdir. Narkotestin nəticəsi müsbət çıxdığı üçün işçinin Bakı beynəlxalq Dəniz Ticarət Limanına girişi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bununla bağlı işçi məlumatlandırılmış və ofisə dəvət edilmişdir. Lakin, o yas mərasimində olduğunu deyərək həmin günü ofisə gəlməkdən imtina etmiş və onun təkrar testə göndərilməsi mümkün olmamışdır. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində 38/22 İ/A saylı “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir. - Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. - "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5273 №-li məktubu ilə ünvanlanmış İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il dövrü üçün "xxxx" ASC-də olan kart hesabı üzrə mədaxil məlumatlarından görünür ki, İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78.51 manat vəsait köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə ilə Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə götürülmüşdür. İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78.51 manat vəsait köçürülmüşdür. O, əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdehin nümayəndəsi ərizəyə etiraz edərək iddia müddəti ötürüldüyündən tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdaişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “b” bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri hesab edilir. Bu Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Bu maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qanunvericilikdə bu növ tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, eləcə də işin faktiki hallarından və sübutlardan görünür ki, iddiaçı sözügedən tələblər üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsinin Cavabdeh MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmrin İddiaçı təqdim edilmədiyini, müvafiq əmrin surətinin alınması məqsədi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə sorğu ünvanlanaraq, İddiaçı Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surətinin istənildiyini, sorğuya cavab olaraq xx.xx.2023-cü il tarxli S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surətinin rəsmi qaydada verildiyini, əmrin surəti iddiaçıya rəsmi qaydada verildiyi tarixdən 1 ay tamam olmamış onun tərəfindən müvafiq məhkəməyə müraciət olunduğundan iddia müddətini üzürlü ötürməsi dəlili ilə razılaşmır. Belə ki, göstərilən səbəb həmin prosessual müddətin keçməsinin üzürlü hesab edilməsinə əsas vermir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası müvafiq qeydlər aparıldıqdan sonra ona verilmişdir. Bundan əlavə, iddiaçıya işdən çıxarılması ilə əlaqədar son haqq-hesab da onun bank kart hesabına həmin tarixdə Cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda əmrin surəti iddiaçıya həmin gün təqdim edilmiş, lakin o, götürməkdən imtina etdiyindən müvafiq akt tərtib olunmuşdur. Bu hal sözügedən aktla yanaşı şahid ifadələri ilə də təsdiq olunur. Bunu təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən müvafiq əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və orada qeydlər edilmiş, iddiaçının bundan məlumatı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar