Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4608/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CCD_AZN-299066-01 saylı “Kart hesabı müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 159.50 manat məbləğində əsas borc, 21.20 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 180.70 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, CCD_AZN-299066-01 saylı “kart hesabı müqaviləsi” müqaviləsi bağlanmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən müştəri tərəfindən həyata keçirilmiş kart əməliyyatları nəticəsində overdraft baş vermişdir. Yaranmış overdraft nəticəsində cavabdehin Banka 159.50 manat məbləğində əsas borc, 21.20 manat məbləğində cərimə borcu ümumilikdə isə 180.70 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kart hesabı müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. “Kart hesabı müqaviləsinin” 3.3.7-ci bəndinə görə kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki overdraftının yol verməmək, texniki kart overdraftı yaranacağı təqdirdə texniki overdraftın yarandığı andan etibarən Banka olan borcun ödəmək, əks halda, müştəriyə bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulu hesablanacaq. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kart hesabı müqaviləsi bağlanmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən müştəri tərəfindən həyata keçirilmiş kart əməliyyatları nəticəsində overdraft baş vermişdir. Yaranmış overdraft nəticəsində cavabdehin banka 159.50 manat məbləğində əsas borc, 21.20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 180.70 manat məbləğində borcu yaranmışdır. Qeyd edir ki, tərəflər arasında bağlanmış kart hesabı müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. İddiaçı ASC Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, CCD_AZN-299066-01 saylı kart hesabı müqaviləsindən görünür ki, Bank müştərinin kart vasitəsi ilə əməliyyatlarını həyata keçirmək üçün Müştəriyə AZ59VTBA**********9066AZN002 kart hesabı açmaq, həmçininn PİN-kodu olan qapalı zərfi (müştərinin özü tərəfindən PİN kodun seçilməsi halı istisna olmaqla (PİN SET xidməti) və kartı təqdim etmək öhdəliyini, Müştəri isə Banka komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür.
7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə cəmi 180.70 manat borcu mövcuddur.
8. xx.xx.2025-ci il tarixli, 1133l nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
9. xx.xx.2020-xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən limit sıfırlanmasına baxmayaraq cavabdeh kartdan nağdlaşdırma əməliyyatları həyata keçirmiş, cəmi 180.70 manat məbləğində overdraft borcu yaranmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir;
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kart hesabı müqaviləsi ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kart hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
15. Odur ki, iddiaçının tələb etdiyi 159.5 manat overdraft borcu cavabdehdən tutulmalıdır.
16. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 21.20 manat cərimə borcu hesablanmışdır.
17. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
18. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
19. Tərəflər arasında bağlanmış müqavilənin müştərinin hüquq və vəzifələrini əks etdirən 3.3.7-ci bəndindən görünür ki, kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki overdraftının yol verməmək, texniki kart overdraftı yaranacağı təqdirdə texniki overdraftın yarandığı andan etibarən banka olan borcun ödəmək, əks halda, müştəriyə bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulu hesablanacaq.
20. Göründüyü kimi müqavilədə dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 21.20 manat dəbbə pulunun məbləğinin azaldılaraq 10 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.
21. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia qismən təmin edildiyindən 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 159.50 manat əsas, 10 manat cərimə borcu və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 199.50 manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva