Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4655/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh MMC-nə işə bərpa tələbinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş səənədlər geri qaytarılmalıdır. Belə ki, «Elektron Məhkəmə İnformasiya» sistemindən müəyyən edilir ki, Cavabdeh hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti15, AZURE BUSİNESS CENTER-dir. Göründüyü kimi, mülki iş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisi olduğundan işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından göründüyü kimi, hazırki əmrin ləğv edilməsi və işə bərpa olunmasıdır və müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri hakim geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-nə işə bərpa tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4655/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4655/2024
27.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver