Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4711/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları X6 və Qulamov Eldar Elşad oğlu ilə birlikdə Sumqayıt şəhəri, Corat bağları Vüqar Marketin yanı ev 93 V fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki o, İddiaçı, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki övladları vardır. - X6 xx.xx.2003-cü il təvəllüdllü - Qulamov Eldar Elşad oğlu xx.xx.2009-cü il təvəllüdlü. Artıq xeyli müddətdir ki, cavabdehlə aralarında ər-arvad münasibətləri yoxdur. Bütün cehiz əmlakları ünvan 1 ünvana ailə üzvü kimi yerləşdirilmişdir. Artıq iki yaxındır ki, cavabdehlə birgə təsərrüfat idarə edərək yaşamır. Aralarında tez-tez mübahisələr olduğundan ərim onu tez-tez övladı ilə çölə qovur və yaşamağına imkan vermir. Məcburiyyət qarşısında qalıb qohumları evinə sığınır. Həmin fərdi yaşayış evini birgə nikah dövründə tikmişlər. O, özü heç yerdə işləmir. Cavabdeh içki aludəçisidir. Onun bütün şəxsi əşyaları və əmlakları hal-hazırda Sumqayıt şəhəri Corat bağları Vüqar Marketin yanı ev 93 V-də qalmışdır. Hazırda başqa yaşayış sahəsi olmadığı üçün və cavabdehlə birgə təsərrüfat idarə edərək yaşayış sahəsinə yaşayış hüququ əldə etdiyindən bu mənzilə köçürülmək barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı özü evi tərk edib getmişdir. Övladlarından Eldar anasından yanından qaçaraq onun yanına gəlmişdir. Hazırda onun yanında yaşayır. Ev fərdi tikili olmaqla sənədsizdir. Lakin kommunallar onun adına qeyd olunub. O, iddiaçının sözügedən evə gəlib yaşamasına razı deyildir. Belə ki, onların arasında olan nikah pozulmuş və birgə təsərrüfat idarə etmirlər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı Qulamova (Quliyeva) Hökümə Qulu qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2002-ci tarixdə bağlanmış, 957 nömrəsi ilə qeydə alınmış nikah pozulması, xx.xx.2009-cu il təvəllüdlü Qulamov Eldar Elşad oğlu yetkinlik yaşına çatana qədər atası Cavabdeh yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü Qulamov Eldar Elşad oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Qulamova (Quliyeva) Hökümə Qulu qızından tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 93 nörməli Corat bağ evində 2002-ci il tarixə Cavabdeh ilə ailə qurub, 2 övladı anadan olub. 19 iyun 2023-cü il tarixə kimi bu ünvanda ailəsi ilə birlikdə yaşayıb. Ailə münaqişəsi olduğu üçün bir övladı X6 ilə birlikdə anası X3 məxsus 847 saylı Corat bağ evinə iyun 2023-cü il tarixdən bu ünvanda yaşayırlar. İşdə olan komunal bildirişlərdən görünür ki, ünvan 2vanına dair komunal bildirişlər Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2024-cü il tarixində, 14:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh izahatında dediyinə görə özünə məxsusdur. İddiaçı ilə Cavabdeh xx.xx.2002-ci il tarixində rəsmi nikaha daxil olmuş və orada yaşamışlar. Həmin nikahdan onların iki övladları dünyaya gəlmişdir. Övladlarından biri xx.xx.2003-cü il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmışdır. Sonradan ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçını övladı ilə birlikdə evdən çıxarmışdır. Hal-hazırda tərəflərin nikahları pozulmuşdur. Buna görə də iddiaçı fərdi evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Lakin hazırkı vaxtda cavabdehin həmin evdə yaşaması ilə bərabər, əvvəllər orada yaşamış iddiaçının da, həmin evdə yaşaması hüququ ilə cavabdehlə eyni statusa malikdir. Belə ki, mübahisəli ev hər hansı bir şəxsə məxsus olmadığından həmin evə münasibətdə iddiaçı və cavabdeh eyni bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən mülki məcəllənin vəzifələri sırasında mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinə əsasən İ. Hər kəsin yaşamaq hüququ vardır. İİ. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını nəzərə alaraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı və övladı xx.xx.2009-cu il təvəllüdlü Qulamov Eldar Elşad oğlu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İddia tələbi xx.xx.2003-cü il təvəllüdlü X1 hissəsində təmin edilməməlidir. Belə ki, Sərdar Qulamov artıq yetkinlik yaşına çatmış müstəqil şəxsdir və o, iddia qaldırmaq hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və övladı xx.xx.2009-cu il təvəllüdlü Qulamov Eldar Elşad oğlu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4711/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4711/2024
12.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver