Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4785/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Qanuni nümayəndə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı mənzilə köçürülmə dair iddiası üzrə mülki işə 12 sentyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə Cavabdeh mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu qızı -xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə 18 fevral 2015-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sonradan münasibətləri pozulduğu üçün 15 noyabr 2019-cu ildə Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən nikahları pozulmuş, qızı X8 onun himayəsində qalmışdır. Elifin atası-X4 27 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Qeyd edir ki, mərhum öldükdən sonra onun adına olan ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil vərəsəlik qaydasında paylı mülkiyyət hüququ ilə yetkinlik yaşına çatmayan qızı X6 və İlqarın anası Cavabdeh mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bildirir ki, cavabdeh qızının və onun həmin mənzildə yaşamasına maneçilik törədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı yetkinlik yaşına çatmadığı, yaşayış yeri də valideynin yaşadığı yer olduğu üçün, müvafiq mənzil də qızının paylı mülkiyyətində olduğu və bu mənzildən başqa da yaşayış yeri olmadığı üçün onun və yetkinlik yaşına çatmayan qızının həmin mənzilə köçürülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Qanuni nümayəndə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi aşağıda göstərilən səbəblərə görə əsassızdır. Belə ki, iddiaçı Qanuni nümayəndə iddia ərizəsində başqa bir yaşayış yeri olmadığını, bu səbəbdən iddia ərizəsində göstərilən mənzilə köçməsinin zəruri olduğunu göstərsə də, iddiaçının faktiki sahib olduğu və hazırda qızı ilə yaşadığı bir evi vardır. Bununla belə, iddiaçı zəruri ehtiyacdan deyil, onlara olan qərəzli mövqeyi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı Qanuni nümayəndə hüququndan suiistifadə etdiyi görsənir. Çünki o, mənzildə yaşamaq ehtiyacını qarşılamaq üçün deyil, sırf qarşı tərəfə (onlara) zərər vurmaq məqsədi ilə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzil 1 otaqdan ibarətdir. Bir otaqdan ibarət həmin mənzildə Cavabdeh qızı Leyla Cəlilova ilə birlikdə, o cümlədən iddiaçı Qanuni nümayəndə azyaşlı övladı ilə birgə birlikdə yaşaması fıziki olaraq mümkün deyildir. Bundan əlavə iddiaçı Qanuni nümayəndə mərhum X4 ilə birgə nikahda olduğu vaxtlarda tez-tez mübahisələri olmuş, bu mübahisələrin birində onu döyərək xəsarət yetirmişdir. Bu fakt Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2019-cu il tarixli, 127-36190 saylı qərarında da öz əksini tapmışdır. Qeyd edir ki, iddiaçı Qanuni nümayəndə həmin fakt üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu səbəblərdən iddiaçı ilə yenidən bir yerdə yaşamaqları mümkün deyil, bir yerdə olacaqları təqdirdə təkrar münaqişələrin olacağı bəri başdan bəllidir. Eyni mənzil içərisində ona yenidən xəsarət yetirməyəcəyinə heç kim qarantiya verə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi 1 otaqdan ibarət Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzilin kirayə verilərək kirayə haqqının hər ay aralarında bölüşdürülməsi və ya mənzilin hərraca çıxarılmaqla satılmasının təmin edilməsi və əldə edilən vəsaitin bölüşdürülməsi daha doğru olardı. Bu səbəblərdən, iddiaçı Qanuni nümayəndə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 qanuni nümayəndəsi iddiaçı Qanuni nümayəndə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. İş materiallarından bəllidir ki, mübahisəli mənzil vərəsəlik qaydasında iddiaçının övladı Elif Cəlilliyə keçmişdir. O, azyaşlı olduğundan anası Qanuni nümayəndə onun qanuni nümayədəsidir. Hazırda Elif anasının himayəsindədir. Mübahisəli mənzil ½ hissədə Elifin mülkiyyətindədir. Buna baxmayaraq, hazırda Qanuni nümayəndə övladı ilə birlikdə kirayədə qalır, onların yaşamaq üçün başqa yeri yoxdur. Əlavə olaraq bildirir ki, cavabdeh iddiaçının övladının razılığı olmadan mübahisəli mənzili hətta kirayə müqaviləsi olmadan kirayəyə vermişdir. Hətta bununla bağlı, yəni əmlakının qanunsuz zəbti ilə əlaqədar Qanuni nümayəndə polisə şikayət etmişdir. Bundan başqa onu da bildirir ki, cavabdehin etirazının heç bir hüquqi əsası yoxdur, etirazı cavabdehin şifahi mülahizələri kimi qəbul edir, belə ki, etirazda cavabdeh heç bir hüquqi normalara istinad etməmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS781152921AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ İİ-226921 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1422 nömrə ilə qeyd olunmuşdur. İş materialında olan AZ İİİ 878749 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Qanuni nümayəndədır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 10 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X6, ½ hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 vərəsələri X8 və Cavabdehdır və şəhadətnamə verilən miras əmlak ünvan 1, 10 nömrəli mənzildir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi ½ hissədə X6 xüsusi mülkiyyətindədir. X6 adına ünvan 1, mənzil 10-a dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə ½ hissədə mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə hesab edir ki, ünvan 1, 10 saylı mənzil 1\2 hissədə xx.xx.2016-ci il təvəllüdlü X6 mülkiyyətində olmaqla onun həmin mənzildən istifadə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2016-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə ünvan 1, mənzil 10-a köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2016-ci il təvəllüdlü X8 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə ünvan 1, 10 saylı mənzilə köçürülsün. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Qanuni nümayəndə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4785/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4785/2022
12.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver