Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4808/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun, cərimənin və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun, cərimənin və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8710 (səkkiz min yeddi yüz on) manat avans ödənişinin, 8178 (səkkiz min yüz yetmiş səkkiz) manat cərimənin və 1200 (min iki yüz) dəymiş maddi zərərin, cəmi 18097,40 (on səkkiz min doğsan yeddi) manat (qırx qəpik) pulun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İş materillarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərəri – ümumilikdə 15136 manat pul vəsaitini ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən "xxxx" MMC-yə (ünvan: ünvan 1qayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22) yazılı bildiriş ünvanlanmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş, vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" MMCnin hüquqi ünvanı AZ 5000, ünvan 1qayıt şəhəri, 18-ci mkr, ev 33, mənzil 14-dür. Göründüyü kimi, mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına dair iddiaçının bildirişi "xxxx" MMC-nin hüquqi ünvanına göndərilməmiş, səhvən cavabdeh hüquqi şəxsi qeydə alan vergi uçotu orqanının ünvanına göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına lazımı formada riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilib-itirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun, cərimənin və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində ünvan 1qayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4808/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4808/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver