Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4950/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi, məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkilləri Vəkil və X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “bağ sahəsinin cavabdehin hesabına boşaldılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı Bağ massivi, 978 B ünvanında olan (0.12 ha) bağ sahəsindən Cavabdeh ailəsi ilə birgə cavabdehə məxsus balıq ovu üçün lazım olan əşyaların cavabdehin hesabına boşaldılması və çıxardılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Novxanı Bağ massivi, 978B ünvanında olan (o,12 ha) bağ sahəsindən cavabdehlər Cavabdeh, X6 azyaşlı uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birgə cavabdehlərə məxsus balıq ovu üçün lazım olan əşyaların cavabdehin hesabına boşaldılması və çıxarıldılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, 13 iyun 2013-cü il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi **********) 67 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçıya məxsus bağ sahəsində mərhum anaları yaşayırdı, mərhum anaları X7 13 sentyabr 2019-cu il tarixdə rəhmətə getmiş, rəhmətə getdikdən sonra iddiaçının qardaşı cavabdeh həmin bağ sahəsindən çıxmaq bilmir. Hətta cavabdeh ailəsi ilə birgə qaldığından başqa digər şəxsləri də ora cəlb etməklə həmin bağ sahəsində olan evləri kirayə verməklə əlavə pul qazanır. İddiaçı mülkiyyətində olan evdə öz istəyi ilə hərəkət edə bilmir, cavabdehin qanunsuz hərəkətləri nəticəsində bağ sahəsindən istifadə edə bilmir. Cavabdehin özbaşına hərəkətləri ilə iddiaçıya məxsus bağ sahəsini də öz sahəsi kimi qəbul edərək iddiaçının iradına zidd olaraq orada məskunlaşmış və yaşamaqdadır. Cavabdeh balıqçı olduğundan hər dəfə dənizə çıxmaqla balıq ovu üçün istifadə etdiyi əşyalarını, ləvazimatlarını, qayığını iddiaçıya məxsus bağ sahəsinə yerləşdirmiş, hətta bu azmış kimi digər şəxsləri balıqçıları da ora cəmləyərək ona məxsus bağ sahəsindəki evlərini kirayə verməklə qazanc əldə edir. İddiaçının Bakı şəhərində olmamağından istifadə edərək cavabdeh istədiyi kimi hərəkət edir, dəfələrlə ona xəbərdarlıq etsə də, iddiaçıya məxsus bağ sahəsini boşaltmaq, orada cavabdehə və digər şəxslərə məxsus balıq ovu üçün istifadə edilən əşyalarını belə çıxartmaq istəmir. Qeyd etməlidir ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi, ev 185, 42 saylı mənzilə formal qeydiyyat olmuş və cavabdeh həmin mənzildə heç yaşamamışdır. Cavabdeh balıqçı olduğundan anasının sağlığında anası ilə birgə iddiaçıya məxsus bağ sahəsində yaşamışdır. Anaları rəhmətə getdikdən sonra iddiaçı cavabdehlə ümumi razılıq əldə edə bilmir, hər dəfə iddiaçıys qanunsuz hərəkətləri, hədə qorxu gəlmələri ilə onu və yaxın ailə üzvlərini yormuşdur. Hətta iddiaçıya məxsus digər bağ sahəsinə heyvanlarını buraxmaqla bağ sahəsində olan bütün yaşıllıqları, ağacların yarpaqlarını heyvanlarına yem etməklə həyətinə ziyan vurmuşdur. Qeyd etməlidir ki, bağ sahəsində olan əşyalar bütövlükdə iddiaçıya məxsusdur, cavadehə aid orda hər hansı bir əşya yoxdur. Cavabdeh bu illər ərzində onun bağ sahəsindəki olan əşyalardan kobud qaydada istifadə edir və hal-hazırda etməkdədir. Hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq cavabdeh və digər şəxslərin bağ sahəsində yaşamaqda davam etməsi iddiaçı olaraq iddiaçının bağ sahə üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktik sahib olmaq, öz təlabatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə ğörə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərərkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, anası vəfat etdikdən sonra onlar qardaşı ilə aralarında olan razılığa əsasən həmin bağ sahəsini onun adına keçirməli idi. O, həmin bağ sahəsində özünə yaşamaq üçün hər şəraiti yaratmışdır. Hazırda onun oradan çıxmağı mümkün deyil. Onun başqa yaşamaq üçün yaşayış yeri yoxdur. Orada onun heyvanları, balıqçılıq üçün əşyaları, heyvanlarının yemi var. O, onları oradan çıxarıb harasa yerləşdirə bilməz. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin heç bir qanuni əsası olmamasını nəzərə alaraq rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qismində işə cəlb edilmiş X6 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hazırda hamilədir. Onun himayəsində iki azyaşlı övladı var. O, həkim nəzarətindədir. Bu halda onun başqa bir ünvana köçməyə imkanı yoxdur. Ona ağır bir əşya qaldırmağa həkim icazə vermir. Onun əşyalarını yığıb oradan çıxmaq üçün onlara ən azı bir il möhlət verilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 978B ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh ilə X6 20 iyul 2017-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 20 aprel 2018-ci il tarixdə X2 və xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıməhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən- Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən- Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan hüquqi normalardan çıxış edərək, məhkəmə hesab edir ki, sözügedən bağ sahəsi iddiaçının mülkiyyət hüququ daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin bağ sahəsinin sahiblik, istifadə və sərəncam vermək hüquqlarım cavabdeh və digər şəxslər tərəfindən kobud surətdə pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia tələbi təmin edildiyi üçün iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Ç.R,Hüseynovadan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı Bağ massivi, 978B ünvanında olan (o,12 ha) bağ sahəsindən cavabdehlər Cavabdeh, X6 azyaşlı uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birgə özlərinə məxsus balıq ovu üçün lazım olan əşyaların cavabdeh X1 hesabına boşaldılaraq çıxarıldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4950/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4950/2023
16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver