Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4962/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh uşağı yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyətindədir.Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 13480/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları cavabdehin himayəsində qalmışdır.Cavabdeh iddiaçının keçmiş arvadıdır.Tərəflər nikahda olarkən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehin uşaqla birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.Lakin buna baxmayaraq cavabdeh mənzilə köçüb yaşamamış, mənzildə özünə məxsus hər hansı əmlak saxlamamış, sadəcə formal olaraq orada qeydiyyatda qalmışdır.Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi çıxdıqdan bir müddət sonra Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13480/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları cavabdehin himayəsində qalmışdır.Göründüyü kimi tərəflər arasında ailə münasibətlərinə uzun müddətdir ki, xitam verilmiş, cavabdeh 10 ilə yaxındır ki, həmin yaşayış sahəsindən istifadə etmir.Yaşayış sahəsindən müəyyən müddətdə istifadə hüququnun saxlanılmasına əsas yoxdur.Ona görədə hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququ itirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edəərk izahatında bildirdi ki,cavabdeh faktiki olaraq orada yaşamır.Nikah 2016-cı il tarixdə pozulmuşdur.Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, şəxsin yaşayış sahəsindən ehtiyac zərurəti aradan qalxmışdırsa,onun orada istifadə hüququ saxlanılmamalıdır. Mənzildən istifadə hüququna servitut kimi baxılır. Daimi deyil, müvəqqətidir. Sənədlərdən də görünür ki, mənzil iddiaçının adınadır. 9 ildən çoxdur ki, həmin mənzildə yaşamır.Hesab edilir ki, mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlliliyi var. Ona üzvi-mənşəli şəxsiyyət pozuntusu, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri vəya yanaşı gedən epilepsiya nəticəsində əmələ gələn kəskin ifadəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 3 (060)-171/2016 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, inzibati xəta törətmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məktuba cavabdan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Bakı şəhəri 21 saylı dövlət notariat kontorunun 13 iyul 2013-cü il tarixli 2V-52 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən 105 nömrəli mənzil üzərində xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh Bəxliyar qızının 1/3 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notarisunun 15 sentyabr 2022-ci il tarixli 48-1220 reyestr nömrəlı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 19 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusunun 10 noyabr 2022-ci il tarixli 40-1903 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 130 unvanında yerləşən 13/14 nömrəli mənzilin 2-ci mərtəbədə yerləşən 2 otaq-u/s 40.3 kv.m. hissəsi üzərində 30 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Qəbələ "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusunun 12 mart 2017-ci il tarixli 40-158 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsası ünvan 4i ünvanında yerləşən 0.0500 ha həyətyanı torpaq sahəsi üzərində 30 mart 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.1 saylı Bakı "ASAN xidmət mərkəzində notariat ofisinin 21 dekabr 2019-cu il tarixli 40-1755 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən ünvan 5i ünvanında yerləşən fərdi yaşayış evi üzərində 15 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Qəbələ "ASAN xidmət" mərkəzinin notariat kontorunun 22 oktyabr 2023-cü il tarixli 4Ə-1988 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən ünvan 6i ünvanında yerləşən 0 0425 ha həyətyanı torpaq sahəsi üzərində 14 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan aktdan görünür ki, 9 saylı MKS-nin sahə ustası X1, qonşular 9-cu mikrorayon ev 3/21, mənzil 22-də yaşayan X8, 9-cu mikrorayon ev 3/21, mənzil 24də yaşayan X3 öz imzaları ilə təsdiq etmişdirlər ki, 9-cu mikrorayon ev 3/21, mənzil 21-də yaşayan və qeydiyyatda olan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh və oğlu X5 xx.xx.2015-ci ildə qeydiyyata düşmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13480/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 27 yanvar 2015-ci il tarixdə bağlanmış və 208 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh uşağı X5 ilə birlikdə qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehin övladı ilə birlikdə həmin ünvana köçürülməsi barədə qətnamə olsa da, iş materialları ilə təsdiq edilir ki, cavabdeh övladı ilə birgə artıq həmin mənzildə yaşamırlar. Belə ki, tərəflər arasında nikah müddətində mənzilə köçürülsə də, birgə nikah dövründə əldə edilmiş əmlak olmamışdır.Nikah münasibətlərinə xitam verildikdən sonra cavabdeh yetkinlik yaşına çatmayan uşağı ilə mənzildən faktiki olaraq köçmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən (cavabdehin bir neçə daşınmaz əmlak üzrə mülkiyyətçi olmasına dair Reyestr Xidmətinin 2 saylı Sumqayıt 2 saylı Ərazi İdarəsinin 25.09.25-ci il tarixli məlumatı) müəyyən edilir ki, cavabdehin yaşayış sahəsi üzrə ehtiyacının olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin və yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması-qeydiyyatda olması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh uşağı yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A, 21 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh uşağı yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A, 21 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4962/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4962/2025
30.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver