Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5025/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən itirilmiş qazın bərpası üçün 1046,2 (bir min qırx altı manat, 20 qəpik.) manat borcun, 30.47 (otuz manat 47 qəpik) manat dövlət rüsumunun, ümumilikdə cəmi 1076,67 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçıxx.xx.2022-ci il tarixli 713 saylı“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdehməxsus mənzilini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********09680nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G- 4 İTRON GALLUS PAY markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, Sumqayıt şəhəri, Bağlar 968 nömrəli evə əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyriqanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerində ******* saylı xx.xx.2017-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2020-ci il, tarixli, aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2017-ci il tarixli aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 135 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 45 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 45 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 1620 m (bir yüz altmış iki manat), xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 04m /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 18 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 99 gün, Samovarın maksimal saatlıq qaz sərfi 1.5m /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 18 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 99 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 99 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 3285 m , (üç yüz iyirmi səkkiz manat, 50 qəpik.) manat, xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2m /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 20 gün, AQVnin maksimal saatlıq qaz sərfi 2.25m /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 20 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 20 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 792 m , (yetmiş doqquz manat, 20 qəpik.) manat, xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08m /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 62 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 62 gün; Qaz sobasının maksimal saatlıq qaz sərfi 1.4m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 62 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 2604 m , (iki yüz altmış manat, 40 qəpik.) manat, xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 23 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 23 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 2m /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 865 m , (səksən altı manat, 50 qəpik.) manat, xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 1.2m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 1296 m , (bir yüz iyirmi doqquz manat, 60 qəpik.) manat borc, hesablanmışdır. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Göstərilənləri nəzərə alaraq, Cavabdehtərəfindən itirilmiş qazın bərpası üçün 1046,2 (bir min qırx altı manat, 20 qəpik.) manat borcun, 30.47 (otuz manat 47 qəpik) manat dövlət rüsumunun, ümumilikdə cəmi 1076,67 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qət edilmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı təşkilat tərəfindən onun mənzilinə məxsus sayğacı yenisi ilə əvəz etmək üçün çıxardıb aparmışlar. Sayğacı çıxartsalarda, yeni sayğac quraşdırılmadığı üçün onun mənzilinə qazın verilməsi dayandırılmışdır. O, idarəyə gedərək onun mənzilinə qazın verilişinin bərpa edlilməsini bildirsə də, iddiaçı təşkilatın əməkdaşları tərəfindən onun xahişi nəzərə alınmamışdır. O, bu səbəbdən Birliyin əməkdaşlarına məlumat verməklə mənzilinə qazın verilməsini özü bərpa etmiş və bu cəmi bir gün olmuşdur. İddiaçı təşkilatın əməkdaşları onun kənar müdaxilə kimi onun mənzilinə cərimə yazmışlar. O, hazırda cərimənin ödənməsinə etiraz etmir, lakin tələb olunan cərimə məbləği həddindən artıq çox şişirdilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 06 may 2022-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2017-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 135 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 45 gün. Radiatorların maskimal saatlıq qaz sərfi 0.8 m3/saat, qış ayları üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1620 m3. İş materiallarına əlavə edilmiş 07 fevral 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Bağlar ev 968 saylı fərdi evə aid qaz sayğacından kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.4 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 18 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 99 gün. Samovarın maskimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 18 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 99 gün. Radiatorların maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 99 gün qəbul edilməklə itirilmiş qazı bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 3285 m3. İş materiallarına əlavə edilmiş 27 fevral 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Bağlar ev 968 saylı fərdi evə aid qaz sayğacından kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 20 gün, AQVnin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 20 gün. Radiatorların maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 20 gün qəbul edilməklə itirilmiş qazı bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 792 m3. İş materiallarına əlavə edilmiş 30 aprel 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Bağlar ev 968 saylı fərdi evə aid qaz sayğacından kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 62 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 62 gün. Qaz sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 62 gün qəbul edilməklə itirilmiş qazı bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2604 m3. İş materiallarına əlavə edilmiş 23 may 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Bağlar ev 968 saylı fərdi evə aid qaz sayğacından kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 23 gün, Radiatorların maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 23 gün. QSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazı bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 865 m3. İş materiallarına əlavə edilmiş 03 dekabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh məxsus Bağlar ev 968 saylı fərdi evdə özbaşına sayğacı açıb xətdən aralayıb, qazdan sayğacsız şlank vasitəsilə istifadə edir. İş materiallarında olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazı bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1296 m3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə baxışında cavabdeh yaşadığı fərdi evə aid sayğaca kənar xətt vasitəsi ilə qoşulduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdehtərəfindən itirilmiş qazın bərpası üçün 1046,2 (bir min qırx altı manat, 20 qəpik.) manat borcun, 30.47 (otuz manat 47 qəpik) manat dövlət rüsumunun, ümumilikdə cəmi 1076,67 manat pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 1046,2 (bir min qırx altı manat, 20 qəpik.) manat borcun, 30.47 (otuz manat 47 qəpik) manat dövlət rüsumunun, ümumilikdə cəmi 1076,67 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-5025/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5025/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver