Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5049/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı “əmrin ləğv olunması, əmək haqqı və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “əmrin ləğv olunması, əmək haqqı və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 32 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır. O, xx.xx.2023-cü il tarixdə Sumqayıt Bələdiyyəsi Ümumi şöbənin müdiri Aygün Məhərrəmova tərəfindən otağına çağırılaraq, işdən çıxmaq üçün öz razılıq ərizəsini yazmağını tələb etmişdir. O, səbəbini soruşduqda səbəbini bilmədiyini, sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 tapşırıq aldığını bildirmişdir. O, həmin dəqiqə üzr istəyib otaqdan çıxaraq, qəbul otağına getmiş, Cavabdeh2 qəbuluna girmiş və işdən çıxma ərizəsini istədiyini soruşanda, cavab olaraq bildirmişdir ki, o istəmişdir. İşdən çıxarılmaq istəmə səbəbini, işində hər hansı bir nöqsanının olub-olmadığını soruşmuşdur. Heç bir səbəb və ya nöqsanın olmadığını bildirərək, onunla işləmək istəmədiyini bildirmişdir. O da öz ərizəsi ilə işdən çıxmayacağını bildirmişdir. Ondan sonra ona hədə qorxu gələrək, maddə ilə işinə son qoyulmasını istəmədiyi təqdirdə öz istəyi ilə ərizəni yazmalı olduğunu demişdir. Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən bu günə kimi heç bir səbəb olmadan çoxlu sayda işçiləri işə götürərək, işdən azad etmişdir (misal olaraq bir işçini bu gün işdən azad etdiyi halda, sabah həmin işçiyə yenidən işə götürmə əmri vermiş və ya əksi olaraq bügün bir işçiyə işə götürmə əmri veriyi halda, sabah isə həmin işçini heç bir səbəb olmadan işdən azad etmişdir). Bəzi işçilərin öz hesabına məzuniyyətə çıxmaq üçün verdikləri ərizələr təsdiq olunmuş, lakin o, qanuni xəstə olduğu halda onun xx.xx.2024-cü il tarixində rəsmi qaydada xx.xx.2024 cü ildən – xx.xx.2024 cü ilə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət ərizəsinə qərəzli şəkildə heç bir cavab verilməmişdir. Onda 2023-cü il mədə əməliyyatı (mədədə olan poliplərə görə) olunduğuna görə stressdən uzaq olmalı idi. Həmin vaxtı çox stres yaşadığına görə mədə ağrısından xx.xx.2023-cü ildən büllütenə çıxmışdır. Vəziyyəti ağırlaşaraq mədə-bağırsaq qan axmasından xx.xx.2023-cü ildə xəstəxanaya yerləşdirilmiş və davamlı olaraq müalicə olunmuşdur. xx.xx.2023-cü ildə səhər saatlarında özünü pis hiss etdiyi üçün həkimə müaricət etmiş, şikayətini soruşduqlarında qollarını hiss etmədiyini və təzyiqinin yüksək olduğunu bildirmişdir, həkimlər ona dərhal EKQ və EXO yoxlanışı edərək, səhər tezdən qan analizi verməli olduğunu bildirmişlər. xx.xx.2023-cü ildə səhər tezdən Abşeron Mərkəzi Xəstəxanasında analiz vermiş və analiz nəticələri yaxşı çıxmadığı üçün təcili “koronar angioqrafiya” olunmağı üçün icbari sığorta ilə Medistyle Hospitala göndərilmi.dir. Orada yenidən analizlər verərək, müayinə elədikləri zaman məlum olmuşdur ki, damarlarında 100% tutulma var, həmin dəqiqə ürək damarına 2 ədəd stent taxılmışdır. O gündən xx.xx.2024cü ilə qədər həkim nəzarətində olaraq büllütendə olmuşdur. Hal-hazırda vəziyyəti kafi olduğuna görə həkim nəzarətində evdə müalicə olunur. xx.xx.2024-cü il tarixində rəsmi qaydada xx.xx.2024-cü ildən -xx.xx.2024-cü ilə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət verilməsi üçün Sumqayıt Bələdiyyəsinin Ümumi şöbəsinə ərizə ilə müraciət etmiş və əlavə olaraq xəstəliyini təsdiq edən bütün sənədlərin sürətini ərizəsinə əlavə etmişdir. Sumqayıt Bələdiyyəsindən mart ayının ortalarından, onun işdən guya yayındığına görə yalandan xəstəlik vərəqələri verdiyi düşünülərək, Abşeron Mərkəzi Xəstəxanasına qərəzli şəkildə sorğu göndərilmişdir. Həqiqətən xəstəlikdən əziyyət çəkibçəkmədiyi və xəstəliyinin fəaliyyət qabiliyyətinə təsir edib-etmədiyi araşdırılmışdır. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları 1070 saylı məktublarına, xx.xx.2024-cü ildə cavab məktubu olaraq, üzrlü hal hesab edilməsi ilə bağlı ərizəsinin sürətini və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5005/********** saylı teleqramlarına, xx.xx.2024-cü ildə təkrar olaraq cavab məktubu göndərərək, üzürlü hal hesab edilməsi ilə bağlı ərizəsinin və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən, may ayın əvvəllərində işdən guya yayındığına görə xx.xx.2024-cü il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyini səbəb göstərərək, onu işdən azad etmək üçün, Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (Bİ HİRK) məktub göndərmişlər. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Məhəmməd müəllim (050 648-18-10) onunla əlaqə saxlayaraq, işə getməmə səbəbini araşdırmaq üçün onlara xəstəliyi haqqında bütün sənədlərinin göndərilməsini xahiş etmişdir. Nəticədə araşdırılaraq məlum olmuşdur ki, onun öz hesabına məzuniyyətə çıxmaq üçün göndərdiyi ərizə və sənədlər əsasında xəstəlikdən əziyyət çəkməyi, xəstəliyinin fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olduğu müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5000/********** saylı sonuncu xəbərdarlıq teleqramlarına təkrar cavab olaraq bildirmişdir ki, hər dəfə onlara xəstəliyi ilə bağlı sənədləri təqdim etsə də, onlar qərəzli şəkildə qeyd edir ki, sənədlər təqdim olunmamışdır. İşdən çıxmağa məcbur etmək üçün bu addımı atdıqlarını bilir. Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatından xx.xx.2024-cü il tarixdə gələn AZ5005/********** saylı teleqramda bildirilir ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatına göndərdiyi onunla Sumqayıt Bələdiyyəsinin sədri (işə götürən) arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, N-1745 saylı təqdimata baxılmağı üçün Sumqayıt Bələdiyyəsinin AKT zalında xx.xx.2024-cü il tarixində saat 11 da iclas keçiriləcəkdir. Onun iştirakı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “A” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumun xəstələnməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Evin tək işləyəni o, olduğundan onu, işdən haqsız yerə çıxarmaqları onun, ailənin, uşaqlarının vəziyyətini çətinləşdirmişdir. İşlədiyi dövr ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Yuxarıda qeyd etdikləri ilə bağlı bütün sübutları məhkəməyə təqdim edəcəkdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilsə də problem həllini tapmamış və bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırlıq iclasında Cavabdeh2 cavabdeh qismində, 24 iyul 2024-cü il tarixdə işin məhkəməyə baxılmağa hazırlanması iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun adı cinayət işində hallanmır. Cavabdeh2 özü bildirmişdir ki, ərizəsin yazsın, o da üstünü yazsın və iddiaçı məzuniyyətə çıxsın. May ayının 27-si müraciət etmiş və 28-i həmin müraciət qarşı tərəfə çatmışdır. İki dəfə göndərmiş, birinci isə mart ayının 14-ü çatdırılmışdır. 30 may tarixdə də həmkarlar ittifaqının iclası keçirilmiş və ərizəsi haqqında da heç bir məlumat verilməmişdir. Respublika Həmkarlar ittifaqı da araşdırmış və müəyyən etmişdir ki, həqiqətən onun ərizəsi haqqında heç bir məlumat verilməmişdir. Orada çıxış edən şəxslər də hər hansı ərizənin verilməsi barədə məlumat verməmişlər. 14 mart 2024cü il tarixdə ərizə vermiş, 18 mart 2024-cü il tarixdə xəstəxanaya məktub yazmışlar ki, o, yalandan sənədlər təqdim edir. Ona görə də bunun araşdırılmasını istəmişlər. Araşdırma aparılaraq cavab göndərilmişdir ki, iddiaçı həqiqətən xəstədir. Ürəyində də stendi vardır. Üstəlik mədəsindən də əməliyyat olunmuşdur. Mart ayının 31-nə kimi xəstəlik vərəqəsi olmuşdur. Ondan iki həftə əvvəl də öz hesabına məzuniyyətə çıxmaq barədə ərizə yazmışdır. Etirazda bacısını qeyd etmişlər. Lakin bacısı xəstəxana da mühasib işləyir. Sənəd alıb-verən deyildir. Epikrizi isə başqa xəstəxanalar vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əmr verilib işdən azad olunan günədək qarşı tərəfdən müraciətlər olmuş və teleqramlar göndərilmişdir. Onların heç birində də məzuniyyət ilə bağlı məsələyə toxunulmamışdır. Onlara teleqram vurularaq bildirilmişdir ki, xəstəliklə bağlı sənədləri təqdim etsinlər. Hər müraciətdə də qeyd etmişlər ki, bunu göndərmişlər. Ona görə də təkrar göndərirlər. Yoxalama aparılmış və müəyyən edilmişdir ki, işəgötürən tərəfindən müəyyən hallar gizlədilmişdir. İşdən azad olunduğu təqdirdə bərpa olunması təklif olunmuşdur. Orada da konkret olaraq pozuntu göstərilmişdir. İddia ərizəsinə həmin sənədləri qoşma etdikdən sonra tərəf artıq məcbur qalaraq onların işinə münasibət bildirmişdir. Əmək Məcəlləsinin 129.1-ci maddəsinə əsasən ya iddiaçının müraciəti əsasında, ya da tərəflərin qarşılıqlı razılığı əsasında məzuniyyət verilə bilər. 2-ci bənddə də 6 ayadək məzuniyyət hüququ nəzərdə tutulmuşdur. Halbuki orada məhdudiyyət də yoxdur. Hansı ki, cavabdeh tərəf 130-cu maddəyə istinad edərək onların hüquqlarını həmin hissədə məhdudlaşdırmaq istəmişdir. Etirazda da qeyd edilir ki, iddiaçı müraciət etmişdir. Lakin 130-cu maddəyə uyğun olaraq ona məzuniyyət verilməli deyildir. Buradan müəyyən olunur ki, onların müraciəti qəbul edilmişdir. Lakin heç bir halda məzuniyyətin verilməməsi, məzuniyyətin düşməməsi deyilməmişdir. İyul ayının 5-i əmrin surətini almışlar. 14 iyul tarixdə mediasiya prosessinin tətbiqi barədə təklif məktubu göndərmişlər. 27 iyun tarixdə isə mediasiyaya müraciət etmişlər. İyul ayının 1-i mediasiyanın baş tutmaması barədə sənədi almışlar. Həmin tarixdən də bir ay başa çatmamış məhkəməyə müraciə etmişlər. Həmin müddət ərzində həm mediasiyanı həm də məhkəməni həll etmişlər. Yəni ki müddət buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini qəbul etməyərək göstərdi ki, digər məhkəmə iclasında iştirak edən həmkarının dediklərini təsdiq edir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya da cavab verilməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Qorxmaz Həsənova ünvanlanmış şikayət ərizəsindən görünür ki, o, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində rəsmi qaydada xx.xx.2024-cü ildən -xx.xx.2024-cü ilə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət verilməsi üçün Sumqayıt Bələdiyyəsinin Ümumi şöbəsinə ərizə ilə müraciət etmiş və əlavə olaraq xəstəliyini təsdiq edən bütün sənədlərin sürətini ərizəsinə əlavə etmişdir. Sumqayıt Bələdiyyəsindən mart ayının ortalarından, onun işdən guya yayındığına görə yalandan xəstəlik vərəqələri verdiyi düşünülərək, Abşeron Mərkəzi Xəstəxanasına qərəzli şəkildə sorğu göndərilmişdir. Həqiqətən xəstəlikdən əziyyət çəkibçəkmədiyi və xəstəliyinin fəaliyyət qabiliyyətinə təsir edib-etmədiyi araşdırılmışdır. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları 1070 saylı məktublarına, xx.xx.2024-cü ildə cavab məktubu olaraq, üzrlü hal hesab edilməsi ilə bağlı ərizəsinin sürətini və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5005/********** saylı teleqramlarına, xx.xx.2024-cü ildə təkrar olaraq cavab məktubu göndərərək, üzürlü hal hesab edilməsi ilə bağlı ərizəsinin və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Bunlara məhəl qoymaraq onun xəbəri və iştirakı olmadan may ayının əvvəllərində Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsindən azad etmişlər. Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatından xx.xx.2024-cü il tarixdə gələn AZ5005/********** saylı teleqramda bildirilir ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatına göndərdiyi onunla Sumqayıt Bələdiyyəsinin sədri (işə götürən) arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, N-1745 saylı təqdimata baxılmağı üçün Sumqayıt Bələdiyyəsinin AKT zalında xx.xx.2024-cü il tarixində saat 11 da iclas keçiriləcəkdir. Onun iştirakı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “A” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumun xəstələnməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Bütün bunların araşdırılması üçün o, X4 Xidmətinə şikayət edərək köməklik edilməsi və bu işin dərindən araşdırılmasını xahiş etmişdir. Bu məsələnin əsaslı araşdırılmasını xahiş etmişdir. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 139 nömrəli müraciətə cavabdan görünür ki, onlara göndərilən sənədlər öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə olsa da həmkarlar təşkilatına Sumqayıt Bələdiyyəsinin sədri Cavabdeh2 tərəfindən göndərilən təqdimatda öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı 14.03.204-cü il tarixli ərizə haqqında heç bir məlumat verilmir. İclasda çıxış edən bələdiyyənin hüquq şöbəsinin müdiri də öz çıxışında bildirir ki, İddiaçı həqiqətən də xx.xx.2024-cü il tarixdən hal-hazıradək işə gəlməməyinin üzrlü hal hesab edilməsinə dair təsdiqedici sənəd təqdim etməmişdir. Çıxışdan göründüyü kimi o da onun öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı xx.xx.2024-cü tarixli ərizə haqqında heç bir məlumat vemir. Həmkarlar təşkilatının iclasında çıxış edən digər üzvlər də onun ərizəsi haqqında heç nə demirlər. Onlarla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğd edilməsinə həmkarlar təşkilatı tərəfindən razılıq verilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin sədri Cavabdeh2 təqdimatının müzakirəsi zamanı, iclasın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalarına riayət edilməyinə baxmayaraq onun təqdim etdikləri sənədlərdə tez-tez müayinədən keçməkləri, xəstəliyi təsdiq edən sənədlər və onun öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsi haqqında iclas iştirakçılarına heç bir məlumat verilməmişdir. Həmkarlar təşkilatının 30 may 2024-cü ildə keçirilən iclasında Sumqayıt Bələdiyyəsinin sədri Cavabdeh2 təqdimatına, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi zamanı qeyd edilən faktların gizlədilməsi işəgötürənin nəzərinə çatdırılmaqla onun işə bərpa olunmağı tövsiyyə ediləcəkdir. Əlavə olaraq da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən yaranmış fərdi əmək mübahisələrinin həlli və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə 1 ay müddətində müraciət edilə biləcəyi bildirilmişdir. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xəstəliyi ilə əlaqədar olaraq (ürəyinə iki ədəd stend taxıldığı üçün) onu xx.xx.2024-cü ildən – xx.xx.2024-cü ilə qədər öz hesabına məzuniyyət verilməsini xahiş etmişdir. Vhatsap sosial platformasında Samir Babayev ilə iddiaçı arasında olan yazışmalardan müəyyən edilir ki, ərizəni Samir Babayev vermiş və iddiaçı da onun verilibverilməməsi və qol çəkilib-çəkilməməsi ilə maraqlanmışdır. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xəstəliyi ilə əlaqədar olaraq ona xx.xx.2024-cü ildən – xx.xx.2024-cü ilə qədər öz hesabına məzuniyyət verilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 1070 nömrəli, 19 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixindən hal-hazırki günədək bütün iş günləri ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsi ilə bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Məktubu adığı tarixdən iki iş günü müddətinə işə gəlməməyinin üzrlü hal hesab edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görüləcəyi bildirilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq, yuxarıdakı məzmunla eyni qaydada xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, o, İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixində rəsmi qaydada xx.xx.2024-cü ildən – xx.xx.2024-cü ilə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət verilməsini Sumqayıt Bələdiyyəsinin Ümumi şöbəsinə ərizə ilə müraciət edərək etmiş və əlavə olaraq xəstəliyi haqqında sənədləri həmin ərizəsinə əlavə etmişdir. Bundan başqa Sumqayıt Bələdiyyəsindən Abşeron Mərkəzi Xəstəxanasına sorğu edərək həqiqətən xəstəlikdən əziyyət çəkməyi və xəstəliyinin fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olub-olmamasını öyrənmişlər. Artıq bütün rəsmi sənədlərlə məlumdur ki, o, xəstədir. İş qabiliyyəti hal-hazırda mövcud deyildir. Müacilələri davam etməkdədir. Sağaldığı halda dərhal iş fəaliyyətinə başlayacaqdır. Bütün yuxarıda qeyd olunanların və Əmək Qanunvericiliyinin tələblərinin nəzərə alınmasını xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq, xx.xx.2024-cü il tarixindən hal-hazıradək üzrlü səbəblər olmadan işə gəlməməyinin üzrlü hesab edilməsinə dair təsdiqedici sənəd təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəruri tədbir görülməsinin nəzərdə tulduğu bildirilmişdir. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, o, İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixində rəsmi qaydada xx.xx.2024-cü ildən – xx.xx.2024-cü ilə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət verilməsini Sumqayıt Bələdiyyəsinin Ümumi şöbəsinə ərizə ilə müraciət edərək etmiş və əlavə olaraq xəstəliyi haqqında sənədləri həmin ərizəsinə əlavə etmişdir. Bundan başqa Sumqayıt Bələdiyyəsindən Abşeron Mərkəzi Xəstəxanasına sorğu edərək həqiqətən xəstəlikdən əziyyət çəkməyi və xəstəliyinin fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olub-olmamasını öyrənmişlər. Artıq bütün rəsmi sənədlərlə məlumdur ki, o, xəstədir. İş qabiliyyəti hal-hazırda mövcud deyildir. Müacilələri davam etməkdədir. Nəzərə alınması xahiş edilmişdir. Yenidən eyni qaydada xx.xx.2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya xəbərdarlıq ünvanlanmış, iddiaçı da təkrar məzmunlarla cavab məktubu ilə cavablandırmışdır. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində Sumqayıt Şəhərində Sumqayıt Bələdiyyəsi tərəfindən ilk həmkarlar İttifaqı Təşkilatının iclası keçiriləcəkdir. İclasda Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttiafı Təşkilatına göndərdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimata baxılacağı bildirilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 1925 nömrəli, 31 may 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə 31 may 2024-cü il tarixindən ləğv edilmişdir. Əmək kitabçasının götürülməsi üçün Sumqayıt Bələdiyyəsinə yaxınlaşmağı xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsi tərəfindən 31 may 2024-cü il tarixli, 32 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, Sumqayıt Bələdiyyəsi İcra Aparatının memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri İddiaçı ilə bağlanmış 13 aprel 2020-ci il tarixli əmək müqaviləsi 31 may 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 12 hissəsinə uyğun olaraq İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin təmin edilməsi, bu əmrdən irəli gələn vəzifənin icrasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində tələb olunan işəgötürənin son haqq-hesabının ödənilməsinin bələdiyyənin icra aparının mühasibatlığına tapşırılması, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmək kitabçasında müvafiq qeydlərinin aparılmasının təmin edilməsi əmr edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 qərəzli şəkildə bu cür addımlar ataraq onu öz istəyi ilə yazıb işdən çıxmağa məcbur etmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, işçi ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, daha sonra xx.xx.2024-cü il tarixdə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə) xitam verilmişdir. X2 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01391 saylı arayışdan görünür ki, tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. “Bahar” Tibb Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, o, həqiqətən xx.xx.2023-cü il tarixində “X6”-də həkim müayinəsindən keçmişdir. “Eritemli panqastrit, mədənin antral hissəsinin polipləri” diaqnozu qoyulmuşdur və polipektomiya əməliyyatı icra olunmuşdur. Cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş etirazın məzmunundan görünür ki, İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsini tamamilə əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, İddiaçı əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirin tətbiq olunmasına dair əmrə qiymət verərkən aşkar səhvlərə və yanlışlığa yol vermişdir. İddiaçı iddia ərizəsində hər hansı sübut və dəlillərə söykənmədən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 və ümumi şöbənin müdiri A.Məhərrəmova haqqında həqiqətə uyğun olmayan xarakterli fikirlər səsləndirmiş, özünün üzürlü səbəblər olmadan 2 aya yaxın müddətdə işə çıxmamasını əmək və icra intizamının pozuntusu kimi qəbul etməyərək bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmri əsassız və hüquqazidd saymışdır. Halbuki, işdə olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif xəstəlik diqnozları ilə ayrı-ayrı sağlamlıq müəssisələrindən aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələri əsasında işə çıxmamışdır. Adı çəkilən xəstəlik vərəqələrində iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnozlar fəqli diaqnozlardır və onun 6 ayadək işə çıxmamasına əsas verən ağır xəstəliklər deyildir. İddiaçının bacısı X1 Abşeron Rayon xəstəxanasında işlədiyini və İddiaçı da əmək qabiliyytətinin itirilməsi barərə tibbi arayışların Abşeron rayon xəstəxanasının həkimləri tərəfindən verildiyini nəzərə alaraq, onun əmək qabiliyyətini belə uzun müddətə itirməsi barədə tibbi sənədlərə şübhələr yaranmış və bununla bağlı onlar tərəfindən 29 mart 2024-cü il tarixli məktubla Abşeron Rayon xəstəxanasına müraciət ünvanlanmışdır. Həmin müraciətdən sonra iddiaçıya əmək qabiliyyətinin müvəqqqəti itirilməsi ilə bağlı yeni sənəd verilməmiş və sonuncu arayışda iddiaçının artıq sağalaraq 01 aprel 2024-cü il tarixdə işə çıxması barədə qeyd olunmuşdur. Ancaq İddiaçı 01 aprel 2024cü il tarixdə işə çıxmaq əvəzinə 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək ona ödənişsiz məzuniyyətinin verilməsini tələb etmişdir. İddiaçının 6 aya yaxın müddətdə işə çıxmadığını və İddiaçı 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsi üçün qanunvericiliklə hər hansı əsas olmadığı səbəbindən ona belə bir məzuniyyət verilməmişdir. İddiaçı isə bələdiyyəyə ünvanladığı ərizəni əsas gətirərək ona ödənişsiz məzuniyyətin verilməli olduğunu bildirmiş və məzuniyyətin verilməməsinə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etmişdir. Dəfələrlə iddiaçıya yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə istinad edərək işə çıxmaqdan imtina etmişdir. Nəticədə iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatının iclası keçirirlmiş, həmin iclasda bələdiyyə sədri vəzifəsini icra edən Cavabdeh2 təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədrinin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Azərbaycan Reaspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi,yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstəriən əmrdən də görünür ki, iddiaçı hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Bununla belə iddiaçı bu güzəştə baxmayaraq üzrsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, sözügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçılmaz olmuşdur. İddiaçının guya səhhətində problemlər olması və bu səbəbdən işə çıxa bilməməsi barədə bildirdikləri iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dönəmlərdə verilmiş müvafiq tibbi səbənlər olduğu kimi, 01 aprel 2024-cü il tarixdən sonra da səhhətində problemlər olması səbəbindən işə çıxa bilməməsini təsdiq edən sübutlar olmalıdır ki, tibb müəssisəsinin veridiyi sonuncu arayışda İddiaçı sağaldığı və 01 aprel 21024-cü il tarixdən işə çıxmalı olması öz əksini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrinin qanunsuz və əsassız olması barədə mülahizəsinin də səhv olduğu qənaətindədirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-130-cu maddələrində ödənişsiz məzuniyyətlərə dair müddəalar öz əksini tapmışdır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti nəzərdə tutulmuşdur ki, onlar da aşağıda göstərilmişdir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan,işçilərə — bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə —14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə — 14 təqvim gününədək; f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək ;g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü ;ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək ;h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ;x) 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə - 14 təqvim gününədək ;i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. Göründüyü kimi, qanunvericiliklə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti dəqiq müəyyən edilmişdir ki, həmin qanun normasında iddiaçının istnad etdiyi hala görə və verilməsini istədiyi müddətlərdə ödənişsiz məzuniyyətin verilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Sadalananlara əsaslanaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsini əsassız sayaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən “Sumqayıt Bələdiyyəti” sədr vəzifəsini icra edən Cavabdeh2 ünvanlanmış 16 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, İddiaçı Vidadi oğlu xx.xx.2023 cü il tarixində epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloqa müraciət etmişdir. İddiaçı elə bu tarixdən K52.8 Qeyri-infeksion qastroentrokolit diaqnozu ilə ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq xx.xx.2023 tarixinə qədər uzadılmışdır. xx.xx.2023 tarixində xəstənin vəziyyətində pisləşmə qeyd olunduğundan, Unikal klinika tərəfindən stasionar müalicəyə götürülmüşdür. xx.xx.2023-xx.xx.2023 tarixinə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi İddiaçı təqdim olunaraq ambulator müalicə təyin olunmuşdur. Şikayətlərin davamının səbəbilə xx.xx.2023 tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkimqastroenteroloq tərəfindən ******* nömrəli vərəqəsi xx.xx.2023 tarixədək uzadılmışdır. xx.xx.2023 tarixində sinədə yaranan ağrı, sol kürəyə, qola yayılması səbəbi ilə Medistyle Hospitala kardiologiya şöbəsinə yerləşdirilmişdir. İddiaçı koronar angioqrafiya olunaraq stent olunmuşdur. Burada İddiaçı 09-xx.xx.2023 tarixlərinə qədər ******* nömrəli xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2023 tarixində ARMX poliklinika şöbəsində həkim-kardioloqa müraciət edərək əmək qabiliyyəti olunmaması vərəqəsi uzadılmışdır.Təkrarən xx.xx.2024 ürək nahiyyəsində ağrıların artması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə qəbul olunmuşdur. 03-xx.xx.2024 tarixlərdə ******* nömrəli xəstəlik vərəqəsi açılaraq xx.xx.2024 tarixə qədər uzadılmışdır. Vəziyyəti həkim-kardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024 tarixindən xx.xx.2024 tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmışdır. xx.xx.2024 tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Sumqayıt Bələdiyyəsi tərəfindən möhürlə təsdiq edilərək tərtib edilmiş aktlardan görünür ki, onlara göndərilən məktubda xx.xx.2024-cü il tarixində İddiaçı işə başlaması qeyd olunsa da, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günü olsa da bütün iş günü ərzində işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmiş və bu barədə məlumat verməmişdir. Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasının 30 may 2024-cü il tarixli, 01 nömrəli protokolundan görünür ki, İddiaçı bələdiyyənin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqəsində olduğunu, sonuncu SN seriyalı, 00008 nömrəli, ******* saylı, verildiyi tarix xx.xx.2024-cü il olan əmək qabiliyyətinin olmaması vərəqəsində xx.xx.2024-cü il tarixindən işə başlama olsa da, İddiaçı həmin tarixdən hal-hazıradək işə gəlməmiş, işə gəlməməsinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin onlar tərəfindən İddiaçı əmək qabiliyyətinin müvəqqəti olmamasını müəyyən etmək məqsədi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına xx.xx.2024-cü il tarixli, 812 saylı məktubla rəsmi müraciət edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının bələdiyyəyə ünvanladığı cavab məktubunda İddiaçı sonuncu dəfə əmək qabiliyyətinin olmaması vərəqəsinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək uzadıldığını, xx.xx.2024-cü il tarixindən isə vəziyyəti nisbətən yaxşılaşdığı üçün qeyd olunan tarixdən də işə başlama olduğu qeyd edilmişdir. Cavab məktubuna uyğun olaraq İddiaçı yaşadığı ünvana xx.xx.2024-cü il, 1070 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Bu xəbərdarlıq məktubuna cavab olaraq bələdiyyəyə göndərdiyi məktubunda o, xx.xx.2024-cü ildən üzrsüz səbəbdən işə gəlməməsinə dair təsdiqedici sənəd təqdim etməmişdir. Qeyd olunanların nəzərə alınaraq, İddiaçı qeyd olunan tarixdən hal-hazıradək üzrsüz səbəbdən işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə bələdiyyənin işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatı etiraz etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan mülki məhkəmə mübahisələrinə baxılması zamanı inzibati orqanların fəaliyyətində aşkar edilmiş qanunvericiliyin tələblərinin pozulması hallarına dair arayışdan görünür ki, dövlət qulluqçusu olmayan işçilərlə inzibati orqanlar arasında bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsindən yaranan mülki mübahisələr üzrə məhkəmə işlərinin ümumiləşdirilməsi nəticəsində vətəndaşların konstitusion təminatlı əmək hüququnun realizəsinə qeyri-legitim müdaxilənin yolverilməzliyi baxımından bu xüsusda bəzi məqamlara toxunmaq zərurəti yaranmışdır. İşəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarının və qaydalarının tələblərinə əməl etməlidir. Əks təqdirdə, qanunvericiliyin tələblərinə əməl edilməməsi qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qərarın qəbul edilməsini labüd edir. Dövlət orqanlarının, müəssisə və təşkilatlarının, X7lərin əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi əmrlər əksər hallarda faktiki hallara və buna müvafiq olaraq maddi hüquqi əsaslara söykənmir. Əmrlərdə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal olaraq istinad edilməklə konkret olaraq hansı əsasa istinad edildiyi göstərilmədən pozuntu hesab edilən faktiki halların əvəzinə sadəcə işəgötürənin mülahizələri öz əksini tapır. Həmçinin baş vermiş pozuntu ilə bağlı araşdırma aparılmadan və ya işçidən yazılı izahat alınmadan, formal tərtib edilmiş aktlara istinad edilməklə, habelə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, başqa sözlə lazımi qaydada icraat aparmadan işdən azad edilmə barədə qərar qəbul edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarından göründüyü kimi, İddiaçı Sumqayıt Bələdiyyəsinin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmış, Sumqayıt Bələdiyyəsinin xx.xx.2024cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı iddia ərizəsinin məzmununda sadalanan əsaslardan çıxış edərək cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozuluduğunu iddia edir və işə bərpa edilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 79-cu maddənin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 154-cü maddənin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296-cı maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 129-cu maddənin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 129-cu maddənin 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Məhkəmə tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixində iddiaçının səhətində pisləşmə olunduğundan, İddiaçı Vidadi oğlu xx.xx.2023-cü il tarixində epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkimqastroenteroloqa müraciət etmişdir. İddiaçı elə bu tarixdən K52.8 Qeyri-infeksion qastroentrokolit diaqnozu ilə ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq xx.xx.2023 tarixinə qədər uzadılmışdır. xx.xx.2023 tarixində xəstənin vəziyyətində pisləşmə qeyd olunduğundan, Unikal klinika tərəfindən stasionar müalicəyə götürülmüşdür. xx.xx.2023-xx.xx.2023 tarixinə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi İddiaçı təqdim olunaraq ambulator müalicə təyin olunmuşdur. Şikayətlərin davamının səbəbilə xx.xx.2023 tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloq tərəfindən ******* nömrəli vərəqəsi xx.xx.2023 tarixədək uzadılmışdır. xx.xx.2023 tarixində sinədə yaranan ağrı, sol kürəyə, qola yayılması səbəbi ilə Medistyle Hospitala kardiologiya şöbəsinə yerləşdirilmişdir. İddiaçı koronar angioqrafiya olunaraq stent olunmuşdur. Burada İddiaçı 09-xx.xx.2023 tarixlərinə qədər ******* nömrəli xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2023 tarixində ARMX poliklinika şöbəsində həkim-kardioloqa müraciət edərək əmək qabiliyyəti olunmaması vərəqəsi uzadılmışdır. Təkrarən xx.xx.2024 ürək nahiyyəsində ağrıların artması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə qəbul olunmuşdur. 03-xx.xx.2024 tarixlərdə ******* nömrəli xəstəlik vərəqəsi açılaraq xx.xx.2024 tarixə qədər uzadılmışdır. Vəziyyəti həkim-kardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024 tarixindən xx.xx.2024 tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmışdır. xx.xx.2024 tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli olmayan hissə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçının xəstəliyi ilə əlaqədar müalicə almasıdır. Sumqayıt Bələdiyyəsi tərəfindən sorğu göndərildikdən sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən cavab verilərək qeyd edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Həmin tarixdən sonra isə cavabdeh tərəfindən iddiaçıya teleqramlar ünvanlanaraq, işə çıxması təklif olunmuş, iddiaçı da öz növbəsində cavab məktubları ünvanlayaraq, işə səhhəti ilə əlaqədar çıxa bilməməsini öz hesabına məzuniyyət (ödənişli) qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə işin faktiki hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli (iddiaçının müraciətlərinə qiymət vermədən, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 139 nömrəli müraciətə cavabda bu hal öz əksini tapmışdır), habelə məhkəmə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılması ilə bağlı qanunvericiliyin göstərişini nəzərə alaraq hesab edir ki, iddiaçı əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçıya onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 32 saylı əmri ləğv edilsin. İddiaçı 31 may 2024-cü ildən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5049/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5049/2024
16.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver