Məhkəmə qərarları › İş №e-2(060)-5084/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-5084/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5084/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsinə görə pul qoyulması tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsinə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh LPO "xxxx" ASC-yə 1139 saylı, 29 iyun 2021-ci il tarixli ödəniş tapşırığı ilə 46445,79 (qırx altı min dörd yüz qırx beş manat yetmiş doqquz qəpik) manat pulun və 2 il 5 ay müddətində gecikdirdiyinə görə illik 5% 5612,29 (beş min altı yüz on iki manat iyirmi doqquz qəpik) manat pulun və 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumunun ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi ilə cavabdehlər Mehdiyev Taleh Adəm oğlundan, İddiaçı və Nadir Yusif oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla əsas və faiz borcu üzrə 27.321,05 (iyirmi yeddi min üç yüz iyirmi bir ABŞ dolları 5 sent) ABŞ dolları tutulması və ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsi, 16 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 (əlli min) manat, Nadir Yusif oğluna məxsus Sumqayıt şəhəri, 41A məhəllə, 2 saylı evin 12 saylı mənzilinin ilkin satış qiyməti 58 000 (əlli səkkiz min) manat müəyyən edilməsi qət edilmişdir. "xxxx" ASC ilə cavabdeh Mehdiyev Taleh Adəm oğlu arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 65 000 ( altmış beş min ABŞ dolları) ABŞ dolları məbləğində kredit verilmişdir. 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC-nin "Azadlıq" filialı arasında cavabdeh Mehdiyev Taleh Adəm oğlu arasında 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küşəsi, 16 saylı fərdi yaşayış evi və tam mülkiyyət hüququ əsasında Nadir Yusif oğluna məxsus Sumqayıt şəhəri, 41 A məhəllə, 2 saylı evin 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, götürülmüş kredit üzrə "xxxx" ASC-nin "Azadlıq" filialı ilə cavabdeh Mehdiyev Taleh Adəm oğlu arasında 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi qanuni qüvvə almışdır və həmin qətnamənin əsasında o, Sumqayıt İcra İdarəsinin 23 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən LPO "xxxx" ASC-yə 1139 saylı, 29 iyul 2021-ci il tarixli ödəniş tapşığı ilə 46445,79 (qırx alt min dörd yüz qırx beş manat, yetmiş doqquz qəpik) AZN pul ödəmişdir. O, mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küşəsi, 16 saylı fərdi yaşayış evini satıb banka ödəniş etmişdir. Ona görə hesab edir ki, banka ödədiyi 46445, 79(qırx alt min dörd yüz qırx beş manat, yetmiş doqquz qəpik) AZN pul cavabdeh Mehdiyev Taleh Adəm oğlundan tutulub ona verilməlidir. Cavabdeh Mehdiyev Taleh Adəm oğlu o, pulu ödədikdən sonra 2 il 5 ay müddətində gecikdirdiyinə görə illik 5 % mənə pul ödəməlidir, 2 il 5 ay üçün 5612,29 qəpik pul ondan alınıb ona verilməlidir. (46445,79 x 5% = 2322, 28 qəpik bir illik, 2322, 28 :12 ay= 193,52 qəpik, gecikmə 2 il 5 ay (29 ay) x 193,52 = 5612,29 qəpik) Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5084/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirdi ki, notariusa sorğu verilməsi yaxşı olardı. Belə ki, bankda pulun kim tərəfindən ödənildiyi barədə məlumat yoxdur. Ödəniş tapşırığı əsasında notariusun depozitindən həmin məbləğ banka daxil olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəmə tərəfindən göndərilən “xəbərnaməli bildirişi” xx.xx.2024-cü il tarixdə qəbul etmiş, həmçinin dəfələrlə SMS məlumatlandırılmaqla xəbərdar edilmişdir. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması barədə ərizə təqdim edərək etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5084/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) öhdəliyin icra edilməməsinə görə pul qoyulması tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşin materiallarında olan ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanlanmış ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə məlumatından görünür ki, LPO "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsi üzrə öhdəliklər bank qarşısında tam icra olunmuşdur. Yuxarıda göstərilənlərin nəzərə alınaraq, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 48.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 67.8 kv.m ümumi sahəsindən ibarət 16 nörməli fərdi yaşayış evinin 13 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişlər. AZ-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 67.8 kv.m ümumi sahəsindən ibarət 16 nörməli fərdi yaşayış evini 57000 manata satmışdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş 23 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-146/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. 29 iyul 2021-ci il tarixli, 1139 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Sumqayıt 4 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC 8 saylı şöbə vasitəsi ilə LPO ”Amrahbank” ASC-nin hesabına 46445.79 manat məbləğində vəsait yüklənmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış borc öhdəliyinin olub-olmaması barədə məlumatdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-146/2020 saylı məhkəmə sənədi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda borclular X8, İddiaçı və Nadir Yusif oğlunun sözügedən məhkəmə sənədi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 250.50 manat ödəmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, icraatda olan mülki iş üzrə xx.xx.2024-cü il tarixdə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən 46445,79 manat məbləğində pul vəsaiti Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 31 iyul 2021-ci il tarixli ödəniş tapşırığı əsasında 02 avqust 2021-ci il tarixində LPO "xxxx" ASC-yə ödənilmişdir. İcra işindən müəyyən olunur ki, icra ödənişləri həyata keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh Mehdiyev Taleh Adəm oğlu arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 65 000 ( altmış beş min ABŞ dolları) ABŞ dolları məbləğində kredit verilmişdir. 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC-nin "Azadlıq" filialı arasında cavabdeh Mehdiyev Taleh Adəm oğlu arasında 13 oktyabr 2015ci il tarixli, 399/E saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küşəsi, 16 saylı fərdi yaşayış evi və tam mülkiyyət hüququ əsasında Nadir Yusif oğluna məxsus Sumqayıt şəhəri, 41 A məhəllə, 2 saylı evin 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı 46445,79 (qırx alt min dörd yüz qırx beş manat, yetmiş doqquz qəpik) AZN pul ödəmişdir. O, mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küşəsi, 16 saylı fərdi yaşayış evini satıb banka ödəniş etmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı zaminlik müqaviləsi əsasında ümumilikdə 46445.79 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyiicra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icraetdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bankın sənədlərinə, borcun verilməsi barədə pul köçürmə sənədinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə sorğusu əsasında tələb edilmiş icra işi və araşdılan mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, üzrə iddiaçı – zamin İddiaçı borclu – cavabdeh Mehdiyev Taleh Adəm oğlunun kredit müqaviləsi üzrə öhdəliyini 46445.79 manat hissəsində icra etmişdir. Bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir. Belə olduğu təqdirdə məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ həssində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanan borcun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, cavabdehdən 5612.29 manat tutularaq iddiaçıya verilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 46445.79 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır.Ona görə də Cavabdeh 46445.79 (qırx altı min dörd yüz qırx beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul, gecikdirilmiş vaxt üçün 5612.29 (beş min altı yüz on iki manat iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 52058.08 (əlli iki min əlli səkkiz manat səkkiz qəpik), ödənilmiş 250.50 (iki yüz əlli manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdimetdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin edildiyindən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 20 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tələb edildiyindən, iddia tələbi təmin edildiyi üçün, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 250.50 manat cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 46445.79 (qırx altı min dörd yüz qırx beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul, gecikdirilmiş vaxt üçün 5612.29 (beş min altı yüz on iki manat iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 52058.08 (əlli iki min əlli səkkiz manat səkkiz qəpik) manat pul, ödənilmiş 250.50 (iki yüz əlli manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar