Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-51/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Topqaya X1 Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Topqaya X1 Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi "xxxx" fermer təsərrüfatı MMC-yə məxsus 3 ha torpaq sahəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsində inşa etdiyi tikililərin cavabdehin öz hesabına sökülməsi, həmçinin həmin ərazinin cavabdehin öz vəsaiti hesabına boşaldılması, vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun, 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" fermer təsərrüfatı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Xalq X13 Heyətinin xx.xx.1993-cü il tarixli 33 saylı protokoluna əsasən, X4 adına kəndli fermer təsərrüfatının yaradılması məqsədi ilə Sumqayıt şəhər “Metalbaza” ərazisində 3.00 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 201 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüdudları genişləndirilməklə həmin ərazidən heyvanların, mal-qaranın örüş yeri kimi istifadə olunması nəzərdə tutulmuşdur. Belə ki, Sumqayıt Şəhər Xalq X13 Heyətinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə “Sərvət” kooperativi Metalbaza rayonundakı ərazidə maldarlıq məqsədi ilə ayrılan 3.5 ha, həmin ərazidə Sumqayıt Şəhər XDS Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli qərar ilə fermer təsərrüfatı yaratmaq məqsədi ilə X7 ayrılan 3.0 ha torpaq sahəsinə əlavə olaraq “Top-qaya” fermer təsərrüfatına otlaq sahəsi yaratmaq məqsədi ilə “Sərvət” kooperativinə bilavasitə bitişik ərazidə 20.755 ha, Sumqayıt “Azərit” tikinti materialları kombinatının gil karxanasının ərazisindən 23.245 ha torpaq sahəsi ayrılmışdır. Bununla da “Top-qaya” fermer təsərrüfatına aid torpaq sahələrinin sahəsi 47 ha təşkil edir. X11 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik şəhadətnaməsi əsasında həmin torpaq sahəsi mərhumun yoldaşının adına rəsmiləşdirilmiş, sonradan həmin əmlak X8 rəsmi şəkildə hədiyyə olunmuşdur. "xxxx" fermer təsərrüfatı MMC ********** dövlət qeydiyyatlı VÖEN-lə, xx.xx.1994-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsindən qeydiyyatdan keçmiş və X5 adına rəsmiləşdirilmişdir. Cavabdeh qanunsuz olaraq “Top-qaya” kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsini zəbt etməklə qanunsuz tikinti işləri aparmışdır (tövlə, ayaqyolu tikmişdir). Həmin ərazinin boşaldılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o, zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Həmçinin MMC-nin qanuni təmsilçisi X12 bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət etmişdir. Onun müraciəti əsasında iş dərindən araşdırıldıqdan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X14 cinayət işinin başlanlmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar ilə cavabdeh barəsində cinayət işinin başlanılmasını rədd etmişdir. Mülki xarakterli olduğu üçün məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Göründüyü kimi cavabdehin fermer təsərrüfatına ayrılan ərazini qanunsuz zəbt etməsi MMC-nin sahibkarlıq fəaliyyətinə maneə yaratmışdır. Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsində MMC əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bu səbəbdən də həmin ərazidə aparılan qanunsuz tiklilərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmçinin əldən çıxmış faydann cavabdehdən alınaraq "xxxx" fermer təsərrüfatı MMC-yə ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Topqaya X1 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Sumqayıt Şəhər Xalq X13 Heyətinin xx.xx.1993-cü il tarixli 33 saylı protokoluna əsasən, X4 adına kəndli fermer təsərrüfatının yaradılması məqsədi ilə Sumqayıt şəhər “Metalbaza” ərazisində 3.00 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 201 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüdudları genişləndirilməklə həmin ərazidən heyvanların, mal-qaranın örüş yeri kimi istifadə olunması nəzərdə tutulmuşdur. Belə ki, Sumqayıt Şəhər Xalq X13 Heyətinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə “Sərvət” kooperativi Metalbaza rayonundakı ərazidə maldarlıq məqsədi ilə ayrılan 3.5 ha, həmin ərazidə Sumqayıt Şəhər XDS Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli qərar ilə fermer təsərrüfatı yaratmaq məqsədi ilə X7 ayrılan 3.0 ha torpaq sahəsinə əlavə olaraq “Top-qaya” fermer təsərrüfatına otlaq sahəsi yaratmaq məqsədi ilə “Sərvət” kooperativinə bilavasitə bitişik ərazidə 20.755 ha, Sumqayıt “Azərit” tikinti materialları kombinatının gil karxanasının ərazisindən 23.245 ha torpaq sahəsi ayrılmışdır. Bununla da “Top-qaya” fermer təsərrüfatına aid torpaq sahələrinin sahəsi 47 ha təşkil edir. X11 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik şəhadətnamə əsasında həmin torpaq sahəsi mərhumun yoldaşının adına rəsmiləşdirilmiş, sonradan həmin əmlak X8 rəsmi şəkildə hədiyyə olunmuşdur. "xxxx" fermer təsərrüfatı MMC ********** dövlət qeydiyyatlı VÖEN-lə, xx.xx.1994-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsindən qeydiyyatdan keçmiş və X5 adına rəsmiləşdirilmişdir. Cavabdeh qanunsuz olaraq “Top-qaya” kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsini zəbt etməklə qanunsuz tikinti işləri aparmışdır (tövlə, ayaqyolu tikmişdir). Həmin ərazinin boşaldılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o, zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Həmçinin MMC-nin qanuni təmsilçisi X12 bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət etmişdir. Onun müraciəti əsasında iş dərindən araşdırıldıqdan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X14 cinayət işinin başlanlmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar ilə cavabdeh barəsində cinayət işinin başlanılmasını rədd etmişdir. Mülki xarakterli olduğu üçün məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Göründüyü kimi cavabdehin fermer təsərrüfatına ayrılan ərazini qanunsuz zəbt etməsi MMC-nin sahibkarlıq fəaliyyətinə maneə yaratmışdır. Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsində MMC əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bu səbəbdən də həmin ərazidə aparılan qanunsuz tiklilərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmçinin əldən çıxmış faydann cavabdehdən alınaraq "xxxx" fermer təsərrüfatı MMC-yə ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh oğlu izahatında bildirdi ki, iddiaçıda torpaq sahəsinin onun mülkiyyətinə olmasına dair dair heç bir sənəd yoxdur.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, ekspert rəyində cavabdehin göstərdiyi 3 ha torpaq sahəsi ilə iddiaçının göstərdiyi torpaq sahələrinin üst-üstə düşdüyü qeyd olunmuşdur. Lakin bunun hansı cizgi əsasında həyata keçirilməsi barədə məlumat qeyd olunmamışdır. Torpaq "xxxx" kiçik müəssisəsinə ayrılmış, cavabdeh onun rəhbəri olmuşdur. Cavabdeh hazırda həmin müəssisəni bərpa etməyə çalışır, müəssisənin möhürü itmişdir. İddiaçının rəhbərinin atası ilə cavabdeh illərlə həmin ərazidə birlikdə qonşuluqda təsərrüfat aparmışdırlar. Torpaq hazırda cavabdehin istifadəsindədir. Torpağın özəlləşdirilməsi ilə bağlı müraciət olunmuşdur.
Tədqiq olunan sübutlar:
6. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları haqqında çıxarışdan görünür ki, Topqaya X1 Cəmiyyəti ********** saylı VÖENlə 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X9r.
7. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 201 saylı Sərəncamının surətindən görünür ki, Sumqayıt şəhər XDS Rəyasət heyətinin İcraiyyə Komitəsinin 26 dekabr 1989-cu il tarixli qərarı ilə “Sərvət” kooperativi Metalbaza rayonundakı ərazidə maldarlıq məqsədilə ayrılan 3,5 ha, yenə həmin ərazidə Sumqayıt şəhər XDS Rəyasət heyətinin 26 noyabr 1993-cü il tarixli qərarı ilə fermer təsərrüfatı yaratmaq məqsədilə X10 ayrılan 3,0 ha torpaq sahəsinə əlavə olaraq “Top-qaya” fermer təsərrüfatına otlaq sahəsi yaratmaq məqsədilə “Sərvət” kooperativinə bilavasitə bitişik ərazidə 20,755 ha, Sumqayıt “Azərit” Tikinti Materialları kombinatının gil karxanasının ərazisindən 23,245 ha torpaq sahəsi ayrılması, “Top-qaya” fermer təsərrüfatı və Sumqayıt “Azərit” Tikinti Materialları kombinatının qarşılıqlı razılığını nəzərə alaraq kombinatın gil karxanası ərazisindən ayrılan torpaq sahəsinin əvəzinə “Top-qaya” fermer təsərrüfatına Sumqayıt şəhər İcra hakimiyəti başçısının 430 nömrəli, 17 iyun 1996-cı il tarixli sərəncamı ilə D-İ anbarı rayonundakı 23,245 ha torpaq sahəsi “Azərit” tikinti kombinatına ayrılması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli, 239 nömrəli Sərəncamından görünür ki, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 201 saylı, 1998-ci il tarixli sərəncamı ilə “Top-qaya” fermer təsərrüfatına otlaq sahəsi kimi gil karxanası ərazisindən ayrılmış torpaq sahəsinin qarşılıqlı razılıq əsasında geri alınması və “Top-qaya” fermer təsərrüfatına ayrılmış otlaq sahəsinin miqdarını saxlamaq şərti ilə geri alınmış sahənin əvəzində metalbaza yaxınlığında otlaq sahəsi ayrılması, Sumqayıt şəhər XDS-nin “Torpaq sahəsi ayrılması barədə” 27 fevral 1986-cı il tarixli (6 saylı protokol) qərarının qüvvədən düşmüş hesab olunması qərara alınmışdır.
9. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 91 nömrəli məktubun surətindən görünür ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1989-cu ilə dair protokola baxılmış, "xxxx" kiçik müəssisəsinə dair torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir.
10. Sumqayıt Şəhər Xalq X6 Heyətinin 25 dekabr 1992-ci il tarixli, 24 nömrəli qərarının surətindən görünür ki, Sumqayıt şəhər xalq deputatları sovetinin torpaq komissiyasının 23 dekabr 1992-ci il tarixli, 9 nömrəli protokoluna əsaslanaraq "xxxx" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Bakı-Rostov dəmir yolu ilə Sumqayıt çayın kəsişdiyi ərazinin şimal tərəfində 3,0 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
11. Sumqayıt Şəhər Xalq X6 Heyətinin 26 noyabr 1993-cü il tarixli, 33 nömrəli qərardan görünür ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti torpaq komissiyasının 15 nömrəli, 25 noyabr 1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhər keçmiş İcraiyyə Komitəsinin şəhər Kooperativlər İttifaqına yardımçı təsərrüfat yaratmaq məqsədilə 25 ha torpaq sahəsi ayrılması barədə 15.12.89-cu il tarixli (32 nömrəli protokol) qərarı həmin torpaq sahəsi təlimatı üzrə istifadə edilmədiyi üçün qüvvəsini itirmiş hesab olunması, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 49-na yaşayan X7 fermer təsərrüfatı yaratmaq üçün Metalbaza ərazisində 3 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron kadastr məlumat bazasında aparılan araşdırma əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı, orada istinad edilən qərara əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-yə ayrılmış torpaq sahəsinin və Sumqayıt Şəhər Xalq X13 Heyətinin xx.xx.1992-ci il tarixli 24 saylı protokol qərarına əsasən "xxxx" Kiçik Müəssisəsinə (Cavabdeh) ayrılmış torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Eyni zamanda sözügedən torpaq sahələrinə dair təqdim olunan sənədlər toplusunda torpaq sahələrinə aid döngə nöqtələrinin koordinatlarının mövcud olmadığı müəyyən edilmişdir.
13. 07.01.2025-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçı "xxxx" Fermer Təsərrüfatı MMC-nin nümayəndəsi tərəfindən faktiki göstərilən 99,9381 ha, cavabdeh tərəfindən göstərilən 3,0 ha torpaq sahələri üst-üstə düşür. Elektron kadastr məlumat bazasına əsasən 3,0 ha torpaq sahəsi “Sərvət” korperativ və "xxxx" fermer təsərrüfatının adına 277702 registr nömrəsi ilə qeydiyyata alınmış 114,31 ha dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli, 10/1895 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsi 2 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı "xxxx" Fermer Təsərrüfatı MMC-nin nümayəndəsi tərəfindən faktiki göstərilən 99,9381 ha, cavabdeh tərəfindən göstərilən 3,0 ha torpaq sahələri üst-üstə düşür. Elektron kadastr məlumat bazasına əsasən 3,0 ha torpaq sahəsi “Sərvət” korperativ və "xxxx" fermer təsərrüfatının adına 277702 registr nömrəsi ilə qeydiyyata alınmış 114,31 ha dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.
Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66 (İ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 66 (İİ hissə) Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67 (İ hissə) Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67 (İİİ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 67 (İV hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
18. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
20. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Xalq X6 Heyətinin 26 noyabr 1993-cü il tarixli, 33 nömrəli qərarı ilə X7 fermer təsərrüfatı yaratmaq üçün Metalbaza ərazisində 3 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 201 saylı Sərəncamı ilə Sumqayıt şəhər XDS Rəyasət Heyətinin İcraiyyə Komitəsinin 26 dekabr 1989-cu il tarixli qərarı ilə “Sərvət” kooperativi Metalbaza rayonundakı ərazidə maldarlıq məqsədilə ayrılan 3,5 ha, yenə həmin ərazidə Sumqayıt şəhər XDS Rəyasət heyətinin 26 noyabr 1993-cü il tarixli qərarı ilə fermer təsərrüfatı yaratmaq məqsədilə X10 ayrılan 3,0 ha torpaq sahəsinə əlavə olaraq “Top-qaya” fermer təsərrüfatına otlaq sahəsi yaratmaq məqsədilə “Sərvət” kooperativinə bilavasitə bitişik ərazidə 20,755 ha, Sumqayıt “Azərit” Tikinti Materialları kombinatının gil karxanasının ərazisindən 23,245 ha torpaq sahəsi ayrılması, “Top-qaya” fermer təsərrüfatı və Sumqayıt “Azərit” Tikinti Materialları kombinatının qarşılıqlı razılığını nəzərə alaraq kombinatın gil karxanası ərazisindən ayrılan torpaq sahəsinin əvəzinə “Top-qaya” fermer təsərrüfatına Sumqayıt şəhər İcra hakimiyəti başçısının 430 nömrəli, 17 iyun 1996-cı il tarixli sərəncamı ilə D-İ anbarı rayonundakı 23,245 ha torpaq sahəsi “Azərit” tikinti kombinatına ayrılmışdır. Hazırda iddiaçı cavabdehin Topqaya X1 Cəmiyyətinə məxsus 3 ha torpaq sahəsini zəbt etməklə qanunsuz tikinti işləri apardığını iddia edərək, cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılmasına dair tələblə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
22. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron kadastr məlumat bazasında aparılan araşdırma əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı, orada istinad edilən qərara əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-yə ayrılmış torpaq sahəsi üzərində həmin müəssisənin hüquqlarının dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Eyni zamanda sözügedən torpaq sahələrinə dair təqdim olunan sənədlər toplusunda torpaq sahələrinə aid döngə nöqtələrinin koordinatlarının mövcud olmadığı müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
25. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
26. İşin faktiki hallarından aydın olduğu kimi, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, başqa sözlə həmin torpaq sahəsinə dair texniki kadastr sənədləri o cümlədən, torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün, döngə nöqtələrinin koordinantları mövcud olmadığından hazırkı mübahisənin məhkəmə müstəvisində obyektiv həllinə nail olmaq qeyri-mümkündür.
27. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinin koordinatları ilə bağlı hər hansı bir sübut olmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.
28. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir.
29. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə subyektiv hüquqa malik olduğunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Təqdim edilən sənədlər əsasında isə iddiaçının istifadəsində olan torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır.
31. Ekspert rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin rəy iddiaçının və cavabdehin göstərdikləri faktiki istifadələrində olan torpaq sahələrinə münasibətdə verildiyinə görə hazırki iş üzrə mübahisənin həlli üçün zəruri sübut kimi qiymətləndirilə bilməz.
32. İddiaçının qanunsuz tikililərin sökülməsi və maddi ziyanın ödənilməsi və digər tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələbləblər digər tələbdən, yəni cavabdehin sözügedən torpaq sahəsindən istifadəsindən qaynaqlandığndan, torpaq sahəsinə münasibətdə tələbin təmin edilməməsi səbəbindən, iddia həmin hissələr də təmin edilə bilməz.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Topqaya X1 Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz olaraq zəbt etdiyi "xxxx" fermer təsərrüfatı MMC-yə məxsus 3 ha torpaq sahəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsində inşa etdiyi tikililərin cavabdehin öz hesabına sökülməsi, həmçinin həmin ərazinin cavabdehin öz vəsaiti hesabına boşaldılması, vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun, 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" fermer təsərrüfatı MMC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
34. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-2526/2024 saylı qərardadına əsasən iddiaçı Topqaya X1 Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
35. 15.07.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı Topqaya X1 Cəmiyyətindən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Topqaya X1 Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz olaraq zəbt etdiyi "xxxx" fermer təsərrüfatı MMC-yə məxsus 3 ha torpaq sahəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsində inşa etdiyi tikililərin cavabdehin öz hesabına sökülməsi, həmçinin həmin ərazinin cavabdehin öz vəsaiti hesabına boşaldılması, vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun, 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" fermer təsərrüfatı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Topqaya X1 Cəmiyyətindən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva