Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5292/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 669.40 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.
4. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılması o zaman yolveriləndir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar iş materiallarına əlavə edilsin, məhkəmə tərəfindən tələbi təsdiq edən hər hansı əlavə sübut tələb edilməsinə ehtiyac qalmasın. Çünki, məhkəmə işə yazılı icraat qaydasında, əlavə araşdırma aparmadan və tərəfləri dinləmədən baxır.
5. Elə bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina edilməsinə yol vermişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin təbii qaza görə 669.40 manat debitor borcu qalmış, borcun yaranması abonentin saldosunda öz təsdiqini tapmışdır. Həmçinin, borcun ödənilməsi üçün cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq edilmişdir.
7. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər.
8. Göründüyü kimi iddiaçı abonentin qalıq borcunu təsdiq edən sənəd kimi abonentin saldosunu qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş saldo cavabdehə deyil, digər abonent X1 məxsusdur.
9. Həmçinin, iddiaçı cavabdehlə mübahisənin məhkəmədənkənar qaydasına əməl etdiyini göstərsə də, işə əlavə edilmiş pretenziya məktubu digər abonentin debitor borcu ilə bağlı həmin şəxsə ünvanlanmışdır.
10. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri tələbi təsdiq edən sənəd kimi qəbul edə bilməz.
11. Göründüyü kimi hazırkı iş materiallarında iddianı təsdiq edən sənədlər əlavə edilməmişdir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.
12. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçınə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Pərvin İmamverdiyeva