Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5452/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əmrinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin müvafiq əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Müqaviləmə xitam verilməsinin əsası kimi “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi göstərilmişdir. Halbuki, iddiaçının işə gəlməməsinin səbəbi bu olmuşdur. Ona ixtisara düşdüyü bildirilmiş və qeyd edilmişdir ki, işə gəlməyi və ya gəlib işdən çıxmağı barədə iddiaçıya əlavə məlumat veriləcəkdir. O isə razılaşmış və gözləmişdir. Yalnız 2024-cü ilin fevral ayında iddiaçının başqa işə düzəlmək istəyəndə xəbəri olmuşdur ki, iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Yəni onun işdən çıxarılması barədə 2021-ci ildə nə iddiaçıya bildiriş verilməyib, nə də həmin vaxtda əmr verilməmişdir. Bunu biləndən sonra 2024-cü ilin fevral ayının sonunda özü idarəyə gedib maraqlanmış və əmri imzalayıb götürüb tanış olmuşdur. Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsi isə işçinin sözün əsl mənasında ömürlük bədbəxt olması anlamına gəlir. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmrdə qeyd olunmasına baxmayaraq haqq-hesab ödənilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021 tarixli əmr ləğv edilməlidir. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ümumiyyətlə tələbi sübut olunmadığından və ən əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müdəti ötürüldüyündən iddia müddətini tətbiq etməklə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Müqaviləmə xitam verilməsinin əsası kimi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsi göstərilmişdir. İddiaçı tələbində əsaslandırı ki, onun işə gəlməməyinin səbəbi bu olmuşdur ki, ona işəgötürən tərəfindən ixtisara düşdüyünü deyilmiş və işə gəlməyi və ya gəlib işdən çıxmağı barədə ona əlavə məlumat veriləcəyini demişdirlər. İddiaçı isə razılaşmış və gözləmiş, 2024-cü ilin fevral ayında o başqa işə düzəlmək istəyəndə xəbəri olmuşdur ki, onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilib. O bildirir ki işdən çıxarılmağı barədə 2021-ci ildə nə ona bildiriş verilməyib, nə də həmin vaxtda əmr verilməyib. Bunu biləndən sonra özü idarəyə gedib maraqlanmış və əmri imzalayıb götürüb tanış olmuşdur. Cavabdehin nümayəndəsi hesab edir ki, iddiaçının tələbində göstərilənlər əsassız qanunsuzdur. Beləki iddiaçı 2021-ci ilin avqsut ayında heç bir üzürlü səbəblər göstərmədən işə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə MMC-nin yaşıllaşdırma işləri üzrə sahə rəisi Ədalət Əbdüləzimov tərəfindən MMC-nin direktoru Yavər Vəliyevə yazılı formada məlumat verilərək Mikayılzadı (Dəmirov) Elvin İsa oğlu dəfələrlə məlumat verilməsinə baxmayaraq işə səhlənkar yanaşdığının və icazəsiz işdən qaldığını, ona ayrılmış sahədə qazonun sıradan çıxması təhlükəsi yarandığını əsas götürərək tədbir görülməsini xahiş etmişdir. Elə həmin tarixdə yaşıllaşdırma şöbəsinin müdiri Xəlil Abbasov, sahə rəisi Ədalət Əbdüləzimov bağban Elsevər Cabbarov tərəfindən akt tərtib edilərək iddiaçının dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq işə səhlənkar yanaşdığını bu barədə izahat verməkdən imtina etdiyini, ona ayrılmış sahələrdə qazonların sıradan çıxdığı qeyd olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixdə Yaşıllaşdırma şöbəsinin müdiri Xəlil Abbasov tərəfindən MMC-nin direktoruna yenidən məlumat yazılaraq iddiaçının heç bir üzürlü səbəb göstərmədən və ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq 5 gündür, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə daxil olmaqla işə çıxmadığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. Eyni əsaslarla akt tərtib edilmişdir. Göründüyü kimi iddiaçı öz tələbini sübut edəcək əsasları məhkəməyə təqdim edə bilməsədə, lakin onun tələbinə qarşı etirazın əsası kimi isitinad etdikləri sübutlarla işəgötürən tərəfindən, qanuni və haqlı olaraq onun işdən azad olunduğunun şahidi oluruq. İddiçının əsas vəzifəsi yaşıllaşdırma işlərində xidmət etmək, yəni yaşıllıqları təmizləmək onları qorumaqdan ibarət olmuşdur. Lakin təqdim etdiyimiz foto şəkillərdən də görünür ki, iddiaçı öz vəzifə borcunu vaxtında və düzgün yerinə yetirməməsi səbəbindən qazonlar sıradan çıxmışdır. İddiaçı iddia edir ki, onun bu müddət ərzində işə gəlməməsinin səbəbi güya işəgötürən ona bildirmişdir ki, ixtisara düşmüş, onun işdən çıxmağı barədə ona məlumat veriləcəkdir. İddiaçının qeyd etdiyi bu tələbdə tam əsassız və qanunsuzdur. Çünki iddiaçı qanunsuz olaraq işə çıxmadığı üçün onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verldiyindən məlumatı olmuşdur. Əmək kitabçasının gəlib MMC-dən götürməsi üçün ona şifahi xəbərdarlıqların edilməsinə baxmayaraq o gəlib əmək kitabçasını götürməmişdir. Bununla bağlı MMC-də akt tərtib edilmişdir. Eyni zamanda şəxsi kabinetə əlavə etdikləri 2021-ci ilin avqust ayı üçün 8 nömrəli əmək haqqı hesablanaraq ödənilmiş işçilərin siyahısında iddiaçınında adı qeyd olunmuşdur. 2021-ci ilin avqust ayı üzrə MMC-dən öz xahişi və işəgötürənin əmri əsasında işdən çıxarılmış işçilərin cədvəlindən də görünür ki, iddiaçı işdən azad olunduğu gün, yəni xx.xx.2021-ci il tarixdə son haqq hesab kimi ödəniş edilmişdir. Bütün bu qeyd etdiyim əsaslardan açıq-aydın görünür ki, iddiaçı niyə və hansı əsaslarla onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olmuş olsada o, qanunsuz tələbi ilə əsassız varlanmaq üçün təxminən 2 il 9 ay müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir. AR ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən konkret gün müəyyən edib. AR-nın Əmək Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. İddiaçı işdən azad olunduğunu bildiyi halda və işdən azad olunduğu üçün son haqq-hesabını aldığı halda o, əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güya onun 2021-ci ilin avqust ayında işdən azad olmasından məlumatsız olduğunu, bu bardə məlumatı 2024-cü ilin fevral ayında əldə etdiyini əsas götürərək onun qanunsuz olaraq işdən azad olduğunu iddia edərək onun işə bərpa olunmasını tələb edir. İddiaçının xəyali düşüncələri ilə qurulmuş bu tələb absurd bir təlb kimi qəbul edilməlidir Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/00713 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. -xx.xx.2021-ci il tarixli, 75/k saylı əmrdən görünür ki, "xxxx" MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında Əmək Məcəlləsinə xx.xx.2021-ci il tarixində xtam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən "xxxx" MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Sumqayıt Bulvar” MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xx.xx.2021ci il tarixli xitam verilməsi barədə məlumat elektron informsiya sisteminə yerləşdirilmişdir. - Əmək kitabçasinin surətindən görünür ki, Sumqayıt Bulvar” MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında 28/k nömrəli əmrlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, 75/k nömrəli əmrlə isə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş yazılı ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verildiyindən, bu iddiaçıya məlum olduğu halda iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin xitam verilməsi zamanı hər hansı bir qanun pozuntusu olmamaqla yanaşı Məhkəmə qeyd edir ki, mübahisə üzrə Məhkəməyə müraciət etmə müddəti də ötmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5452/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5452/2024
03.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver