Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5886/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bağırova (Əzimova) Vüsalə Mübariz qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bağırova (Əzimova) Vüsalə Mübariz qızına tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2, onun azyaşlı uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü Bağırzadə Miran Elvin oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 29/2-də yerləşən 4 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Cavabdehlər onun gəlini və nəvəsidir. Onun oğlu Əzimov Mübariz oğlu cavabdehlərdən Cavabdeh1 ilə ailə həyatı qurmuş və onların birgə nikahdan iki övladları anadan olmuş, oğlu xx.xx.2001-ci ildə dünyasını dəyişmişdir. 2011-ci ilin iyul ayının 24-də onun nəvəsi Əzimli Mirzə dünyasını dəyişmiş və onun «qırx» mərasimindən sonra cavabdehlər özlərinə başqa ünvandan mənzil almaqla bu mənzili daimi olaraq tərk etmiş və başqa bir ünvana köçmüşlər. Onun 84 yaşı vardır, cavabdehlərlə uzun illərdir ki, bütün münasibətləri kəsmiş və onlar daimi olaraq başqa bir yaşayış yerini seçmişlər. Belə ki, cavabdeh olan gəlini Cavabdeh1 xx.xx.2011-ci ildə ünvan 1, mənzil 9-da, xx.xx.2018-ci ildə ünvan 1, mənzil 3-də və xx.xx.2020-ci ildə ünvan 2, mənzil 7-də mənzillər almış və ailə üzvləri ilə bu mənzillərdə yaşamışlar. Digər cavabdeh olan nəvəsi Vüsalə 2005-ci ildə Elvin Bağırovla ailə həyatı qurmuş, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü Bağırzadə Miran Elvin oğlu adında iki uşağı olmuş, o, hətta uşaqlarını da bu mənzilə qeydiyyata almışdır. Göründüyü kimi cavabdehlərin üç yerdə, şəxsi mülkiyyətlərində mənzillərinin olmasına baxmayaraq onun mənzilindən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin daimi olaraq bu mənzili tərk etmələrinə baxmayaraq, onların formal olaraq mənzilində qeydiyyatda qalmaları bu mənzillə bağlı hüquqlarının həyata keçirilməsində maneə yaradır, cavabdehlərin formal qeydiyyatına görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır, halbuki o, işləmir, yeganə gəliri dövlətdən aldığı pensiyadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 2/29 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə 107 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydə alınmışdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun 649 saylı sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 avqust 2022-ci il tarixli cavab arayışından görünür ki, respublika ərazisində, ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhərinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş 28 sentyabr 2011-ci il tarixli 4Ə/267 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən halhazırda X1 ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 2 noyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklüdür. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusunun 9 sentyabr 2018-ci il tarixli 4Ə-1638 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən hal-hazırda X1 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 13 sentyabr 2018-ci il tarixli ********** qeydiyyat çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun 29 iyul 2020-ci il tarixli 4Ə-1448 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən hal-hazırda X1 ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 13 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğuda qeyd olunan Bağırova (Əzimova) Vüsalə Mübariz qızının adına respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun 773 saylı sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzil Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Sumqayıt Şəhər Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, 07/82 saylı order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 35 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qonşular tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü Bağırzadə Miran Elvin oğlu ünvan 5 ünvanında qeydiyyatda olmaqlarına baxmayaraq, 2011-ci ildən həmin ünvanda yaşamırlar. Sumqayıt şəhər Qediyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, № 05/Q-3574/13 arayışından görünür ki, vətəndaş Cavabdeh2 nikahı X4 ilə xx.xx.2016-cı il tarixində 101 saylı akt qeydi ilə 1 saylı Sumqayıt şəhər ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 4 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli, 746 saylı “Ailə tərkibi haqqında”arayışdan görünür ki, Cavabdeh1 (təvəllüd-1960) 1-ci məhəllə, ev 2a, mənzil 3də qeydiyyatsız ev sahibidir, yaşamır. Sahə ustasının aktına əsasən, həmin ünvanda qızı Vüsalə, yeznəsi Elvin və onların iki övladı qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 4 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli, 747 saylı arayışından görünür ki, Cavabdeh1 1-ci məhəllə, ev 2a, mənzil 9 ünvanın ev sahibidir, qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyətdə olmaqla, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh1 iddiaçının oğlu ilə ailə qurduqdan sonra bir müddət bu mənzildə mülkiyyətçinin ailə üzvü kimi yaşamış və daimi qeydiyyata götürülmüş, xx.xx.2001-ci ildə iddaçının oğlu vəfat etmiş və gəlini Cavabdeh1 qızı Cavabdeh2 ilə birlikdə həmin mənzildən köçüb getmişlər, ünvanda qeydiyyatda olmalarına baxmayaraq, mənzildə yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşdürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi cavabdehlər on ildən artıqdır ki, mübahisə predmeti olan mənzildə yaşamırlar. Cavabdehlər özlərinə başqa yaşayış yeri seçməklə bu ünvandan köçüb getmiş və qeydiyyatları formal xarakter daşıyır. Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzillərə sahibdir, digər digər Cavabdeh2 2016-cı ildə ailə qurmuş və ailə üzvləri ilə birlikdə anası Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayır. Məhkəmənin hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət (on ildən artıq) və davamlı olaraq könüllü istifadə etməməsi yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü Bağırzadə Miran Elvin oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 29/2-də yerləşən 4 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5886/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5886/2022
02.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver