Məhkəmə qərarları › İş №e-2(060)-6093/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6093/2022

05.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6093/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və digər tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (Sumqayıt şəhər 3 saylı Notariat ofisini maraqlı şəxs kimi göstərməklə) 13 oktyabr 1994-cü ildə ölmüş X2 xx.xx.1976-cı ildə ölmüş X4 ilə bacı-qardaş olmaları faktının müəyyən edilməsi, 13 oktyabr 1994-cü ildə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 287 saylı yaşayış evinin – miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.7.). Göründüyü kimi ərizəsi xüsusi icraat qaydasında ərizəsinin xahiş hissəsində mirasın qəbulu faktının müəyyən edilməsi ilə yanaşı, qohumluq münasibəti faktının da müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, fərqli olan iki tələbin bir ərizə çərçivəsində birləşdirilməsi yolverilməz olduğundan ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar