Məhkəmə qərarları › İş №e-2(060)-62/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-62/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-62/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X36 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdehlər X17, Sumqayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil-Kommunal X5 nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı “yataqxana otağına köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X9 qarşı “yataqxana otağına köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42B, yataqxana 5, 17 saylı otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2ra qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X4, Əhmədəliyeva Sahibə Məhiş qızının, Əhmədəliyeva Turanə Qaməddin qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17yə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. M.Əzizbəyov adına “Kimyasənaye” İB-nin müdiriyyəti, HİK və MMK-nın xx.xx.1991-ci il tarixli 15 saylı protokolundan çıxarışa əsasən 5 saylı yataqxanada boşalmış 17 saylı otağın orderi 51 saylı sexin çilingəri X4 adına verilmişdir. 20 saylı MKS-nin verdiyi 501 saylı arayışa əsasən xx.xx.2022-ci il tarixindən də görünür ki, onlar ailəliklə 48-ci məhəllə ev 1, mənzil 91-də kirayədə yaşamışlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışlardan da aydın görünür ki, onlar Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b,yataqxana 5, otaq 17-də qeydiyyatdadırlar. 1993-cü ildən 1997-ci ilə qədər iddiaçı orada yaşasa da, artıq gündəlik dava-dalaşdan bezmiş və övladının ağır xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alası olmuşdur. Yataqxanaya qayıdan zaman bir kişi ilə Cavabdeh görmüşdür. O, bildirmişdir ki, ailə qurmuş, iddiaçı artıq onların yanında qala bilməz və bu səbəbdən də evdən çıxmalıdır. Dəfələrlə Sumqayıt İcra Hakimiyyətinin Başçılarının Şakir Abışovun, Təvəkkül Məmmədovun, Vaqif Əliyevin qəbulunda olmuşdur. Onlar da iddiaçını Gülsara Əhmədovaya tapşırmışlar ki, şəhid bacısı olaraq ona köməklik göstərsinlər. Gülsara ona bildirmişdir ki, biraz gözlə, onsuz da qaçqınlara ev verilir. Hər il Gülsara xanımın yanında olmuş, o da gözlə demişdir. Hətta Mənzil Təsərrüfati X19 xanımın yanında olmuş, onun üzərinə qışqırıb təhqir etmişdir ki, qaçqınkom ev versin sən də öz evinə köç. Cavabdeh H.Z.Tağıyev qəsəbəsində fərdi yaşayış evi tikib orada yaşayır. Sadəcə olaraq oranı satmaq istəyir, ona görə də iddiaçını şərləyir ki, güya yataqxananı ona satmışlar. O yataqxananı satmaq istəyir. Buna görə də o Mənzil Təsərrüfatı İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçını otağa buraxmır, yaşamağına maneçilik törədir. Bütün əmlakı halhazırda həmin otaqda yerləşir. Bu səbəbəbdən də cavabdehin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən onun ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42B, yataqxana 5, 17 saylı otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə təqdim edərək Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə İddiaçı cavabdeh X9 qarşı “yataqxana otağına köçürülmə” tələbinə dair mülki işin icraatı iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 cavabdeh X14, İddiaçı, Xəlilova Turanə Qaməddin qızı və 3-cü şəxs X9 qarşı “istifadə hüququna xitam verilməsi və sair” tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X17 və qeyrisinə qarşı “yataqxana otağına köçürülmə” tələbinə dair mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı izahatında bildirmişdir ki, müəyyən müddətə qədər Cavabdeh subay olmuş, sonra ailə qurmuşdur. Onun həyat yoldaşı işi ilə əlaqədar tez-tez xarici ölkələrə səyahət etdiyi və uşaqları xəstə olduğu üçün həmin ünvanda yaşaya bilməmişdir. İcra hakimiyyətində ona bildirmişlər ki, X3 aldığını, lakin məhkəmə iclasında isə İddiaçı aldığını bildirmişdir. Yoldaşı əlaqə vasitəsi üçün nömrə qoyub getmiş, otağı isə komendanta tapşırmışdır. Həmin vaxt Əli adlı şəxs zəng edib ona bildirmişdir ki, İlqar adlı makler gəlib və Cavabdeh evi satmaq fikrində olmuşdur. Cavabdeh otağı sata bilmədiyi üçün İcra hakimiyyətinə müraciət etmiş və bildirmişdir ki, otağı satmaqda ona köməklik göstərsinlər. Ailə üzvləri yetkinlik yaşına çatmışdır. Həyat yoldaşı hal-hazırda ölkə xaricindədir.Xəstə olduğu üçün Azərbaycan Respublikasına gələ bilmir. İki qızı vardır. Onlardan biri iddiaçı ilə birgə yaşayır, digəri isə ailəlidir. Xəlilova Turanə Qaməddin qızı 2015-ci ildən ailə qurmuşdur. Maps arayışlarından da göründüyü kimi, onlar da, o otağa qeydiyyatdadırlar. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, nə Ağgül nə də Qorxmaz adında bir adam tanımamış, heç yerə ərizə yazmamış, nə komendanta nə də maklerə ev satmamışdır. 1993-cü ildən 1997-ci ilə qədər Mənzil Kommunal Təsərrüfat Birliyinin 41-ci məhəllədəki evində qaçqın kimi yaşamışdır. Ondan sonra həmin evdə qalmaq mümkün olmadığından, məcburi köçkün kimi ev axtarmaq məcburiyyətində olmuşdur. Daha sonra həmin yataqxanaya girdikdə bir qadın burada bir otağın boş olduğunu, həyat yoldaşının Rusiya Federasiyasına getdiyini, qadının isə evi satdığını demişdir.Evin qarşılığında 350 dollar pul verib evi almışdır. Bunu təsdiqləyəcək şahidlərdə vardır. Həmin vaxtdan o ünvanda yaşayır. Eyni zamanda oğluda həmin ünvanda böyüyüb boya-başa çatmışdır. Mənzil verilməsi ilə bağlı dəfələrlə ərizə yazmış, lakin indiyə kimi mənzil verilməmişdir. X13 şahid qismində dindirilməsinə isə etiraz etmişdir. 1997-ci il tarixdən həmin yataqxanada qeydiyyatı vardır. Altı aydan bir komendant gəlib mənzillərə baxış keçirtmişdir. Bir daha bildirir ki, pul vermiş və ev almışdır. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 nümayəndəsi X20 izahatında göstərdi ki, Cavabdeh müraciət edərək bildirdi ki, evin sahibi adıçəkilən ünvanda deyil, Rusiya Federasiyasında yaşayır. Bununla bağlı məhkəməyə müraciət olunmuş, lakin iddia tələbi təmin edilməmişdir. Cavabdeh və şahidləri bildirdi ki, otağı pul ilə satın alıblar. Yataqxanada belə hallar və problemlər çox olur. Yataqxanada qalanların əksəriyyəti qaçqınlardır. Bu səbəbdən daimi olaraq yoxlama keçirtmək mümkün olmur. Lakin cavabdeh həmin ünvanda yaşayır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, cavabdehlərin izahatlarını dinləyib məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: Şahid qismində dəvət edilmiş X37 izahatında göstərdi ki, 11 sentyabr 1961-ci ildə Cəbayıl rayonunda anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, 15-ci məhəllə, 5-ci yataqxana, 16-cı otaqda qeydiyyatda olmaqla yaşayır. İddiaçını vaxtı ilə, təxminən iyirmi il bundan əvvəl tanımışdır. Həyat yoldaşı ilə birgə işləmişdir. Həmin yataqxanada X10 ikinci mərtəbədə, o isə birinci mərtəbədə yaşamışdır. Təxminən iyirmi il öncə işləmək üçün Rusiya Federasiyasına getmiş, on beş il öncə qayıtdıqda isə həmin ünvanda cavabdehin yaşadığını görmüşdür. Şahid qismində dəvət edilmiş X28 izahatında göstərdi ki, xx.xx.1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Yataqxanada qeydiyyatda olmaqla, Corat qəsəbəsində yaşayır. İddiaçını və cavabdehi tanıdığını qeyd edir. 1989-cu ildən yataqxanada yaşayır. Əvvəl iddiaçı adı çəkilən ünvanda yaşamış,iddiaçı çıxdıqdan sonra isə cavabdeh həmin ünvana gəlmişdir. Hər ikisi ikinci mərtəbədə yaşamışlar. Cavabdeh həmin mənzilə köçən gün iddiaçı eyni maşınla mənzili tərk etmişdir. Şahid qismində dəvət edilmiş X18 izahatında göstərdi ki, həm Dilbəri, həm də Sahibəni tanıyır. Əvvəllər həmin yataqxanada komendant Səmayə xanım ona inandığı üçün otağın açarını ona vermişdir. Bir gün Dilbər yoldaşı ilə cavan ailə kimi gəlmişdir. Həmin vaxt Sahibənin əri Rusiyada olmuşdur. Sahibə otağı Dilbərə satmışdır. Otağın pulunu Dilbər onun yanında vermişdir. Otağın 350 ABŞ dollara satılması barədə razılığa gəlmişdirlər. İş materiallarında olan: 15 nömrəli, xx.xx.1991-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17 X15 və onun ailə üzvlərinə ayrılmışdır. V-КГ seriyalı, 301665 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə Əhmədəliyeva Turanə Qaməddin qızı arasında bağlanmış nikah 10 avqust 1989-cu il tarixdə akt qeydləri kitabında 1172 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədəliyev, arvada isə Əhmədəliyeva soyadı verilmişdir. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 22 Saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 2304 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2010-cu il tarixli 153 №-li sərəncamı ilə 15-ci məhəllə, ev 42b, yataqxana 5 MKTİB-nin balansına verilmişdir. Yataqxana təhvil verilən zaman komissiya yaranmış, faktiki yaşayan sakinlər siyahıya alınmışdır. Həmin vaxt yataqxananın 17-ci otağında X24 həyat yoldaşı və oğlu ilə birlikdə yaşayırdı. Zeynalov Şirazi vəfat etdikdən sonra həyat yoldaşı Cavabdeh və oğlu X29 həmin vaxtdan indiyə kimi qeyd olunan otaqda yaşayırlar. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 22 Saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 1354 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15 saylı məhəllədə, yataqxana 5, ev 42/6, mənzil 17 ünvanında Qubadlı rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmaqla yaşayır. Azərbaycan Respublikası Din-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X15, İddiaçı, X11, Xəlilova Turanə Qaməddin qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5 20 Saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 501 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı 48-ci məhəllə, ev 1, mənzil 91 ünvanında həyat yoldaşı 1960-cı il təvəllüdlü X16, qızı 1993-cü il təvəllüdlü X11, qızı 1990-cı il təvəllüdlü Xəlilova Turanə Qaməddin qızı ilə birgə kirayədə yaşayır. X12, X28, X34, X30, X35 və X6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, onlar həqiqətən Sumqayıt şəhər 15-ci məhəllə yataqxana 5-də Cavabdeh Bağbəyi qızı ilə qonşuluqda yaşayırlar. Cavabdeh həyat yoldaşı Zeynalov Şirazi ilə 17 nömrəli otağa köçmüşdülər. 17 nömrəli otaqda Əhmədəliyeva Sahibə yaşamışdır. Onlara məlum olmayan səbəblərdən onun həyat yoldaşı onu buraxıb Rusiyaya getmişdir. Əhmədəliyeva Sahibə yaşadığı otağı pul müqabilində İsgəndərova satmışdır. Hal-hazırda da Cavabdeh otaqda oğlu Zeynalov Fərid ilə yaşayır. Onların otağa köçməsinin şahididirlər. Orada heç bir qalmaqal olmamış razılıq əsasında qonşuların köməyi ilə onların əşyaları gələn maşınla Sahibənin otaqda olan az miqdarda əşyaları həmin maşına yüklənmişdir. 1997-ci ildən indiyə kimi Cavabdeh həmin ünvanda yaşayır. Onların arasında heç bir mübahisənin şahidi olmamışdırlar. İndi Sahibənin qaldırdığı iddia tamamilə əsassızdır. O, otağı pul ilə satmışdır. Azərişıq ASC tərəfindən verilmiş **********4 müqavilə nömrəli, xx.xx.2022-ci il tarixli abonent haqqında cədvəldən görünür ki, ünvan 4 ünvanda Şirazi Zeynalovun adına göstəricilər müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 cavabdehlər İddiaçı, X7, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İnsan Hüquqlarının və X23 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, işin mübahisəsiz halı iddiaçı və onun ailə üzvlərinin order əsasında ayrılmış mənzilə köçməsi iş materialları əsasında təsdiq olunmuş, məhkəmə qətnaməsi əsasında iddiaçı və digər şəxslərə qarşı mənzilə istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə cavabdeh Sumqayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil-Kommunal X5 tələbi təmin edilməyək, qətnamə qanuni qüvvəsini almasıdır. Cavabdeh X1 yataqxana otağının pul müqabilində almasına dair etirazının əsası məhkəmə tərəfindən əsassız hesab edilərək, qanunvericiliyin tələbinə ziddir. Belə ki, order əsasında olan mənzillərin heç bir hüquqi əsası olmadan şifahi razılaşma əsasında alqı-satqı müqaviləsinin predmeti olması özözlüyündə cavabdehin gətirdiyi dəlilləri əsaslı etməyərək, iddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə özbaşına daxil olaraq formal mülahizələrlə yaşamaq hüququ vermir. Bu baxımdan məhkəmə iddia tələbini qismən əsaslı saymaqla, mübahisələndirilən və iddiaçı olaraq order əsasında onun və ailə üzvləri ilə birlikdə ayrılmış yaşayış otağına yalnız İddiaçı köçürülməsi qənaətinə gəlir. Məhkəmə iclasında həyat yoldaşının Azərbaycan Respublikasında olmadığını (həmin şəxslər iddiaçılar kimi tələblərini müdafiə etmədiyindən), övladlarının birinin ailə həyatı quraraq mənzildən köçdüyü, digər ailə üzvü ilə bağlı tələbinin olmadığı baxımından məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi onun ailə üzvləri ilə birliktə köçürülməsini təsdiq etmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə iş materiallarında olan sənədlərə əsasən bu qənaətə gəlir ki, iddiaçının order əsasında ayrılmış mənzilə köçməsi onun mənzilə dövlət qeydiyyatına alınmaqla təsdiq edilmiş, bundan əlavə cavabdehin mübahisəli mənzilə hansı vaxtdan köçərək yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı dəqiq qeyd etməyərək həmin şəxslərin hər biri yetkinlik yaşına çatdıqları üçün iddiaçı olaraq tələblərinin olmadığı baxımından, ailə üzvləri ilə birliktə yataqxana otağına köçürülməsi barədə tələbi məhkəmə araşdırması gedişində öz təsdiqini tapmadığı üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42B, yataqxana 5, 17 saylı otağa köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar