Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-631/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış X8 verilməsi barədə Cavabdeh direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli əmrinin ləğv olunması, iddiaçının Cavabdehndə əvvəlki işimə bərpa olunmağı, işlədiyi dövrdə 2018-2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi, maddi ziyan məbləği olaraq 31 may 2022-ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və iddiaçıya vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, məhkəmə xərclərinin əvəzi olaraq ödədiyi 212 manat (iki yüz on iki) manat və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ildən Cavabdeh mühafizə xidmətində gecə gözətçisi işində işləmişdir. Bu müddət ərzində intizamlı işçi kimi hər hansı pozuntuya yol vermədən çalışmışdır. Lakin 2022-ci ilin may ayında bəzi iş yoldaşlarımın əli ilə iddiaçıya əsassız şəkildə böhtan atılaraq onunla bağlanmış əmək müqaviləsinə müəssisə rəhbərliyi tərəfindən birtərəfli qaydada qanunsuz şəkildə xitam verilmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Cavabdeh MMC-nin direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a“ bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Halbuki, X8 verilməsi barədə iddiaçının müəssisə rəhbərliyinə hər hansı müraciəti olmamışdır. Lakin əmək qanunvericiliyinin ziddinə olaraq iddiaçının əmək müqaviləsinə Cavabdeh MMC-nin direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli əmri ilə xitam verilmiş, həmin əmrin surəti və əmək kitabçası isə iddiaçıya bu günədək təqdim olunmamışdır. Eyni zamanda iddiaçı ilə bağlanmış X8 verilərkən aparılmış son haqq-hesab zamanı iddiaçıya düşən pul vəsaiti əsassız şəkildə mənimsənilmiş, 2018-ci ildən 2022-ci ilin may ayınadək işlədiyi müddətdə istifadə etmədiyi iş illərinin əmək məzuniyyətinin pulları hesablanıb ona ödənilməmişdir. Qeyd edilən qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, iddiaçıya ödənilməli olan pul vəsaitləri bugünədək ona ödənilmədən mənimsənilmiş və əmək kitabçasının da ona qaytarılmasından imtina olunmuşdur. Onu da bildirmək istəyir ki, iddiaçının müxtəlif instansiyalara etdiyi şikayətlər əsasında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsində aparılmış yoxlamalar zamanı iddiaçının Cavabdehndən qanunsuz şəkildə işdən çıxarılmağı və əmək hüquqlarının kobud şəkildə pozulduğu öz təsdiqini tapdığı üçün Cavabdeh MMC-nin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cl maddəsinə uyğun olaraq (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin pozularaq xitam verilməsinə görə) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və yol verilmiş qanun pozuntusunun 20 gün müddətində aradan qaldırılması tələb olunmuşdur. Ancaq inzibati cərimənin tətbiq edilməsi barədə qərardan sonra da Cavabdeh MMC-nin rəsmiləri bu pozuntunu aradan qaldırmamışlar. Təəssüf ki, X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi araşdırmalar nəticəsində iddiaçının haqlı olduğunu və əmək hüququnun pozulduğunu müəyyən etsə də, hansısa səbəbdən Cavabdeh MMC-nin rəhbərliyi barədə qanunvericiliklə özlərinin səlahiyyətləri çərçivəsində olan müvafiq inzibati tədbirləri sonadək tətbiq etməkdən çəkinərək iddiaçıya onların səlahiyyətində olan tədbirlərin görüldüyünü bildirmiş və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edimişdir. Aşkardır ki, Cavabdeh MMC-nin səlahiyyətliləri müxtəlif bəhanələr gətirərək həm onun işdən çıxarılmağı barədə əmrin surətini ona təqdim etməkdən yayınır, həm də iddiaçının əmək kitabçasını özünə qaytarmaqdan imtina edirlər. Çünki həmin sənədlər üzə çıxdıqda ona qarşı yol verilmiş qanunsuzluqlar və ona çatası pulların mənimsənildiyi tam müəyyən ediləcəkdir. Göründüyü kimi,Cavabdeh MMC-nin rəhbəriliyi sənədlərdə saxtakarlığa yol vermiş, vəzifə səlahiyyətlərini aşaraq iddiaçının əmək hüquqlarını pozmaqla bu sahədə qüvvədə olan ölkə qanunlarının və digər normativhüquqi aktların tələblərinin kobud pozuntusuna yol vermişdir. Əmək kitabçasının özünə qaytarılmaması səbəbindən o, başqa işə də girə bilmir və bununla da Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri onunla işləmək hüququnu da əlindən almışlar. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə özbaşınalığa yol verərək və vəzifə səlahiyyətlərini aşaraq iddiaçının əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Yaranmış əmək mübahisəsinin mediasiya qaydasında nizamlanması mümkün olmadığından, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. İddiaçı və nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, onun tərəfindən iddiaçıya iddia tələbi üzrə barışıq sazişi təqdim edərək iddiaçının tələbi üzrə işdən azad olunması ilə bağlı əmrin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqı, istifadə edilməmiş məzuniyyət haqqını ödəməyə hazır olduqlarını bildirsələrdə iddiaçı barışıq sazişinə imza etməkdən imtina etmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edirlər. Buna səbəb kimi iddiaçı 2018- 2022-ci illərdə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul tələb etməsidir. Belə ki, iddiaçı 2022-ci ilin yanvar ayından işə qəbul edilib və həmin ilin may ayından işdən azad edilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron Xızı Regional şöbəsinin nümayəndəsi X11 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı onların idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizəsi ilə bağlı araşdırmalar aparılmış və cavabdeh tərəfindən iddiaçının X8 verilərkən müəyyən pozuntular aşkar olunduğu üçün cavabdeh barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati protokol tərtib olunmuş və cəmiyyət 1600 manat cərimə edilərək 20 gün vaxt verilmişdir ki, vətəndaş işə bərpa edilsin. Verilən vaxt müddətində cəmiyyət tərəfindən iddiaçı işə bərpa edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Bundan əlavə, təmsil etdiyi şöbə tərəfindən cəmiyyətə təkrarən məktub göndərilərək iddiaçı ödənilməli olan son-haqq hesab məcburi olaraq tam ödənilməsi bildirmişdir. Lakin buna baxmayaraq, cəmiyyət tərəfindən iddiaçıya heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən hesab edirlər ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müraciəti əsasında Xidmətin Abşeron-Xızı ərazi şöbəsi tərəfindən aparılan araşdırma zamanı X8 verilməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət etmədiyi və son haqq hesabları X8 verildiyi gün tam və vaxtında ödənilmədiyindən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşə əlavə olan xx.xx.2022-ci il tarixli X8 verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Cavabdeh MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq Cavabdeh MMC-nin Gecə növbətçisi xidmətinə işə qəbul edilmişdir. İşdə olan Cavabdeh MMC üzrə xx.xx.2022-ci il tarixli, 01 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-də gecə növbətçisi qəbul edilmiş və işçinin əmək haqqı ştat cədvəlinə əsasən ödənilsin. İş materiallarında olan Cavabdeh MMC üzrə 60 №-li, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı gecə növbətçisi vəzifəsindən xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilmiş və son haqq-hesab aparılması göstərilmişdir. İşdə olan İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin icraçı direktoru X7 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə V.G.Abışov 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. İşə əlavəmolan Cavabdeh MMC-nin-xx.xx.2022-ci il tarixli aktından görünür ki, gecə gözətçisi İddiaçı xx.xx.2022-ci il tarixində gecə saat 00:00 radələrində, əlində boş kanistrlə müəssisə ərazisinə daxil olub. Az sonra həmin kanistrin içi yanacaqla dolu şəkildə qara polietilen örtüyə bükərək ərazidən çıxarmaq istərkən, mühafizəçi tərəfindən aşkarlanmışdır. 5 litr yanacaq İddiaçı tərəfindən geri qaytarılmışdır. Buna görə müəssisəyə maddi zərər vurulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə görə, Əmək Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 68.1- ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2- ci maddəsinə əsasən X8 verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən 1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. X8 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndindən göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizəsini məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə X8 verilməsi üçün müraciət etməmiş və onun öz xahişi ilə işdən azad edərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə iddia tələblərini bu hissədə əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İşin materiallarından da görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də gecə növbətçisi vəzifəsinə qəbul edilmiş, həmin tarixdə də onun ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, bununla da tərəflər arasında əmək münasibətləri yaranmışdır. İddiaçının faktiki olaraq 2018-ci il tarixdən cavabdeh El-Plastik” MMC-də gecə gözətçisi vəzifəsində əmək fəaliyyətinə başlaması və müəyyən səbəblərdən işəgötürən tərəfindən onunla müəssisə arasında əmək müqaviləsi uzun müddət rəsmiləşdirilməməsinə dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halın təsdiqinə dair məhkəməyə heç bir sübut növü təqdim etməmiş və bu dəlil məhkəməyə təqdim edilmiş 05 yanvar 2022-ci il tarixdə El-Plastik” MMC ilə onun arasında bağlanmış əmək müqaviləsi ilə tam təkzib edilir. İddiaçı cavabdeh cəmiyyət ilə aralarında faktiki əmək münasibətlərinin yaranmasını 2018-ci ildən qeyd etsə də, həmin ildə bunu mübahisələndirməmişdir. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış X8 verilməsi barədə Cavabdeh direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli əmri ləğv olunmalı, iddiaçının Cavabdehndə əvvəlki işinə bərpa olunmalı, işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməli, məhkəmə xərclərinin əvəzi olaraq ödədiyi 212 manat (iki yüz on iki) manat və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı X8 verilməsi barədə Cavabdeh direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehnə əvvəlki iş yerinə bərpa edilsin. İddiaçı işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq birdəfəlik iddiaçıya ödənilsin. Cavabdehndən məhkəmə xərclərinin əvəzi olaraq ödənilmiş 212 manat (iki yüz on iki) manat və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilsin. İddia tələbi mənəvi zərər hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən: Gülnarə Tağızadə