Məhkəmə qərarları › İş №e-2(060)-6394/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6394/2024

28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6394/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi və s. tələbi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər X12 İcrayə Komitəsinin 31 may 1988-ci il tarixli, 5/310 saylı qərarına əsasən 03 may 2002-ci il tarixdə vəfat etmiş mərhum ataları X10 Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli, 19653 saylı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 0,14 ha torpaq sahəsi ayrılmışdır. X2 03 may 2002-ci il tarixdə vəfat etdikdən sonra iddiaçılar müvafiq olaraq qeyd olunmuş bağ sahəsindən istifadə edərək faktiki sahiblik etmişlər. İddiaçılar tərəfindən ünvan 2 ünvanda yerləşən bağ sahəsinə faktiki istifadə və sahiblik etdiyinə görə bağ sahəsinin atalarına məxsus olması, mülkiyyət hüquqlarının qeydiyyata alınması zərurəti yaranmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün müraciət etməmişlər. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə ünvan 2 ünvanda yerləşən bağ sahəsinin X2na məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli arayış verilmişdir. İddiaçılar tərəfindən mərhum X2ndan miras qalmış əmlaka, ünvan 2 ünvanda yerləşən bağ sahəsinə vərəsəlik şəhadətnaməsinin alınması üçün 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müvafiq sənədlərlə birlikdə müraciət edilən zaman, notarius vərəsəliyi qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini əsas gətirərək iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək, buraxılmış müddətin bərpa olunması üçün məhkəməyə müraciət etməli olduqlarını bildirdi. İddiaçılar hesab edir ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin imtinası əsassızdır. Belə ki, mərhum X2nun vəfatından sonra iddiaçılar həmin bağ sahəsinə faktiki sahiblik etmişlər və iddiaçıların istifadəsində olub. Göstərilənlərə əsasən mirası qəbul etməyə dair buraxılmış prosessual müddəti bərpa etməklə mərhum ataları, X4 miras qalmış əmlaka, ünvan 1 ünvanda yerləşən bağ sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 25 may 2021-ci il tarixdə verilmiş 05/Q-682/69 saylı arayışın surətindən görünür ki, X7 18 fevral 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X17, anası X1r.

8. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 25 may 2021-ci il tarixdə verilmiş 05/Q-682/69 saylı arayışın surətindən görünür ki, X15 xx xxxx 1961-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, atası X18, anası X1r.

9. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 05/Q-680/69 saylı arayışın surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə qabırğaların çoxsaylı sınıqları səbəbindən ölmüş, bu barədə 03 dekabr 2019-cu il tarixli 568 №-li akt qeydi tərtib olunmuşdur.

10. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 05/Q-679/69 saylı arayışın surətindən görünür ki, X16 xx.xx.2002-ci il tarixdə ağciyər vərəminin intoksikasiyası səbəbindən ölmüş, bu barədə 07 may 2022-ci il tarixli 188 №-li akt qeydi tərtib olunmuşdur.

11. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri arayışından görünür ki, ünvan 5 bağlı sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanan məktubdan görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X5 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirilir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X8 vəfat etdiyi xx.xx.2002-ci il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi, miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2002-ci il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirasın qəbulu faktının-müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində motariat ofisi tərəfindən İddiaçı2 ünvanlanan məktubdan görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X5 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirilir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X8 vəfat etdiyi xx.xx.2002-ci il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi, miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2002-ci il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirasın qəbulu faktının-müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıların atası X16 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İddiaçılar mirasın qəbulu ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı onlara imtina cavabı verilmişdir. Hazırda iddiaçılar ünvan 5 ünvanda yerləşən bağ sahəsinin atalarından miras qaldığını iddia edirlər və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

16. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

17. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

18. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

19. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

20. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

21. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

22. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

23. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

24. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

25. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

26. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X16 öldükdən sonra övladları İddiaçı1 və İddiaçı2 vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsələr də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişlər.

28. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mirasın açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsələri tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçıların atasının mirasını vaxtında qəbul etməmələri üzrlü səbəblərdən baş vermişdir.

29. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

30. Məhkəmə iddia tələbinin “X4 miras qalmış əmlaka, ünvan 1 ünvanda yerləşən bağ sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı qətnamə tərəflərə onların vərəsəlik paylarına uyğun olaraq vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olduğundan həmin hissədə təmin edilməməlidir.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mərhum X5 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar