Məhkəmə qərarları › İş №e-2(060)-6403/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6403/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6403/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, nümayəndələri və vəkilləri Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X6, qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakları ilə İddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh-iddiaçı Cavabdeh1 qarşı “mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1 və Cavabdeh2, Başkurt Fatma Hasan qızına qarşı “mənzildən çıxarılma tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçıların nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20 k) 3-cü blok, 59 saylı mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1 və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 Sulu oğlunun Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqna xitam verilməsi, həmin mənzilə iddiaçıların mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiası rədd edilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər İddiaçı2 Sulu oğlunun, Cavabdeh2 və onun ailə üzvlərinin istifadəsinin qadağan edilməsi və cavabdehlərin həmin mənzildən çıxardaraq, həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sulu oğlunun Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqna xitam verilməsi, həmin mənzilə iddiaçıların mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiası rədd edilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkur Fatmanın və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) istifadələri qadağan edilməsi, cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkur Fatma və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar və həmin mənzil cavabdehlər tərəfindən iddiaçı Cavabdeh1 təhvil verilməsi və 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pul cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkur Fatmadan müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkur Fatmadan müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə birgə iddiaçılar doğma ata – İddiaçı2 və onun qız övladı – İddiaçı1, Cavabdeh1 birgə iddiaçı Bayramovla qayın, Bayramova ilə dayısı kimi qohumluq münasibətindədirlər. Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 8-ci mərtəbə, 3-cü blok., 2 otaqlı 64,2 kvm 59 saylı mənzili İddiaçı2 özü şəxsən seçmiş, qiymətini razılaşdırmış, Bayramova azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. İddiaçı1 xx.xx.2004-cü ildə anadan olmuşdur. 20 avqust 2015-ci il tarixli 300 saylı Payçı müqaviləsinin şərtlərinə görə: Mənzilin ümumi sahəsi 66,6 kvm (2.1 maddəsi); 1 kvm-i 950 USD, ümumi dəyəri 63270 USD (2.2 maddəsi); ilkin ödənilməli məbləğ 10890 USD (2.3 maddəsi); qalan məbləğin 24 ay ərzində hər ay 2465, 61 USD (2.4 maddəsi) olmaqla ödəniləcəyi razılaşdırılmışdır. İlkin ödənişi MTK-ya şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli Bayramovda olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili öz adına rəsmiləşdirib dövlət qeydiyyatına aldıraraq seriya EX N ******* nömrəli 2017-ci il tarixdə çıxarış almışdır. Bununla əlaqədar Hüseynov Bayramovları əmin etmiş və onlara vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin real olaraq Hüseynov bu istiqamətdə bütün təklif və müraciətlərdən yayınmışdır. Bayramovla arvadı – Hüseynovun bacısı X7 arasında münasibətlər 2020-ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı xx.xx.2022- ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bayramov 23 avqust 2023- cü ildə Hüseynovun istifadə etdiyi +**********77 nömrəli mobil telefon nömrəsinin votsapına və onun yaşadığı ünvana- Masallı rayonu Qarğalı kəndinə ona sifarişli poçtla məktub göndərərək razılaşıldığı mənzilin İddiaçı1 adına rəsmiləşdirməsi xahişinə o, heç bir reaksiya verməmiş, telefon zənglərindən də yayınmışdır. Mənzilin hazırda Bayramovların sahibliyində və istifadəsində olmasına baxmayaraq Hüseynov mənzillə bağlı əməliyyatlar apara, Bayramovların hüquqlarının bərpa olunmasını çətinləşdirən ziyanlı hərəkətlər edə, bununla da birgə iddiaçıların qanuni mənafeyin təhlükə altına qoya bilər. İddiaçı1 və nümayəndələri S.Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin pulunu ödəyib alıb və xx.xx.2017-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzil 2 otaqdan ibarətdir və ümumi sahəsi 64.2 kv.metrdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi №1110578 saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, sözügedən mənzil iddiaçıya, yəni Cavabdeh1 tam pay hüququ ilə məxsusdur və iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni bacısı X1 həyat yoldaşı cavabdeh İddiaçı2 Sulu oğlu qızı İddiaçı1 ilə birlikdə onun razılığı və xəbəri olmadan qeyri qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və Cavabdeh1 mənzilində qanunsuz olaraq yaşamağa başlamışdır. O, bir müddət həmin mənzildə yaşamış və iddiaçının mənzilindən qanunsuz olaraq istifadə etmiş, eyni zamanda İddiaçı2 Sulu oğlu tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş və hal-hazırda iddiaçıya məxsus olan mənzildə yaşayaraq, iddiaçının mənzilindən qanunsuz olaraq istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamışdır, iddiaçının razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Hal-hazırda cavabdehlər İddiaçı2 Sulu oğlunun və Cavabdeh2 iddiaçıya məxsus olan mənzildən istifadəsinin qadağan edilməsi və onun və həmçinin mənzilə qanunsuz olaraq yerləşdirilən Cavabdeh2, arvadı və uşaqlarının mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı2 Sulu oğlu və onun tanışı Cavabdeh2 iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onların arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışdır. Cavabdehlərin bu mənzildə yaşaması və ya istifadə etməsi iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehlərin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı bu barədə Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə, 102 Xidməti-Zəng Mərkəzinə şikayət də etmişdir. Qeyd edi ki, iddiaçılar iddia ərizələrində qeyd etdiklərini heç bir mötəbər sübut və dəlillə təsdiq edə bilməmiş və məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində qeyd olunanlar tamamilə yalan və söz yığınından ibarətdir. Odur ki, hesab edir ki, mülkiyyətçi olaraq iddiaçının hüquq və mənafeləri təmin edilməli və cavabdehlər mənzilindən çıxarılmalıdır, mənzili iddiaçıya təhvil verməlidirlər. Qeyd edir ki, onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir. Cavabdehlər mənzilini zəbt etdikləri üçün tam təmirli və mebellərlə dolu evini icarəyə verib gəlir əldə edə bilmir. Halbuki iddiaçı mənzilini ayda 600 manat icarəyə verə bilər. İddiaçı cavabdehlərdən müştərək qaydada onların mənzildə qaldıqları hər ay üçün 600 manat əldən çıxmış fayda olaraq pul tələb edir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddiaçıların nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə dair etirazını onunla əsaslandırdı ki, “Kristal Abşeron MTK”-nın inşa etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən Yeni tikilmiş binada (Novostroykada) 8-ci mərtəbə, 3-cü blok., 2 otaqlı 64,2 kv.m 59 saylı mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı üçün- İddiaçı1 Mahir qızı üçün mənzil almış, ancaq, həmin vaxtlarda qızı azyaşlı olduğuna görə həmin mənzil onun dayısı olaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Mənzilin 63.270 (altmış üç min iki yüz yetmiş ) ABŞ dollar pulunu və daxili kredit və bank krediti faizlərini bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 göndərmiş və bir hissəsini də özü gələndə nəğd vermişdir. Cavabdeh1 və ailəsinin bu mənzili almağa elə bir maddi imkanı olmayıb, hətta iddiaçı onlara bəzi köməkliklər etmişdir. Məsələn 3 min 5 yüz dollara ot bağlayan alıb vermişdir ki , kənd yeridi- işsizlikdi pul qazanıb dolana bilsinlər. Dəfələrlə Ramidə və onun anasına Alma- Ata şəhərinə gəliş- gediş üçün təyyarə bileti almışdır. Hər il iddiaçı Alma- Atadan Bakıya gələndə onlara müəyyən maddi köməklik etmişdir. Mahirin qızı İddiaçı1 Mahir qızı xx.xx.2004-cü il təvəllüdlüdür və artıq 18 yaşı tamam olduğu üçün əvvəlcədən razılaşdıqları kimi, dəfələrlə adi danışıqlarda və votsap yazışmalarında da Cavabdeh1 təsdiq edib söz verirdi ki iddiçı İddiaçı1 Mahir qızı adına rəsmiləşdirəcəkdir və Leylanın adına çıxarış alınacaqdır. Masallı rayonu Qarğalı kəndində yaşayan dayısı Cavabdeh1 deyirki; gah işdən icazə ala bilmir, Sumqayıta gəlməyə vaxtı yoxdur. və.s. ona görə də həmin mənzilin İddiaçı1 Mahir qızının adına rəsmiləşdirilməsi üçün bu il – 2023-cü ilin avqust ayının 3-də 17 yaşlı iddiaçı Mahirin oğlu Əli ilə qızı Leyla - Masallı rayonu Qarğalı kəndinə dayıları Cavabdeh1 evlərinə getdilər. Qızının əlində öz şəxsiyyət vəsiqəsi və özü şəxsən Ramid dayısı ilə bir yerdə olmağına, ( Ramidin qızına da şəxsən söz verib və onun adına sənədləşməyə razı olduğunu bildirdiyinə görə qızıyla oğlu Ramidin evinə Masallı rayonuna getmişdilər), yaxınlıqda Masallıda ASAN Xidmətdə çox rahat və tez həll olunma imkanına baxmayaraq Ramid dayısı deyib ki, “narahat olma həll edəcəyik, ancaq indi evdə bir iki işi var, həftənin 1-ci günü həll edəcəkdir və 1- ci gün isə “işi çıxıb” deyə başqa yerə gedib. Dayısı Cavabdeh1 istifadə etdiyi +**********77 nömrəli mobil telefon nömrəsindən İddiaçı2 göndərdiyi sonuncu votsap yazısında onları əmin etmişdir ki , “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm”. Onun bu vədinə əməl edəcəyinə inansalar da, o, yayınmaqda davam etdi. Mənzilin alınması üçün Abşeron Kristal MTK ilə ilkin danışığı iddiaçı Mahir aparmış, razılaşmanı o, etmişdir. Mənzilin pulunu tam o, ödəmişdir. Mənzilin mebelinin pulunu da iddiaçı vermişdir . Mənzil hazırda Mahirin istifadə və sərancamındadır. Məhkəmədə qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə 4 ay əvvəl həmin evdə yaşamağa başlamışlar. Ev sahibi kimi o, Mahir bəyi tanımışdır. Mahir özü Qazaxıstan Respublikasında yaşayır. Onlar həmin evin sahibi kimi yalnız onu tanımışlar. Qazaxıstandan gəldikdən sonra o, Mahirlə aralarında kirayə müqaviləsi bağlamışlar. Evi onlara təhvil verəndə evin içində əşya yox idi. Onlarda Mahir bəylə razılaşmışlar ki, o, evə əşyalar alsın, Mahir də kira haqqından əşyaların pulunu çıxar. Onların aralarında razılıq belə olduğuna görə o, həmin evə əşyalar almışdır. Onlar orada iki ay yaşadıqdan sonra evə bir xanım gəlmişdir. Özünü onlara Mahir bəyin yoldaşı kimi təqdim edib, evi gəzmək istədiyini bildirmişlər. Onlarda ona evi gəzdirdilər. Bir gün sonra polislə evə gəlib, onları evdən çıxartmaq istəmişdilər. Onlara həmin vaxt məlum oldu ki, həmin xanım Mahir bəyin baldızıdır. O, Mahir bəylə müqavilə bağlamış, əşyalar almışdır. Bu qədər xərc çəkmiş və indi ona vaxt vermədən evdən çıxmağını tələb edirlər. O, bununla razı deyildir. Əşyaların pulunu ona qaytardıqları halda o, evdən çıxmağa razı olar. İlkin iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş Başkut Fatma Hasan qızı məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, Mahir bəyin baldızı tez-tez evə baxmaq üçün başqa adamlarla gəlir. Bu vəziyyət onları narahat edir. Onun uşaqları qorxur. Onlar həmin evdə müqavilə bağlayaraq yaşayırlar. Evə əşyalar almışlar. Bu halın baş verməsini düzgün hesab etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbini əsassız hesab edir. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, o, hazırda "xxxx" MTK-da müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-ci il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişdirlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini və qızı azyaşlı olduğuna görə qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir. Məhkəmədə şahid X12 bildirdi ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Mahir 6-cı mkr-da tikiliən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur. Məhkəmədə şahid X4 bildirdi ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yaşayış sahəsinin kirayəsi” haqqında müqavilənin surətindən görünür ki, Kirayəyə verən İddiaçı2 Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada (Novostroykada) 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir. İşə əlavə olan “köçürmə qəbzlər”inin surətlərindən görünür ki, İddiaçı2 Sulu oğlu tərəfindən müxtəlif tarixlərdə X5 adına pul köçürmələri həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Payçı Müqaviləsi”ndən görünür ki, "xxxx" MTK-nın Sumqayıt filialının balansında olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3 blok, 8 mərtəbə, 59 nömrəli, 2 otaqlı mənzili Cavabdeh1 dəyəri 63270 ABŞ dolları dəyərində qiymətləndirilməklə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada (Novostroykada) 8-ci mərtəbə, 3-cü blok ünvanında yerləşən “Kristal ünvan 3 verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab edir. “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və X8 haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib və Daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh-iddiaçının adına verilmiş RX seriyalı, № ******* saylı “Çıxarış” nəzərə alaraq hesab edir ki, cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilməli, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzil iddiaçı Cavabdeh1 təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pul cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində təmin etmir. Belə ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir. Hazırda qarşılıqlı iddia tələbi qismən təmin edildiyi üçün qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh-iddiaçı Cavabdeh1 qarşı “mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 oğlunun özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1n, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilsin. Cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzil iddiaçı Cavabdeh1 təhvil verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar