Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6426/2025 16.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“işəgötürənə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4981,67 (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun və 19,82 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 may 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4981,67 (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 4981,67 (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, zəruri sübutlar iddia ərizəsinə əlavə edilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 102.79 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 60 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 1.75 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 330 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 93.80 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 137.69 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 2.68 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 200 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 94.95 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 100 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 71.06 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 141.65 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 150 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 179.81 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 207.73 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 35.50 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 25.22 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 237.16 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 50 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 66.23 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 68.19 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 14.5 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 229.30 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 137.39 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 100 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 9.33 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 180 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 50 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 50 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 12 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 90.90 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 1.05 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 128.7 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 127.71 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 100 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 50 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 254.34 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 300 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 66.46 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 117.98 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş ziyanın təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 101.91 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan İddiaçı MMC xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də işlədiyi müddət ərzində müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş pul vəsaitinin 4981,67 (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) manat hissəsini kassaya ödəməmişdir. Cavabdeh həmin borc məbləğindən kassaya heç bir ödəniş həyata keçirməmişdir və onun bu günə olan borcu 4981,67 (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 20 may 2024-cü il tarixdə İddiaçı MMC şirkətinə satış üzrə nümayəndə vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına 19.82 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli MŞS/MT030/2025-01709 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 20 may 2024-cü il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 19 fevral 2025-ci il tarixdə əməmk müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il və 31 yanvar 2025-ci il tarixlərini əhatə edən vurulmuş ziyanın təsdiq edilməsi barədə akt”da tapmışdır; cavabdehin iddaçıya ümumilikdə 4981,67 manat (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) borcu qalır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194-cü maddəsinin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar təqdim etmiş, eyni zamanda, cavabdeh (işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan vurulmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 19.82 AZN (on doqquz manat səksən iki qəpik) dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, cavabdehdən 4981.67 AZN (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 AZN (əlli manat) mediasiya xərcinin və 19.82 AZN (on doqquz manat səksən iki qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 5051.49 AZN (beş min əlli bir manat qırx doqquz qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4981.67 AZN (dörd min doqquz yüz səksən bir manat altmış yeddi qəpik) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 AZN (əlli manat) mediasiya xərcinin və 19.82 AZN (on doqquz manat səksən iki qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 5051.49 AZN (beş min əlli bir manat qırx doqquz qəpik) pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6426/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6426/2025
16.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver