Məhkəmə qərarları › İş №e-2(060)-671/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-671/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-671/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı mənzilə köçürmə və digər tələblərinə dair iddiası üzrə mülki işə 03 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müvəqqəti məskunlaşdığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsinə dəyişiklik təqdim edərək onun və qızı Aylinin Cavabdeh1 xüsusi təyinatlı yaşayış sahəsinın kirayə müqaviləsinə əsasən yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, X15-1005, 728 nömrəlı binanın 32 nömrəli mənzilinə köçürülməsi, hər ikisinin cavabehin ailə üzvü kimi göstərilməsi barədə 09 avqust 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsinə dəyişiklik edilmasi, cavabdeh X1 oğlu Əlizadə Turan Dilavər oğlu ilə birlikdə Sumqayıt şəhəri, 12-cı mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilindən çıxarılması və aşağıda qeyd olunan yataq dəsti, (taxt, trimo, şifoner, tumba) LC markalı televizor, Samsung markalı soyuducu, LC markalı, 6 kq paltaryuyan, stol 1 ədəd, 4 ədəd stul (mətbəx üçün), ütü, 2 ədəd sokçəkən, nahar üçün serviz, 12 ədəd, çay servizi 12 ədəd, paltar asmaq üçün asılqan, meyvə vazı çex istehsalı, 2 ədəd xalça, 2 pərdə, 1 ədəd qaşıq naboru, qazan dəsti, lyustr, döşək 1 ədəd, yorğan 1 ədəd, ədyal 2 ədəd, yastıq 2 ədəd, pastel 4 ədəd, ət maşını, mikser, qazan dəstləri, fen 2 ədəd, soba (duxovka) İltimas firması, mətbəxdə işlənən bütün qab-qacaqlar, pastel, meyvə qabı, çərəz qabı, güldan, qonaq otağı üçün lazım olan bütün qab-qacaqlar, qazan, tava dəstı, tefal çaydan, ayaqqabı 4 cüt, 9 çanta, don, şalvar, kofta, kurtka, palto, pencək, meyvə qabı, tort qabı, mürəbbə qabı, ikili çaydan, soğan çəkən, xrustal stəkan (12) ədəd böyük, 12 ədəd kiçik, razetka, xrustal armudu stəkan 12 böyük, 12 ədəd kiçik cehiz əşyalarının Cavabdeh1 tərəfindən və onun hesabına mənzilə qaytarılması, eləcə də ödədiyi 50 manat mediasiya xərci və 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə yaxın tanışlarının vasitəçiliyi ilə qısa tanışlıqdan sonra 06 fevral 2022-ci il tarixdə ailə qurmuşdurlar. İki tərəfdən qohumlar, dostlar və tanışlar bu münasibətlə təşkil olunmuş yığıncaqda iştirak etmişlər. Bu evlilik hər ikisinin ikinci evliliyidir. Həmin gün onu Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin ona müqavilə əsasında verdiyi Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14 1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürmüşdür. Valideynləri tərəfindən verilmiş cehiz və məişət əşyaları həmin mənzilin iki otağında yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Ona evlənmək təklif edərkən cavabdehə bildirmişdir ki, ilk evliliyi uğursuz olmuş, bir dəfə əli yanmış, fikri ciddidirsə, onu xoşbəxt edəcəksə ailə qursunlar. Cavabdeh ona çox şirin vədlər vermiş, xoşbəxt edəcəyinə inandırmışdır. Qısa müddət keçdikdən sonra ondan pul istəməyə başlamış, pul verəndə ona qarşı münasibəti yaxşı olmuşdur. Atasından, anasından pul alıb gətirib ona verməyini tələb etmişdir. Bankdan pul götürüb ona verməsini demişdir. Məcbur olub bankdan 450 manat pul götürüb ona vermişdir. Lakin sözünün üstündə dayanmamış, aylıq ödənişləri etməmiş, banka olan borcunu atası ödəmişdir. Pul verməyəndə sifəti tamam dəyişmişdir. Onu tanıya bilməmişdir. Onu nalayiq söyüşlərlə təhqir etmiş, sonra əl qaldırıb vurmağa başlamışdır. Maşının təmir edilməsi üçün bankdan daha 4000 manat pul götürüb ona verməyini tələb etsə də bunu etməmişdir. Bunun üstündə onu çox incitmişdir. Yenə nalayiq söyüşlərlə təhqirlər etmiş, həmişəki kimi əli ilə başına vurmuşdur. Söyüş dolu təhqirlərlə ” səndən irgənirəm, səni bura kim gətirdi, burda nə gəzirsən” demişdir. Ailəsii qoruyub saxlamaq üçün bəlkə düzələr deyə bu əzab və işgəncələrə dözmüş, bu barədə valideynlərinə bir söz deməmişdir. Hamilə olmağını ona deyərkən heç sevinməmiş, əksinə əsəbləşərək uşaq istəmədiyini bildirmişdir. Lənkəranda işləyərkən də onunla heç maraqlanmamışdır. Bir neçə dəfə ona zəng edib hamiləliyi ilə əlaqədar müayinə, müalicə və dərman üçün pul göndərməsini bildirməyinə baxmayaraq, pul göndərməmiş, göründüyü kimi ona sahib çıxmamışdır. Evə gələndə də “burda nə gəzirsən, gözümə görünmə. Nə sən mənə lazımsan, nə sənin uşağın” deyərək evdən əşyalarını götürüb çıxıb getməyini tələb etmiş, əks təqdirdə onlara od vurub yandaracağını bildirmişdir. Bu il oktyabr ayının 7-də Lənkarandan qayıtmışdır. Onu görən kimi yenə əvvəlki kimi söyüşlər təhqirlər başlamış, sən hələ çıxıb getməmisən deyərək, əmlakıbı yığışdırıb evdən çıxıb getməyini tələb etmişdir. O da dedi ki, evi buradır, çıxıb getməyə də heç bir yeri yoxdur. Səhəri günü oktyabr ayının 8-də yenə evdə dava-dalaş salaraq cehiz əşyalarını götürüb evdən çıxıb getməyini tələb etmişdir. Evdən çıxmadığını gördükdə nalayiq sözlərlə onu təhqir etmiş və bıçaqla öldürəcəyi ilə hədələyərək əli ilə başına bir neçə zərbə vuraraq çıxıb evdən getmişdir. Təzyiqi qalxmış, halı pisləşmişdir. Anasına zəng vurmuş, bacısı ilə gəlmiş, təcili yardım briqadası çağırışa gələrək ona iynə vuraraq tibbi yardım göstəmişlər. Daha sonra 102 xidmətinə zəng vurduğu üçün gələn polis əməkdaşlarına Dilavərin ona qarşı hərəkətləri barədə məlumat vermişdir. Bundan bir neçə gün sonra Dilavər evdə olarkən evə getmiş, qapını açıb onu evə buraxmamış, ona nə üçün onu ikinci dəfə bədbəxt edərək başına bu oyunu açdığını, qohumlarının yanında fəxrlə onu boşadığını bildirməsini və 7 aylıq hamilə vəziyyətdə gedib kimin evində yaşaya biləcəyini soruşarkən, nalayiq sözlərlə təhqir edərək bir daha bu evə gəlməməyini tələb etmişdir. Bu səbəbdən ailəsi olan bacısıgildə yaşamağa məcbur olmuşdur. Bunları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair 2(060)-671/2023 saylı mülki iş məhkəmənin icraatındadır. Həmin tələb Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızının hüquqlarına toxunduğundan müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb olunmuşdur. Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı iddia tələbini qəbul etmir, İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Belə ki, Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı, Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və bu nikahdan bir uşaqları doğulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuşdur. Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olsalar da, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X14-1005, ev 728, mənzil 32 ünvanında müvafiq mənzil ilə təmin olunaraq, həmin mənzilə yerləşmiş və həmin ünvanda qeydiyyatda olmaqla yaşamaqdadır. Belə ki, qeyd edilən yaşayış kompleksi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı əsasında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və "xxxx" MMC-nin rəhbəri, layihənin icraçısı Məhəmməd Musayev tərəfindən Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Qeyd edilənlərə əsasən hesab edir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X14-1005, 728 saylı evin, 32 saylı mənzilinin otaqları da nəzərə alınmaqla Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızının və Cavabdeh1 bərabər istifadə imkanı vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 36.3, 36.5, 149 və 150-ci maddələrini rəhbər tutaraq, İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etiraza yazılı münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 vəkili Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5, 96, 98.1, 99-cı maddələrinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mənzildən bərabər istifadə imkanı vardır. İddia tələbinə qarşı etirazınını yeganə əsası budur. Halbuki istinad etdiyi Mənzil Məcəlləsinin maddələrinin heç birində iddiaçının qızı ilə köçüb mənzildə yaşamasını qadağan edən norma yoxdur. Göründüyü kimi, vəkil iddiaçı və qızının cavabdehlərlə bərabər istifadə imkanının olmamasını maddi hüquq normalanın tələblərinə uyğun əsaslandırmamışdır. İstinad etdıyi Mənzil Məcəlləsinın normaları tərəflər arasında yaranmış mühahisəni nizamlamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.5-ci maddəsində göstərilir ki, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrinda nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kırayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərınə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Cavabdeh2 fərqli olaraq, Dilavərlə rəsmi nikahda olan ər-arvadılar. Ailə münasibətləriz ciddi şəkildə pozulmamışdır, ailənin bərpa edilməsı mümkündür. Göründüyü kimi o və qızı cavabdehin ailə üzvləridirlər. Onlar evlənərkən Dilavər Əfsanədən boşanmışdı. O, özünəməxsus əşyalarını evdən çıxarıb aparmışdı, mənzildə heç bir əmlakı qalmamışdı, uşağı ilə evdə yaşamırdı. Bundan sonra onların xeyir işi olmuşdur. Valideynlərinin ona hədiyyə etdiyi cehiz əşyaları mənzilin hər iki otağında yerləşdirilmişdir. xx.xx.2022-cı il tarixədək həmin mənzildə ər-arvad kimi birgə yaşamışdılar. Həmin gün onu döyərək mənzıldən qovmuş, iddiaçı bir neçə gün sonra evə gəlib yaşamaq istədiyinı bildırmiş, lakin cavabdeh qapını açmamış, onu mənzilə buraxmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mənzildən məcburi, iradəsinə zidd çıxarılmışdır. Mənzil Məcəlləsinin 68.4.-cü maddəsi kirayəçinin ailə üzvü tərkibindən çıxıb həmin mənzildə yaşayışını davam etdirən şəxsə kirayəçi və onun ailə üzvlərı ilə eyni hüquqlar verir. Mənzil iki otaqlıdır. Otaqlar bir-birindən təcrid olunmuş vəziyyətdədir, hər birinin girişi ayrıdır. Otaqların birində o və qızının, dıgərındə isə Cavabdeh1 yaşaması mümkündür. Göründüyü kimi etirazın əsası maddi hüquq normaları ilə təsdiq edilməyən subyektiv mülahızədən ibarətdir. Ona görə iddianm tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi ilə müraciət edildikdən sonra iddiaçının övladı dünyaya gəlib. Bu, əslində hər iki tərəfin ikinci evliliyi idi. Dilavərin birinci dəfə ailə qurduğu xanım evdən əşyalarını tamamilə çıxartdıqdan sonra iddiaçı onunla ailə həyatı qurmuşdur. İddiaçı həmin evə köçərək cehiz əşyalarını da özü ilə aparmışdır. Məhkəməyə təqdim edilmiş şəkillərdən də görünür ki, mənzildə iddiaçıya məxsus əşyalar olmuş, orada başqa adam yaşamamışdır. Mənzilə köçən ailə üzvü kirayəşinlə birlikdə istifadə hüququna malikdir. Mənzil Məcəlləsinə əsasən kirayə müqaviləsində ad qeyd olunmalıdır. Buna görə də hesab edir ki, iddiaçı və qızının müqaviləyə əlavə edilməsi mütləqdir. Əlavə olaraq onu da bildirir ki, cavabdeh iddiaçı ilə birgə nikahından olan uşağının saxlanılması üçün aliment də ödəmir. Bununla bağlı cavabdeh barəsində axtarış da elan edilib. Həmçinin cavabdeh iddiaçıya məxsus əmlakları da qaytarmaqdan imtina edir. İcra məmuru tərəfindən mənzildə cehiz əmlaklarının olmaması barədə akt tərtib edilmiş, hətta bununla bağlı video görüntü də mövcuddur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, mübahisəli mənzil 2 otaqlıdır. Mübahisəli mənzilə həm Əfsanənin, həm də Dilavərin hüququ var. Hazırda həmin mənzildə 3 nəfər yaşayır. Mələykə uşağı ilə birlikdə mənzilə köçürüldüyü halda ümumi sahəsi 30 kv.m olan yaşayış sahəsində 4 nəfərin birikdə yaşaması mümkünsüz olacaq. İddia tələbinin müqavilənin dəyişdirilməsi hissəsi ilə bağlı bildirir ki, həmin hissədə ümumiyyətlə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının bu tələbi irəli sürməyə sübyektiv hüququ yoxdur. Məlum olduğu kimi Cəbrayıl rayonu artıq etməni işğalından azad olunub və nəticədə birmənalı olaraq həmin rayondan olan məcburi köçkünlər mənzillə təmin olunacaqlar. Bu baş verənə kimi isə Əfsanənin və onun övladının həmin mənzildən çıxarılması mümkün deyil. Belə ki, Cavabdeh1 ilə bağlanmış müqavilədə Əfsanə Əlizadənin də adı qeyd olunmuşdur. Ona görə də Əfsanənin və onun övladının mübahisəli mənzildən çıxarılması mümkün deyil. Məhkəmənin nəzərinə çatdırır ki, Dilavər ilə Əfsanə arasında olan nikah pozulsa da, Əfsanə hazırda həmin mənzildə yaşayır. O, özü şəxsən 3 ay bundan qabaq mübahisəli mənzildə olmuşdur. Əfsanənin həmin mənzildən çıxması barədə onun məlumatı yoxdur. Əfsanə mənzilə köçürülümə tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilərək, müvafiq qətnamə qəbul edilmişdir. Hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçürülə bilməz. Belə ki, mübahisəli mənzilə dair bağlanmış müqavilədə iddaçının adı yoxdur, yalnız müvafiq dövlət qurumunun icazəsi və razılığı ilə iddiaçının həmin mənzilə köçürülməsi mümkündür. Bundan əlavə Dilavər yenidən ailə qura bilər və o, yeni ailəsi ilə birlikdə həmin mübahisəli mənzildə yaşayacaq. Əlavə olaraq onu da bildirir ki, hazırda iddiaçıya məxsus əmlakların harada olması barədə onların heç bir məlumatı yoxdur. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, iddiaçı onun qızıdır. İddiaçı ilə cavabdeh arasında olan nikah hər ikisinin ikinci evliliyidir. Qızı ailə quran zaman onun üçün müəyyən cehiz əşyaları vermiş və hətta evinə uyğun mebel də yığdırmışdır. Qızı üçün cehiz əmlaklar alarkən mübahisəli mənzildə başqa heç kimi yaşamamışdır. Yalnız qızı və onun əri orada yaşamışdır. O həmişə qızına maddi köməklik etmişdir. Qızı mübahisəli mənzilə 6 fevral 2022-ci ildə köçmüşdür. Qızı gəlin köçdükdən bir müddət sonra rəsmi nikaha daxil olmuşdur. Cavabdeh Lənkəranda işləmiş, arada gəlib getmişdir. Cavabdeh qızını evdən çıxartmaq üçün onu təhdid etmişdir. Hətta qızını döymüşdü. Bununla əlaqədar polisə də müraciət olunmuşdu. Həmin vaxt qızı hamilə idi. Nəticədə cavabdeh qızını məcbur şəkildə evdən çıxarmış və qızı xalasının evində yaşamağa başlamışdır. Daha sonra qızı evə qayıdanda orada cavadehin birinci arvadı olan Əfsanənin əşyaları olmuşdur. Məleykənin əşyaları orada olmamışdır. Hazırda qızının cehiz əmlaklarının harada olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, iddiaçı qızıdır. Bildirir ki, qızı mübahisəli evə xx.xx.2022-ci ildə gəlin kimi köçərək yaşamağa başlamışdır. Həmin evdə qızından başqa digər şəxslər və ya başqasına məxsus əşya olmayıb. Qızı ailə quran kimi cavabdehin işi ilə əlaqədar rəsmi nikaha daxil olmamışdılar. Qızının əri onu məcburi şəkildə evdən çıxarıb, lakin o, qızının evdən çaxrılma tarixini dəqiq xatırlamır. Qızının çıxdığı vaxt DİN-nin 102 xidmətini də yığmışlar və evə polis əməkdaşları da gəlmişdir. O, cehiz kimi qızına verdiyi bütün əşyaları və onların necə yerləşdirdiklərini xatırlayır. O, qızına cehiz kimi şkaf, divan və s. əşyalar vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi isə məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 595 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əlizadə X3 rayonu, Çullu kəndində qeydiyyatdadır və Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, bina 728, mənzil 32 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İİ 528230 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Cavabdeh1 27 sentyabr 2022-ci il tarixdə 2 saylı Sumqayıt Asan Xidmət X6 nikaha girərək ailə qurmuşlar və bu nikah 127 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əlizadə soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin müqavilə ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, Koroğlu küçəsi, ev 6, 32 saylı mənzil Cavabdeh1 (X11 və Əlizadə Turan Dilavər qızı ailə üzvləri qismində göstərilməklə) istifadəsinə verilmişdir. İşdə olan X2 Qeydiyyata alınması Haqqında arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri X11 və Əlizadə Turan Dilavər qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, Koroğlu küçəsi,ev 6, 32 saylı mənzildə məskunlaşmışdırlar. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(060)-95/2022 saylı qərardadının icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurları Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, Koroğlu küçəsi,ev 6, 32 saylı mənzildə olarkən İddiaçı məxsus cehiz əmlakları həmin mənzildə aşkar olunmamışdır. İşdə olan AZ-İV 833646 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X12 adlı bir övladları doğulmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan xüsusi təyinatlı yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil - Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14- 1005, Koroğlu küçəsi, ev 6, 32 saylı mənzil AR Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi Cavabdeh1 ayrılmışdır. Daha sonra Cavabdeh1 İddiaçı ilə əvvəlcə faktiki, daha sonra rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı faktiki nikah münasibələrinə daxil olduğu gündən həmin evdə yaşamağa başlamışdır. İddiaçı hal-hazırda Cavabdeh1 arvadı olmaqla onun ailə üzvüdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malik olduqlarından iddia tələbi iddiaçının Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürülməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının övladı xx.xx.2022-ci il təvəllüdlü X12 ilə birgə Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürülməsi hissəsində də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus cehiz əmlaklarının yataq dəsti, (taxt, trimo, şifoner, tumba) LC markalı televizor, Samsung markalı soyuducu, LC markalı, 6 kq paltaryuyan, stol 1 ədəd, 4 ədəd stul (mətbəx üçün), ütü, 2 ədəd sokçəkən, nahar üçün serviz, 12 ədəd, çay servizi 12 ədəd, paltar asmaq üçün asılqan, meyvə vazı çex istehsalı, 2 ədəd xalça, 2 pərdə, 1 ədəd qaşıq naboru, qazan dəsti, lyustr, döşək 1 ədəd, yorğan 1 ədəd, ədyal 2 ədəd, yastıq 2 ədəd, pastel 4 ədəd, ət maşını, mikser, qazan dəstləri, fen 2 ədəd, soba (duxovka) İltimas firması, mətbəxdə işlənən bütün qab-qacaqlar, pastel, meyvə qabı,çərəz qabı, güldan, qonaq otağı üçün lazım olan bütün qab-qacaqlar, qazan, tava dəstı, tefal çaydan, ayaqqabı 4 cüt, 9 çanta, don, şalvar, kofta, kurtka, palto, pencək, meyvə qabı, tort qabı, mürəbbə qabı, ikili çaydan, soğan çəkən, xrustal stəkan (12) ədəd böyük, 12 ədəd kiçik, razetka, xrustal armudu stəkan 12 böyük, 12 ədəd kiçik cehiz əşyalarının Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə qaytarılması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin mənzildə İddiaçı məxsus cehiz əmlakları aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edildiyindən, ona məxsus və iddia ərizəsində qeyd edilən cehiz əmlaklarının Cavabdeh1 tərəfindən və onun hesabına mənzilə qaytarılması hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin tərəfi olmamaqla həmin kirayə müqaviləsinə dəyişiklik edilməsi və cavabdeh X1 oğlu Əlizadə Turan Dilavər oğlu ilə birlikdə Sumqayıt şəhəri, 12-cı mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilindən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn sahibi deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə dəyişiklik edilməsi və cavabdeh X4 oğlu Əlizadə Turan Dilavər oğlu ilə birlikdə Sumqayıt şəhəri, 12-cı mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilindən çıxarılması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh1 məcburi köçkün olmaqla dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2022-ci il təvəllüdlü X12 ilə birgə Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə köçürülsün. İddiaçıya məxsus yataq dəsti (taxt, trimo, şifoner, tumba), LG markalı televizor, Samsung markalı soyuducu, LG markalı, 6 kq paltaryuyan, stol 1 ədəd, 4 ədəd stul (mətbəx üçün), ütü, 2 ədəd sokçəkən, nahar üçün serviz 12 ədəd, çay servizi 12 ədəd, paltar asmaq üçün asılqan, meyvə vazı çex istehsalı, 2 ədəd xalça, 2 pərdə, 1 ədəd qaşıq naboru, qazan dəsti, lyustr, döşək 1 ədəd, yorğan 1 ədəd, ədyal 2 ədəd, yastıq 2 ədəd, pastel 4 ədəd, ət maşını, mikser, qazan dəstləri, fen 2 ədəd, soba (duxovka) İltimas firması, mətbəxdə işlənən bütün qab-qacaqlar, pastel, meyvə qabı, çərəz qabı, güldan, qonaq otağı üçün lazım olan bütün qab-qacaqlar, qazan, tava dəstı, tefal çaydan, ayaqqabı 4 cüt, 9 çanta, don, şalvar, kofta, kurtka, palto, pencək, meyvə qabı, tort qabı, mürəbbə qabı, ikili çaydan, soğan çəkən, xrustal stəkan 12 ədəd böyük, 12 ədəd kiçik, razetka və xrustal armudu stəkandan (12 böyük, 12 ədəd kiçik) ibarət cehiz əşyaları Cavabdeh1 tərəfindən və onun hesabına Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14-1005, 728 nömrəli binanın 32 nömrəli mənzilinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 50 (əlli) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar