Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6786/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X4 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Sumqayıt Tibb Mərkəzi" X3rşı işə bərpa tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 18-1- 66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsinə mühafizəçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü ildə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi ilə əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrlə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı bildirir ki, işlədiyi yerdə xəstələrlə görüş saatı hər gün saat 18:00-dan 20:00-a kimidir. Hadisə baş verən günü cinayət hadisəsini törədən həmin şəxs iddiaçıya yaxınlaşıb ondan təkidlə xahiş etmişdir ki, qardaşının yoldaşı xəstəxanada yatır və onu təcili şəkildə görməlidir. İddiaçı ona bildirmişdir ki, görüş vaxtı deyil. Lakin o, təkidlə iddiaçıdan xahiş etmişdir. İddiaçı onda narahatçılıq hiss etmiş və bir insan kimi humanist davranaraq ona icazə vermiş və sakit şəkildə 5 dəqiqə ərzində görüşüb qayıtmasını bildirmişdir. Bir neçə dəqiqə sonra yuxarıdan səs-küy, qışqırıq səsi gəldiyi üçün iddiaçı yuxarı çıxmış və həmin şəxsin xəstənin başını kəsdiyini görmüşdür. İddiaçı, onun iş yoldaşı Rahib Hüseynov və şöbə müdiri Aqil həkimlə birlikdə müdaxilə etmiş və xəstəni onun əlindən almağa çalışmışdırlar. Lakin həmin şəxs xəstənin başını kəsmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, xəstə intihara cəhd edib və xəstəxanaya bu səbəblə yerləşdirilmişdir. Lakin mühafizə xidməti olaraq iddiaçıya bu barədə hər hansı məlumat verilməmişdir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə təlimatlandırılmamışdır. Həmin şəxsin üzərində hər hansı bir kəsici alətin olmasını müəyyən etmək üçün iddiaçıya hər hansı bir aparat verilməmişdir. İddiaçı bildirir ki, onun üzərində bıçaq olduğunu müəyyən edə bilməzdi. Əgər müəyyən etmək mümkün olsaydı, o, birmənalı şəkildə bu halın qarşısını ala bilərdi. Məhkəmənin nəzərinə çatıdırır ki, xəstəni öldürən şəxsin niyyəti onu öldürmək olub və o, bunu görüş saatında da edə bilərdi. Yəni o humanistlik edərək, həmin şəxsə xəstəsini görmək üçün şərait yaratmışdır. O, isə bundan sui-istifadə edərək, cinayət əməlini törədib. İddiaçı hesab edir ki, bu kobud pozuntu hesab oluna bilməz. Ona görə də iddiaçının işdən çıxarılması əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X4 nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini əbul etməyərək, saat 18:00-dan 20:00-a qədər görüş vaxtı olmasının iddiaçıya məlum olduğunu bildirmişdir. Bütün TƏBİB-in tabeliyində olan tibb müəssisələrində bu reqlament qoyulmuşdur. Cavabdehin nümayəndəsi qeyd edir ki, iddiaçıya hansı saatlarda ziyarətçiləri içəri buraxması barədə tapşırıq verilmiş, lakin buna əməl olunmamışdır, bu tapşırığın özü belə iddiaçının məsuliyyət daşıması üçün kifayət edir. Bu səbəbdən də cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmək müqaviləsindən görünür ki, "Sumqayıt Tibb Mərkəzi" X4 direktoru X1 ilə İddiaçı arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. - xx.xx.2024-cü il tarixli, 18-1-66/3-1-5651-2024 saylı əmrdən görünür ki, “Sumqayıt Tibbi Mərkəzi” X7n Dəstək Təhlükəsizlik şöbəsinin Təhlükəsizlik və mühafizı bölməsinin mühafizəçisinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi ilə əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01423 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. - xx.xx.2024-cü il tarixli 18-1-66/xx-xx/2024-cü il tarixli “Sumqayıt Tibb Mərkəzi” PHŞnin müəssisədaxili İntizam Qaydalarından görünür ki, Tibb xidmətinin təşkili hissəsində 15.3-cü bəndə əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək müəyyən edilmişdir. - İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə daxili qaydaları pozaraq xəstələrlə görüş vaxtının saat 18:00-dan 20:00-dək olduğunu bildiyi halda vətəndaş İsrail Rəsulovu xəstə Cəmilə Rəsulovanın olduğu palataya çıxmasına icazə verdiyini etiraf etmişdir. - Azərbaycan Respublikası Cavabdeh1 "Sumqayıt Tibb Mərkəzi" X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-66/3-4438/2024 saylı xidməti məruzədən görünür ki, xəstəxanalarda xəstə ziyarəti saat 18:00-dan 20:00-a olmasına baxmayaraq mühafizəçi İddiaçı vəzifə öhdəliyini və vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməmiş, vətəndaş X5 Mirzəcanovanın yanına buraxmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək olması barədə məlumatlı olmasına baxmayaraq, bu qaydanı kobud surətdə pozmuş nəticədə İsrail Rəsulov xəstə Cəmilə Rəsulovanın (Mizəcanovanın) olduğu palataya daxil olaraq onu qətlə yetirmişdir. Bu səbəbdən Sumqayıt Tibb Mərkəzi" X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-66/3-1-5651-2024 saylı əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və "Sumqayıt Tibb Mərkəzi" X3rşı xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6786/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6786/2024
03.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver