Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6806/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 853 manat məbləğində vəsaitin və 30,40 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1995-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, «Mazda CX-5” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək «Mazda CX-5” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “BMW 525” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğunu bildirərək, sığorta ödənişinin verilməsinə gösatəriş verməsini xahiş etmişdir. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən X3 barəsində xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 327.1., 327.6. maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törətmişdir. AD seriyalı, 345582 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mazda CX-5” markalı, **- CA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X1. AD seriyalı, 715455 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdehdir. xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” a əsasən zərər qiymətləndirilmiş, 853 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən “BMW 525” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 853 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(060)- 2404/021 saylı qərarı ilə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi X3 «Mazda CX-5” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü olmaqla xx.xx.2021-ci il il tarixli yol-nəqliyyat hadisəsinin iştirakçısı kimi, cavabdehə məxsus olan “BMW 525” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına görə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla və eyni tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ hallarda yaranır (25.1.). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1.). İddiaçı tərəfindən X2 mülki məsuliyyətinin sığortaçısı kimi cavabdehə 853 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin sonradan X3 tərəfindən Sumqayıt şəhər Polis idarəsi X5 şöbəsinin inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarından məhkəməyə şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2404/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Sumqayıt şəhər Polis idarəsi X5 şöbəsinin inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Beləliklə müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsində X2 təqsiri Sumqayıt şəhər Polis idarəsi X5 şöbəsinin inzibati xəta haqqında 27 may 2022-ci il tarixli qərarı ilə müəyyən edildiyindən iddiaçı tərəfindən cavabdehə X2 mülki məsuliyyətinin sığortaçısı kimi 853 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin, X2 inzibati məsuliyyətini müəyyən edən qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Yəni, onun cavabdeh qarşısında mülki məsuliyyət daşımasının əsası olan qərar ləğv edildiyindən cavabdehə vurulmuş maddi ziyanla bağlı məsuliyyəti aradan qalxmışdır. İddiaçı tərəfindən cavabdehə sığorta ödənişi isə məhz X2 mülki məsuliyyəti ilə bağlı ödənilmişdir. Bu səbəbdən iddia təmin edilməli iddiaçı tərəfindən cavabdehə sığorta ödənişi kimi ödənilmiş 853 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 853 (səkkiz yüz əlli üç) manat məbləğində pul və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6806/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6806/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver