Məhkəmə qərarları › İş №e-2(060)-730/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-730/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-730/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı borcunun, dəbbə pulunun, faiz borcunun tutulması, icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 10-cu mikrorayonu,Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 18452,57(on səkkiz min dörd yüz əlli iki manat əlli yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun,dəbbə (gündəlik 0,1% gecikmə faizi) olaraq 1839,60 (bir min səkkiz yüz otuz doqquz manat altmış qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 252,0(iki yüz əlli iki manat) manat faiz borcunun,ümumilikdə 20544,17(iyirmi min beş yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması,sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli,123 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi,torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 10-cu mikrorayonu, Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh icarəsinə verilmişdir.Belə ki, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında qeyd edilən torpaq sahəsinə dair 28 dekabr 2018-ci il tarixli,123 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır ki, müqaviləyə əsasən icarənin müddəti 31 dekabr 2067-ci il tarixədək müəyyən edilmişdir. Adı çəkilən torpaq icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqı 0,48 (qırx səkkiz qəpik) olmaqla,torpağın illik icarəsinin ümumi haqqı 1681,84 (bir min altı yüz səksən bir manat səksən dörd qəpik) təşkil etmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun torpaqdan istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinə 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 18452,57 (on səkkiz min dörd yüz əlli iki manat əlli yeddi qəpik) manat məbləğində icarə haqqı borcu yaranmışdır.Tərəflərindən borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh xəbərdarlıqlar edilsə də, cavabdeh bələdiyyənin tələblərinə məhəl qoymayaraq özünün müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən torpaq icarə müqaviləsinin şərtlərinə zidd olaraq yol verilmiş qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə aidiyyəti yoxdur, dövlətə məxsusdur. Həmin torpaq sahəsi üzərində bina yerləşmişdir ki, həmin yer atası Şakir Hüseynova məxsus olub. Buna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 may 2022-ci il tarixli torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə məktubunun surətini, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 2975 nömrəli, 21 iyul 2022-ci il tarixli müqavilənin surətini, ödəniş qəbzinin surətini və torpaq sahəsinin yerquruluş planının surətini təqdim etmişdir. Qeyd olunan sənədləri bələdiyyənin özünə də vermiş, sonradan xəbəri olmuşdur ki, heç bir əsas olmadan bələdiyyə tərəfindən məhkəməyə müraciət olunmuşdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən torpaq sahəsində atasının binası olmuş, buna dair texniki pasportu olmuşdur. Torpaq sahəsi üzərində mövcud olan yarımçıq tikili binadan vətəndaşlara mənzillər verilməli idi və buna görə də vərəsə olaraq torpaq sahəsini rəsmiləşdirmək istəmişdir. Bununla əlaqədar olaraq aidiyyəti qurumlara, o cümlədən bələdiyyəyə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin binaya kod-nişan, şəhadətnamə almaqdan ötrü torpaq sahəsini, binanı özəlləşdirmək lazımdır. Bələdiyyəyə yaxınlaşıb üzərində olan yarımçıq tikiliyə kod-nişan, şəhadətnamə almaqdan ötrü torpaq sahəsini özəlləşdirməli olduğunu bildirərək, əgər torpaq sahəsi onlara məxsusdursa, müvafiq məktub vermələrini istəmişdir. Lakin Sumqayıt Bələdiyyəsi tərəfindən ona heç bir sənəd verilməmişdir. Sonra özü rəsmi sorğular verərək araşdırma aparmış və ona Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə məlum olmuşdur ki, torpaq sahəsi dövlətə məxsusdur, bələdiyyəyə məxsus deyil. Bundan sonra 2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlamışdır, ayda 1000 manata yaxın icarə haqqı ödəyir, buna dair ödəniş qəbzləri də var. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İcarəyə verən Sumqayıt bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 123 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 18 mart 2005-ci il tarixli 5 saylı qərarı və Bakı şəhəri, 9 saylı xüusi notariat kontorunun 12 sentyabr 2018-ci il tarixli XQZ-1987 saylı məktubu əsasında Sumqayıt şəhəri, Babək küçəsi, 10-cu mikrorayon ərasizində yerləşən ümumi sahəsi 3503,84 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. - İcarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə icarəçi "xxxx" MTK (direktor Cavabdeh) arasında bağlanılmış Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2975 saylı müqavilənin surətindən görünür ki, icarəyə verənin icarəyə verdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərasizindəki qeyri-yaşayış binasının yerləşdiyi 900.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. - "xxxx" MTK tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuşdur. Həmin ərizənin məzmunundan görünür ki, Sumqayıt şəhəri, Babək prospekti, 10-cu mkr ərazisində yerləşən çoxmərtəbəli yaşayış və qeyri-yaşayış ticarət binaları ölən atası X2 məxsusdur. Atasının ölümünün nəzərə alınaraq tikintinin davam etdirilməsi məqsədilə onun hüquqi varis kimi sənədlərin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi xahiş edilmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 891 saylı sərəncamından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 7 nömrəli obyektin tikintisinə icazə sənədi ilə Sumqayıt şəhəri, Babək küçəsi, 10-cu mkr ərazisində 2 blok, 3 girişli, çoxmərtəbəli yaşayış binası, 3 mərtəbəli qeyri-yaşayış ticarət binasına icazə verilən sənədlərdə sifarişçi X1 Cavabdeh ("xxxx" MTK) və ayrılan torpaq sahəsi 1,7 ha sözü 0,3503 ha kimi oxunsun. - İcarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə icarəçi "xxxx" MTK (direktor Cavabdeh) arasında bağlanılmış Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, 4251 saylı müqavilənin surətindən görünür ki, icarəyə verənin icarəyə verdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərasizində yerləşən 2308 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********07 saylı torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi barədə məktubdan görünür ki, tərtib olunmuş yer quruluşu planlarında qeyd olunan koordinatlar daxilində yerləşən 0,09 ha, 0,1482 ha və 0,2369 ha torpaq sahələrinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-nə ayrılmasına etiraz edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********10 saylı torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi barədə məktubdan görünür ki,dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi lındıqdan sonra ƏMDX ilə torpaq icarə müqaviləsi bağlanılmaqla tərtib edilmiş yer quruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən 2308 kv.mtorpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-nə ayrılmasına etiraz edilməmişdir. - Ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MTK tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına müvafiq olaraq ayrı-ayrı məbləğlərdə ödənişlər edilmişdir. Cavabdeh həmin ödənişlərin onun tərəfindən ödənilən icarə haqqı ödənişləri olduğunu bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İcarəyə verən Sumqayıt bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 123 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 18 mart 2005-ci il tarixli 5 saylı qərarı və Bakı şəhəri, 9 saylı xüusi notariat kontorunun 12 sentyabr 2018-ci il tarixli XQZ-1987 saylı məktubu əsasında Sumqayıt şəhəri, Babək küçəsi, 10-cu mikrorayon ərasizində yerləşən ümumi sahəsi 3503,84 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul etmişdir. Bundan sonra İcarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə icarəçi "xxxx" MTK (direktor Cavabdeh) arasında bağlanılmış Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2975 saylı müqaviləsi və xx.xx.2023-cü il tarixli, 4251 saylı müqaviləsi ilə icarəyə verənin icarəyə verdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərasizindəki qeyri-yaşayış binasının yerləşdiyi 900.0 kv.m və 2308 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Göründüyü kimi hazırda Sumqayıt şəhərinin 10-cu mikrorayonu,Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin deyil, dövlətin mülkiyyətindədir. Belə olan halda Sumqayıt Bələdiyyəsinin hazırki iddiası əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin heç bir hüququ olmadığı halda o, hazırkı iddianı qaldırmışdır, ona görə də iddia təmin edilə bilməz. Sumqayıt Bələdiyyəsi hazırki mübahisənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, tərəflərin irəli sürdükləri digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir - Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 10-cu mikrorayonu,Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 18452,57(on səkkiz min dörd yüz əlli iki manat əlli yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun,dəbbə (gündəlik 0,1% gecikmə faizi) olaraq 1839,60 (bir min səkkiz yüz otuz doqquz manat altmış qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 252,0(iki yüz əlli iki manat) manat faiz borcunun,ümumilikdə 20544,17(iyirmi min beş yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması,sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli,123 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi,torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 10-cu mikrorayonu, Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 18452,57(on səkkiz min dörd yüz əlli iki manat əlli yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun, dəbbə (gündəlik 0,1% gecikmə faizi) olaraq 1839,60 (bir min səkkiz yüz otuz doqquz manat altmış qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 252 (iki yüz əlli iki manat) manat faiz borcunun,ümumilikdə 20544,17 (iyirmi min beş yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli,123 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar