Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7454/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 100 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 100 kvadrat metr torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını,orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə,habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol,eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.Lakin Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur.Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən 100 kvadrat metr torpaq sahəsi zəbt edilmiş, qanunsuz olaraq tikinti işləri aparılmışdır və cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Belə ki, Sumqayıt Bələdiyyəsinin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə məhkəməyə müraciət etmişik və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyininin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)-5208/2022 saylı iddia tələbi və predmeti eyni olan mülki iş üzrə məhkəmənin 04 oktyabr 2022-ci il tarixli iclasında cavabdeh qismində iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 100 kv.metr torpaq sahəsində özbaşına tikili ona məxsus deyil, orada tikinti işlərində usta kimi fəaliyyət göstərir, tikilinin təmiri ilə məşğul olur. Həmin məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi bildirmişdir ki, əməkdaşlar tərəfindən yoxlamalar aparılan zaman Cavabdeh orada olduğundan iddia ərizəsində Cavabdeh qismində cəlb olunmuşdur, Cavabdeh deyildir. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonrakı məhkəmə iclasında iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir və Məhkəmənin e-2(060)-5208/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş Cavabdeh tərəfindən qanunsuz, bələdiyyə mülkiyyətinə aid olan sahəsi 100 kv.metr olan torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Cavabdeh zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan, tikilini sökməkdən, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı Sumqayıt Bələdiyyəsi xx.xx.2022-ci il tarixdə eyni cavabdehə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsi zərurəti yarandığından İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5208/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Hazırda iddiaçı eyni cavabdehə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif edilmiş, buna baxmayaraq iddiaçı Cavabdeh qarşı tələb irəli sürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, cavabdeh X3 iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbi rədd edilməlidir Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinəəsasən - Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 100 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 100 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-7454/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7454/2022
22.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver