Məhkəmə qərarları › İş №e-2(060)-7510/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7510/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7510/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə Kooperativ binada mənzil kommunal xidmətləri haqqında bağladığı müqavilədən irəli gələn öhdəlikləri üzrə yaranmış 392 manat mənzil kommunal xidmətlərinin haqqlarının tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə “çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN: **********) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 2; yeni qaydalarla: AZ5001, ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış, öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və tərtib olunmuş nizamnaməyə uyğun olaraq həyata keçirilir. Nümayəndə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanuni təmsilçisidir. Cəmiyyət 10 oktyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət ilə ünvan 2 ünvanında yerləşən bina sakinləri arasında Kooperativ binada mənzil kommunal xidmətləri haqqında müqavilə bağlanmışdır. Bağlanmış bu müqaviləyə əsasən mənzil sahiblərinin öhdəliklərindən biri mənzil kommunal xidmətlərinin haqqının kv. metr üzrə hər ay ödənilməsidir. Bu müddəa bina sakinləri ilə cəmiyyət arasında bağlanmış müqavilənin əsas öhdəliyi olmasına baxmayaraq, bina sakinlərindən bəziləri yuxarıda göstərilən cavabdeh mənzil kommunal xidmətlərinin haqlarını ödəməkdən imtina edir. Bildirir ki, eyni iddia tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsinin icraatında başqa məhkəmə işi də olmuşdur. Həmin işin qətnaməsini ərizəyə əlavə edirlər. Cavabdehə aylıq borclarını ödəmədikləri təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə yazılı xəbərdarlıq etsələr də, yenə də borclarını ödəməkdən imtina etmişlərdir. Hətta cavabdeh evə aylıq borcları yarandığı səbəbindən məhkəməyə müraciət etməsi üçün razılıq verib imza da etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh 758 (yeddi yüz əlli səkkiz) manat, X4 860 (səkkiz yüz altmış) manat, X5 256 (iki yüz əlli altı) manat, X3 480(dörd yüz səksən) manat, X6 1220 (bir min iki yüz iyirmi) manat, X1 682 (altı yüz səksən iki) manat, X2 270 (iki yüz yetmiş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh, X4, X5, X3, X6, X1, X2 müştərək qaydada ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun qalan 58,88 (əlli səkkiz manat, səksən səkkiz qəpik) hissəsi iddiaçı “Sumqayıt5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh keçmişdə də iddiaçıya borcu olmuş və borcun ödənilməsi məhkəmə yolu ilə təmin olunmuşdur. Lakin cavabdeh yenidən borcunu ödəməkdən yayınmış və nəticədə yeni borc əmələ əgəlmişdir. Cavabdeh hazırda 392 manat məbləğində borcu vardır. İddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki adıçəkilən cavabdeh bağladıqları müqavilənin şərtlərini kobud şəkildə pozmuş və müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Bir neçə dəfə ona yazılı və şifahi formada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, işə məhkəmədə baxıldığı dövrdə də heç bir ödəniş olmamışdır. Cavabdehin hazırda 436 manat (noyabr və dekabr ayı da daxil olmaqla) borcu var. Cavabdehdən iddia tələbi həcmində, yəni 392 manat pulun tutulmasını tələb edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və SX089786617AZ saylı xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında arasında bağlanmış "xxxx" MMC-nin binasında mənzil tikintisi haqqında 132 saylı, xx.xx.2009-cu il tarixli müqvailədən görünür ki, "xxxx" MMC Sumqayıt şəhəri, 6-cı mkr, Z.Hacıyev küçəsində yerləşən 10-cu mərtəbəli evin 6-cı mərtəbəsində 17 saylı mənzili Payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 76.85 kvmetrdir. Mənzilin ümumi qiyməti 38425 manatdır.

7. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış “Kooperativ Binada Mənzil Kommunal Xidmətləri Haqqında 17 saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi Sumqayıt şəhəri, 6-cı mkr-da inşa edilmiş 11A saylı yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsini, mənzil sahibi isə mənzilin hər kv.metr üçün hər ay 0.20 manat kommunal xidmətlərinin haqqını ödəməsi barədə öhdəlik götürmüşdür.

8. "xxxx" MMMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdən mənzilin hər kv.metr üçün hər ay 0.30 manat xidmət haqqı müəyyən edilmişdir.

9. "xxxx" MMMC tərəfindən verilmiş borc haqqında digər məlumatdan görünür ki, Cavabdeh 2024-cü il üzrə 176 manat, 2025-ci il üzrə 216 manat olmaqla, ümumilikdə 392 manat borcu vardır.

10. "xxxx" MMMC tərəfindən verilmiş borc haqqında məlumatdan görünür ki, Cavabdeh 2024-cü il üzrə 176 manat, 2025-ci il üzrə 260 manat olmaqla, ümumilikdə 436 manat borcu vardır.

b) tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; c) məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Belə ki, ünvan 3 ünvanında yaşayan cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqlarında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə iştirak etməmiş, bu səbəbdən onun "xxxx" MMMC-yə ödənilməmiş borcu yaranmış, cavabdehə iddiaçı "xxxx" MMMC tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, borcun ödənilməsi təmin edilməmişdir.

16. Məhkəmə onu da qeyd edir ki, müvafiq müqavilə hazırkı iddiaçı ilə deyil, "xxxx" MTK ilə bağlanılsa da, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMMC xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir.

17. Qeyd olunan halllarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.”

18. İşdə olan sənədlərlə müəyyən olunur ki, cavabdeh müqavilədə göstərilən xidmətlərin müqabilində müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüş, yəni sifarişçi binadakı ona məxsus mənzilin hər 1 (bir) kvadrat metri üçün 2024-cü il üçün 0.20 manat, 2025-ci il üçün 0.30 manat aylıq xidmət haqqı ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq kommunal xidmət haqlarını ödəməmişdir. Halbuki cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsaslı səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdehin ödəniş etmədiyi 392 manat borcu yaranmışdır.

19. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarının tələblərinə uyğundur.

20. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə iddiaçı tərəfindən hesablanmış; 2024-cü il üçün – 0.20 manat X 76.85 kv.m ≈ 16 manat; 16 manat X 11 ay = 176 manat; 2025-ci il üçün – 0.30 manat X 76.85 kv.m ≈ 22 manat; 22 manat X 10 ay = 220 manat – 4 manat = 216 manat; 176 manat + 216 manat = 392 manat cavabdehdən tutulmalıdır.

21. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 392 manat mənzil kommunal xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 422 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar