Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7708/2024 18.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, mülkiyyətin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, mülkiyyətin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən ona məxsus 12 №-li mənzilin cavabdehin hesabına yenidən tikilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına 100 manat ödəniş edilməsinə dair xx.xx.2024cü il tarixli qəbz əlavə edilsə də, həmin qəbzə əsasən ödənişin İddiaçı tərəfindən və ya hazırki tələblə əlaqədar edildiyini, o cümlədən həmin məbləğin Sumqayıt şəhər məhkəməsinin hesabına ödənildiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, qeyd edilən halların e-mehkeme.gov.az saytında (məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması xidmətində) yoxlanılması üçün lazım olan məlumatlar da (ödəyən şəxsin FİN kodu, qəbz nömrəsi və s.) iddia ərizəsinə əlavə edilmiş qəbzdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddələrinin tələblərinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, mülkiyyətin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, mülkiyyətin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair ddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-7708/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7708/2024
18.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver