Məhkəmə qərarları › İş №e-2(060)-7760/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7760/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7760/2024 20.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən müştərək qaydada Abşeron rayonu, Xırdalan şəhəri, H.ƏLiyev prospekti, 240 A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv. metr olan 1 otaqdan ibarət 19 saylı mənzilin yarısı yəni, 33.5 kv. metr ölçülərində yaşayış evi ilə təmin olunması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, hazırkı ərizəyə İddiaçı tərəfindən verilmiş Vəkil səlahiyyətini təsdiq edən xx.xx.2022-ci il tarixli etibarnamə əlavə edilsə də, etibarnamənin müddəti bitmişdir. Belə ki, həmin etibarnamə 2 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində qeyd etməsinə baxmayaraq, iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış İH-B/0011 nömrəli, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi ilə əlaqədar qaldırılmışdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından isə görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1a sistemindən çıxarılmış məlumatlarına əsasən). Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində (ünvan: ünvan 3mə onu da qeyd edir ki, iddiaçı hüquqi ünvanı Sumqayıt şəhərində yerləşən Cavabdeh1 cavabdeh qismində qoymaqla işin aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə aid olduğunu prosessual cəhətdən də əsaslandırmaq üçün iddia ərizəsinin xahiş hissəsində cavabdehlər tərəfindən müştərək qaydada Abşeron rayonu, Xırdalan şəhəri, H.ƏLiyev prospekti, 240 A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv. metr olan 1 otaqdan ibarət 19 saylı mənzilin yarısı yəni, 33.5 kv.metr ölçülərində yaşayış evi ilə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb konkret olmamaqla, aydın (eyni nömrəli mənzilin hər yarısının müxtəlif hüquqi şəxslər tərəfindən təqdim edilməsinin hansı qaydada həyata keçirilməli olması) deyildir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret, aydın və dəqiq olmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 152.2, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar