Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-80/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızı, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıdan cavabdehin xeyrinə paya münasibətdə pulun tutulub iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracda satılaraq paylara münasibətdə tərəflər arasında bölünməsi tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X1, ev 1A, mənzil 14-ün naturada bölünməsi, bölgü zamanı bütün yaşayış otaqlarının (sahəsi 9.6, 19.1, 9.1, 12.6 kvadrat metr) onun, sahəsi 7.0 kvadrat metr olan mətbəxin cavabdehin istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə paya münasibətdə pulun tutulub iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq paylara münasibətdə tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh qarşı iddiaçıdan cavabdehin xeyrinə paya münasibətdə pulun tutulub iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracda satılaraq paylara münasibətdə tərəflər arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı iddiaçıdan cavabdehin xeyrinə paya münasibətdə pulun tutulub iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracda satılaraq paylara münasibətdə tərəflər arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-80/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-80/2025
01.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver