Məhkəmə qərarları › İş №e-2(060)-8186/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8186/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8186/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********* nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 33,68 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Göstərilənlərə əsasən abunə müqaviləsi üzrə xidmət müqabilində 33,68 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 63,68 manat vəsaitinin məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsindən görünür ki, «Azercell» tərəfindən Cavabdeh2 istifadəsinə ********* saylı nömrə verilmiş və “Bizimkiler” tarif paketindən istifadə imkanı yaradılması ilə bağlı xidmət göstərilmişdir.

8. Həmçinin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -1.1-ci bənddə qeyd edilir ki, fakturasız Xətt sisteminə aid nömrə – müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, faktura kəsilməsi ilə bağlı münasibətlər nəzərdə tutulmadan, nömrənin balansına yüklənilən məbləğ vasitəsi ilə ödəmələr aparılmaqla xidmətlərdən istifadə imkanı verən nömrədir. Fakturalı Xətt sisteminə aid nömrə – müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanı verən nömrədir; -2.1, 2.4-2.6-cı bəndlərə əsasən müqavilənin predmetini “Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin müddəaları SİM-kart vasitəsilə təchiz edilən “Azercell” Xidmətlərinə və/və ya SİM-kart paketi satışına şamil edilir. Tərəflər razılaşırlar ki, “Azercell” Abunəçiyə müqavilənin müddəalarına uyğun olaraq, nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir, Abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən “Azercell”in göstərdiyi xidmətlərin müqabilində müqaviləyə uyğun olaraq, xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilmiş hesab edilir. Fakturalı Xətt sistemində Abunəçi və “Azercell” arasında hesablaşmalar “Azercell” tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketlərində isə Abunəçi və “Azercell” arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən stifadə müqabilində həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq xidmətin xüsusiyyətlərindən, fors-major və sair hallardan asılı olaraq dərhal və ya sonradan hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxıla bilər. Danışıq kartının növü və dəyərindən asılı olaraq, nömrənin balansına yüklənmiş məbləğin istifadə müddəti “Azercell” tarifləri ilə müəyyən edilir. Danışıq kartlarından istifadə qaydaları (istifadə müddətləri və yeni məbləğ yükləmə müddəti də daxil olmaqla) və müvafiq kartların dəyəri “Azercell” tərəfindən öz mülahizəsinə əsasən, sərbəst şəkildə müəyyənləşdirilir və vaxtaşırı olaraq dəyişdirilə bilər. İstifadə müddətləri SİM-kart paketində, “Azercell” tariflərində göstərilir və hər hansı digər reklam vasitəsi ilə də bu barədə məlumat təqdim edilə bilər. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil; - 3.1 və 3.3-cü bəndlərə görə “Azercell” müqaviləyə və istifadə qaydalarına müvafiq olaraq, zəruri təmir, profilaktik və təkmilləşdirmə işləri aparılan günləri çıxmaq şərti ilə, hər gün bütün sutka ərzində fasiləsiz xidmətlər göstərir. Tərəflər nəzərə alırlar ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər, həmçinin abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir. Qeyd edilən hallar ilə bağlı “Azercell” cavabdehlik daşımır; - 4.1-4.3-cü bəndlərlə müəyyən edilir ki, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr “Azercell”in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, internet ilə və s.) həyata keçirilir. “Azercell” öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər. Hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər “Azercell” tərəfindən müvafiq qaydada dəyişdirilə bilər. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Borca görə ləğv olunmuş nömrə, digər şəxsin istifadəsinə verilməyibsə, müvafiq borc (gecikmə faizi də daxil olmaqla) məbləği və “Azercell” tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sərbəst müəyyənləşdirilən müvafiq bərpa məbləği ödənildikdən sonra yenidən Abunəçi tərəfindən istifadə oluna bilər.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh2 ödənilməmiş faktura məbləği 33,68 manat borcu yaranmışdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 33,68 (otuz üç manat, altmış səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 33,68 (otuz üç manat, altmış səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar