Məhkəmə qərarları › İş №e-2(060)-8234/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8234/2022

23.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8234/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Cavabdeh, 3-çü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı «məjburi miras payın müəyyən edilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 və anası X1 birgə mülkiyyətində olmuş Sumqayıt şəhəri, 2-сi m/rayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə, atası X2 vərəsəsi olaraq ona düşən məсburi payının, anası X1 qanun üzrə vərəsəsi olaraq ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi nümayəndə Vəkil tərəfindən «Elektron İmza» ilə imzalansa da, iş materiallarına əlavə edilmiş etibarnamə üzrə Vəkil iddia ərizəsinə imza etməyə səlahiyyət verilməmişdir. Bundan əlavə, Vəkil tərəfindən «Elektron Kabinet» vasitəsi ilə, onun tərəfi məhkəmədə təmsil etmək üçün etibarnaməni göndərmiş, lakin etibarnamənin vermə tarixi xx.xx.2022-сi il tarixi kimi göstərilmişdir. Lakin mülki iş xx.xx.2022-сi il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin iсraatına daxil olduğu və həmin vaxtı nümayəndənin səlahiyyəti olmadığı üçün iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: İddiaçı Cavabdeh, 3-çü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı «məjburi miras payın müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar