Məhkəmə qərarları › İş №e-2(060)-826/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-826/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-826/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma və s. tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı yaşayış evi ilə təmin olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən müştərək qaydada Abşeron rayonu, Xırdalan şəhəri, H.ƏLiyev prospekti, 240 A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv. metr olan 1 otaqdan ibarət 19 saylı mənzilin yarısı yəni, 33.5 kv. metr ölçülərində yaşayış evi ilə təmin olunması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşıyaşayış evi ilətəmin olunmavə s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar