Məhkəmə qərarları › İş №e-2(060)-8501/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8501/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8501/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5878379 nömrəli, 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə 146 manat əsas, 44 manat dəbbə pulu, S3K5915931 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 1065 manat əsas, 319 manat dəbbə pulu, S3K5915932 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 547 manat əsas, 164 manat dəbbə pulu və 42.85 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2327.85 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 567.1, 567.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, 10 noyabr 2020-ci il, 22 fevral 2020-ci il və 22 fevral 2020-ci il tarixlərində Cavabdeh ilə İddiaçı arasında S3K5878379 nömrəli, S3K5915931 nömrəli, S3K5915932 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı S3K5878379 nömrəli müqaviləyə əsasən 845 manat dəyərində olan 1 ədəd “SAMSUNG GALAXY A11 SM-A115 RED 1 ədəd SAMSUNG GALAXY A11 SM-A115 BLACK 1 ədəd MOBİLE QİZİL ZEMANET” markalı məhsulu, S3K5915931 nömrəli müqaviləyə əsasən 1210 manat dəyərində olan 1 ədəd “TV LED LG 43LM5700P 1 ədəd HOB RİFFEL GM440 X” markalı məhsulu, S3K5915932 nömrəli müqaviləyə əsasən 624 manat dəyəri olan 1 ədəd “XİAOMİ REDMİ 9T 4/128GB GRAY” markalı məhsulu cavabdehə hissə-hissə ödənişlə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh S3K5878379 nömrəli müqavilə üzrə 41 manat ilkin ödəniş olmaqla qalan 845 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 67 manat olmaqla, hər ayın 09-dək, S3K5915931 nömrəli müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 1200 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 50 manat olmaqla, hər ayın 21-dək, S3K5915932 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 624 manat pulu müqavilənin ayrılmaq tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 52 manat olmaqla, hər ayın 21-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S3K5878379 nömrəli, 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə 146 manat əsas, 44 manat dəbbə pulu, S3K5915931 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 1065 manat əsas, 319 manat dəbbə pulu, S3K5915932 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 547 manat əsas, 164 manat dəbbə pulu və 42.85 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2327.85 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərinümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında S3K5878379 nömrəli, 10 noyabr 2020-ci il tarixli, S3K5915931 nömrəli, S3K5915931 nömrəli, 22 fevral 2020-ci il tarixli və S3K5915932 nömrəli, 22 fevral 2020-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri imzalanmışdır. İddiaçı tərəf hər üç müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 1758 (146+1065+547) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 527 (44+319+164) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 (5+50+45) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 42.85 manat dövlət rusumunun 38,58 manatı cavabdehdən tutulmalı, 4.27 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh S3K5878379 nömrəli, 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə 146 manat əsas, 5 manat dəbbə pulu, S3K5915931 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 1065 manat əsas, 50 manat dəbbə pulu, S3K5915932 nömrəli, 22 fevral 2020-ci il tarixli müqavilə üzrə 547 manat əsas, 45 manat dəbbə pulu olmaqla, cəmi 1858 (bir min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul və 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar