Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8513/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2020-ci il, 13 fevral 2020-ci il və 07 avqust 2020-ci il tarixdə Cavabdeh ilə aralarında S3K5821472, S3K5821673 və S3K5833247 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1220 manat dəyəri olan 1 ədəd “SONY PS4 PRO 1TB+FORTNİTE 7208B” markalı məhsul cavabdehə hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. 1224 manat dəyəri olan 1 ədəd “SONY PS4 PRO 1TB+FORTNİTE 7208B” markalı məhsul cavabdehə hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüş, 874 manat dəyəri olan 1 ədəd “SAMSUNG GALAXY A51 6/128GB SM-A515 BLUE” markalı məhsul cavabdehə hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən cavabdeh 50 manat ilkin ödəniş olmaqla, qalan 1170 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 65 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh 0 manat ilkin ödəniş olmaqla, qalan 1224 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 68 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh 100 manat ilkin ödəniş olmaqla, qalan 774 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 65 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 910 manat əsas, 273 manat dəbbə pulu olmaqla, 1183 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən S3K5821472 nömrəli 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 15 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 882 manat əsas, 265 manat dəbbə pulu olmaqla, 1147 manat borcu yaranmışdır. S3K5821673 nömrəli, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 15 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 644 manat əsas, 193 manat dəbbə pulu olmaqla, 837 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən S3K5833247 nömrəli 25 mart 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 10 manat ödəniş edilmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh S3K5821472 nömrəli, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 910 manat əsas, 273 manat dəbbə (pulu) cərimə, S3K5821673 nömrəli, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə 882 manat əsas, 265 manat dəbbə pulu, S3K5833247 nömrəli, 25 mart 2020-ci il tarixli müqavilə üzrə 644 manat əsas, 193 manat dəbbə pulu və 51,67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3218,67 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, S3K5821472 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 1220 manat dəyərində olan 1 ədəd “Sony PS4 Pro 1 TB+Fortnite 7208B” markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 18 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 50 manat etməklə hər ay 65 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, S3K5821673 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 1224 manat dəyərində olan 1 ədəd “Sony PS4 Pro 1 TB+Fortnite 7208B” markalı məhsul Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 18 ay ödəniş cədvəli üzrə 0 manat ilkin ödəniş olaraq hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, S3K5833247 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 874 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A51 6/128GB SM-A515 Blue” markalı məhsul Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 12 ay ödəniş cədvəli üzrə 100 manat ilkin ödəniş olaraq hər ay 65 manat ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh S3K5821472 nömrəli, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 910 manat əsas, 273 manat dəbbə (pulu) cərimə, S3K5821673 nömrəli, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə 882 manat əsas, 265 manat dəbbə pulu, S3K5833247 nömrəli, 25 mart 2020-ci il tarixli müqavilə üzrə 644 manat əsas, 193 manat dəbbə pulu və 51,67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3218,67 manat məbləğində borcu mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
19. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli S3K5821472 nömrəli müqavilə üzrə cərimə borcu 30 manat, xx.xx.2020-ci il tarixli, S3K5821673 nömrəli müqavilə üzrə cərimə borcu 20 manat və xx.xx.2020-ci il tarixli, S3K5833247 nömrəli müqavilə üzrə cərimə borcu 20 manat məbləğində müəyyən edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 45,06 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27 yanvar 2020ci il tarixli, S3K5821472 saylı alqı-satqı müqaviləsinə əsasən 910 (doqquz yüz on) manat əsas, 30 (otuz) manat cərimə, cəmi 940 (doqquz yüz qırx) manat, xx.xx.2020-ci il tarixli, S3K5821673 saylı alqı-satqı müqaviləsinə əsasən 882 (səkkiz yüz səksən iki) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 902 (doqquz yüz iki) manat, xx.xx.2020-ci il tarixli, S3K5833247 saylı alqı-satqı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 664 (altı yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2506 (iki min beş yüz altı) manat məbləğində pul və ödənilmiş 45,06 (qırx beş manat, altı qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27 yanvar 2020-ci il tarixli, S3K5821472 saylı alqı-satqı müqaviləsinə əsasən 910 (doqquz yüz on) manat əsas, 30 (otuz) manat cərimə, cəmi 940 (doqquz yüz qırx) manat, xx.xx.2020-ci il tarixli, S3K5821673 saylı alqı-satqı müqaviləsinə əsasən 882 (səkkiz yüz səksən iki) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 902 (doqquz yüz iki) manat, xx.xx.2020-ci il tarixli, S3K5833247 saylı alqı-satqı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 664 (altı yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2506 (iki min beş yüz altı) manat məbləğində pul və ödənilmiş 45,06 (qırx beş manat, altı qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçıa verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Şəbnəm Həxiyeva