Məhkəmə qərarları › İş №e-2(060)-8563/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8563/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8563/2024 29.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı “Sumqayıt-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə Kooperativ binada mənzil kommunal xidmətləri haqqında bağladıqları müqavilədən irəli gələn öhdəlikləri üzrə yaranmış 6327 (altı min üç yüz iyirmi yeddi) manat mənzil kommunal xidmətlərinin haqqlarını ödəmələri vəzifəsinin qoyulması və ödənilmiş 84 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq “Sumqayıt-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı “Sumqayıt-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müxtəlif cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiaçının iddia tələbləri bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblərdir, bu səbəbdən iddiaçı cavabdehlərin hər birinə qarşı ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3,Cavabdeh6 və Cavabdeh1 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1 -ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli ********** saylı qəbz əsasında ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Sumqayıt-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3,Cavabdeh6 və Cavabdeh1 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İddiaçı “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli ********** saylı qəbz əsasında ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən “Sumqayıt -5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar