Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-919/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “məcburi miras payın müəyyən edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının atası X3 və anası İsgəndərova Fatma Həmid qızının birgə mülkiyyətində olmuş Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə: atası X3 vərəsəsi olaraq ona düşən məcburi payının; anası İsgəndərova Fatma Həmid qızının qanun üzrə vərəsəsi olaraq ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, İddiaçı atası X11 və anası İsgəndərova Fatma Həmid qızının birgə mülkiyyətində olmuş ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə, atası X3 vərəsəsi olaraq ona 1/28 (iyirmi səkkizdə bir) hissədə düşən məcburi payın, anası İsgəndərova Fatma Həmid qızının qanun üzrə vərəsəsi olaraq ona 1/12 (on ikidə bir) hissədə düşən payın cəmi olaraq, 10/84 (səksən dörddə on) hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X3 və anası İsgəndərova Fatma Həmid qızının xx.xx.2004-cü il №004149 nömrəli Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən təqdim edilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən, Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən 81,38 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətlərində olmuşdur. Atası və anası tərəfindən mülkiyyətlərində olduğu qeyri-yaşayış sahəsinin yenindən qurulması məqsədi ilə edilmiş müraciətə əsasən, Sumqayıt şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il sərəncamı ilə mövcud obyektin ümumilikdə 186 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda lahiyələndirilməsi və tikintisinə icazə verilmişdir. 19 dekabr 2012 ci ildə atası M.İsgəndərov və 04 fevral 2022-ci ildə anası F.İsgəndərova vəfat etmişdir. İddiaçı 90-ci illlərin sonundan etibarən Rusiya Federasiyasına köçmüş və orada daimi yaşayır. Səhhətində olan problemlərdən və digər səbəblərdən tez-tez Azərbaycana gedib-gələ bilmir. Sonuncu dəfə anasının vəfatından sonra Azərbaycana gəldikdə iddiaçıya məlum olmuşdur ki, atası və anasının birgə mülkiyyətində olan və atasının vəfatında sonra anasının faktiki istifadəsində olan sözügedən Sumqayıt şəhəri, 2- ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış obyektinə atası tərəfindən hazırkı cavabdeh bacısı Cavabdeh xeyrinə 25 noyabr 2012-ci il tarixli vəsiyyətnamə təstib edilmişdir. Bu barədə bu yaxınlaradək iddiaçıda hər hansı məlumat olmamışdır və anası rəhmətə gedənədək həmin obyekt onun tam mükiyyətində və sahibliyində olmuşdur. Əlavə olaraq, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının anası 4 fevral 2022-ci ildə vəfat etdikdən sonra onun vərəsəsi kimi müvafiq şəhadətnamənin əldə edilməsi üçün notariat ofisinə müraciət etsə də, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzidə Notariat Ofisi bugünədək iddiaçıya nə atası, nə də anasına dair müvafiq şəhadətnamələri təqdim etmir, nə də təqdim etməkdən rəsmi qaydada imtina etmir. Cavab olaraq bildirilir ki, miras əmlakın dairəsini müəyyənləşdirə bilinmədiyindən sözügedən qanun üzrə vərəsəlik şəhadətnamələrini iddiaçıya təqdim edə bilmirlər. Sözügedən vəsiyyətnamə qanunvericiliyə uyğun olmasa da, iddiaçı hal hazırda həmin vəsiyyətnamənin etibarsızlığını deyil, mülki qanunvericiliklə iddiaçıya düşən məcburi payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı iddia tələbində atası X21 oglunun vəfatından sonra Azərbaycana səhhətində olan problemlərlə bağlı gəlib-gedə bilmədiyini və bu səbəbdən də vaxtında vərəsəliklə bağlı müraciət etmədiyini göstərmişdir. Halbuki iddiaçı atası M.İsgəndərovun vəfatından sonra dəfələrlə Azərbaycanda olmuş, lakin iddia etdiyi əmlakdan vərəsə payı ilə bağlı notariusa müraciət etməmişdir. Eyni zamanda iddiaçı hazırda notariat orqanına müraciət etsə də, iddia ərizəsinə həmin müraciətin nəticəsində açılmış vərəsəlik işi üzrə yekun nəticəsi ilə bağlı sənəd əlavə edilməmişdir. Bundan əlavə verilən sorğular əsasında müəyyən edilmişdir ki, mərhum İskəndərova Fatma Həmid qızının adına Azərbaycan Respublikası üzrə Dövlət reyestrindən çıxarış əsasında dövlət qeydiyyatından keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını hərtərəfli tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 250724 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İskəndərova Fatma Həmid qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ № 610223 saylı, xx.xx.2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşə əlavə olan xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 1ndə yerləşən 81,38 kv.m qeyri-yaşayış sahəsi X3 və İsgəndərova Fatma Həmid qızının xüsusi mülkiyyətidir. İşdə olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ölən günə kimi harada və nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq ona məxsus olan bütün əmlakını Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan arvadı İskəndərova Fatma Həmid qızıdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 81,38 kv.m tikialtı sahə 90,89 kv.m olan 0,009089 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarətdir. İşdə olan xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 81,38 kv.m tikialtı sahə 90,89 kv.m olan 0,009089 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarətdir. İşə əlavə olan xx.xx.2013-cü il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, İskəndərova Fatma Həmid qızı Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş 03 oktyabr 2013-cü il tarixli 2V-213 №-li reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnməyə əsasən ona düşən miras payı qızı Cavabdeh bağışlamışdır. İşdə olan xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 1ndə yerləşən 81,38 kv.m qeyri-yaşayış sahəsi X11 və İsgəndərova Fatma Həmid qızının xüsusi mülkiyyətidir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X12 ilə İskəndərova Fatma Həmid qızının birgə mülkiyytində olmuş ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixdə vəfat etmiş-X5 məxsus hissəsinin ½ hissəsinə dair vəsiyyətnamə üzrə vərəsəsi – Cavabdeh xx.xx.2013-cü il tarixində 2V-212 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, qalan ½ hissəsinə dair qanun üzrə vərəsəsi-İskəndərova Fatma Həmid qızına xx.xx.2013-cü il tarixində 2V- 213 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixində 3M-260 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Miras payın bağışlanma müqaviləsi əsasında İskəndərova Fatma Həmid qızı ona çatası miras payının Cavabdeh bağışlamışdır. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İşə əlavə olan X6, X8, X14, X9, X10 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş ataları X3 vəfatından sonra miras qalmış əmlakı X1 xeyrinə imtina etmişlər. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamının surətindən görünür ki, 11-ci mikrorayon, ev 1, mənzil 20-də yaşayan X7 və İsgəndərova Fatma Həmid qızına məxsus olan 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mövcud obyektin yenidən qurulması məqsədilə ümumilikdə 186 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində valideynlərindən miras qalmış əmlakın vaxtında qəbul edilməməsi ilə bağlı göstərir ki, o, xəstəliyi ilə bağlı Azərbaycan Respublikasına gəlib gedə bilməmişdir, odur ki, vaxtında miras payını qəbul etməmişdir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, İddiaçı valideynlərinin ölümündən sonra müxtəlif vaxtlarda Azərbaycan Respublikasında olmuşdur və vərəsəliyin qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məlumatından müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müxtəlif vaxtlarda ölkə ərazisinə girişçıxış etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1935-ci il təvəllüdlü İskəndərova Fatma Həmid qızının adına Azərbaycan Respublikası üzrə Dövlət reyestrindən çıxarış əsasında dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Sözügedən Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İş materiallarından və məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı tələb etdiyi miras əmlakı nə faktiki, nə də qanuni yolla qəbul etməmişdir. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, tələb edilən miras kütləsindən tələb edilən pay hazırda mövcud deyil və dövlət reyestrindən qeydiyyatından keçməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı valideynlərinin öldüyü vaxtı və atası və anasının mülkiyyətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin olduğunu bilmişdir. Lakin, o, mirasın açıldığı vaxtdan, yəni valideynləri öldüyü tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1935-ci il təvəllüdlü İskəndərova Fatma Həmid qızının adına Azərbaycan Respublikası üzrə Dövlət reyestrindən çıxarış əsasında dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “məcburi miras payın müəyyən edilməsinə dair” iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-919/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-919/2023
28.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver