Məhkəmə qərarları › İş №e-2(060)-92/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-92/2025

31.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-92/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Əvvəl cavabdeh olmuş, sonuncu məhkəmə iclasında “iddia tələbinin həcminin azaldılması barədə” ərizə qəbul edilərək cavabdeh sırasından çıxarılmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikililərin sökülməklə gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B- 4840B saylı torpaq sahələrinə sağ tərəfdən Cavabdeh1 tərəfindən zəbt edilmiş 110 kv.m, sol tərəfdən Cavabdeh2 tərəfindən zəbt edilmiş 313 kv.m giriş-çıxış yolunun qanunsuz inşa edilmiş tikililər və hasar sökülməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş sxemdə əks edilmiş elektron baza məlumatları əsas götürülməklə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı, “iddia tələbinin həcminin azaldılması barədə” ərizə verərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarmış, iddiasını həmin cavabdehə qarşı yönələn tələb hissəsində azaltmışdır. İddiaçının Cavabdeh1 qarşı yönələn tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahələri Cavabdeh1 mülkiyyətində olan 4840 saylı bağ sahəsi ilə bir hasarın içində olmaqla giriş-çıxış qapısı birdir. Cavabdeh1 tərəfindən həmin qapıdan iddiaçının giriş-çıxışına qadağa qoyulub. Cavabdeh piyada yolunu zəbt edib öz torpaq sahəsinə qatmış, həmin yolun üstündə qanunsuz tikililər inşa edərək istifadə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən əvvəl cavabdeh olmuş, sonuncu məhkəmə iclasında “iddia tələbinin həcminin azaldılması barədə” ərizə qəbul edilərək cavabdeh sırasından çıxarılmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianın məhkəmə baxışının predmetində qalan hissəsinin Cavabdeh2 maraqlarına toxunmadığını bildirərək mübahisənin məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlı olsa da, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********92 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi tam pay üzrə İddiaçı xüsusi mülkiyyətindədir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7728/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan B-4840 və sahəsi 0,0529 kv.m olan B-4840B saylı bağ sahələrinin sərhədləri cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan 4840 saylı bağ sahəsindən iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünməsi hissəsində təmin edilmiş, iddia həmin bağ sahələrinə giriş-çıxış yolu (piyada və nəqliyyatla) cavabdehlərə məxsus 4840 saylı bağ sahəsindən və həmin sahəyə giriş darvazasından istifadə edilməklə müəyyən edilməsi hissəsində təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-87/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7728/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə apellyasiya şikayətinin təmin edilməməsinə əsas kimi göstərilmişdir ki, mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu müddətdə məhkəmə qərardadı əsasında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, İddiaçı məxsus bağ sahələrinə giriş-çıxış yolu X1 adına olan bağ sahəsindən olmuş olsa da, elektron baza məlumatlarına əsasən, İddiaçı mülkiyyətində olan hər iki torpaq sahəsinə piyada və avtomaşın yolu mövcud olmuş, sağ tərəfdə yerləşən 110 kv.m piyada yolu 4840 saylı bağın mərhum sahibi X4 tərəfindən, 313 kv.m avtomobil yolunun isə sol tərəfdə yerləşən B-4841 saylı bağ sahəsinin mərhum sahibi X5 tərəfindən zəbt edilərək mülkiyyətlərində olan torpaq sahələrinə birləşdirilərək hasara alınmaqla istifadə edilir. Qeyd edilmiş hallar mütəxəssis rəyinə əlavə edilmiş sxemlə öz təsdiqini tapmışdır. - “X6 və X3 Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Ayaz şıxəliyev tərəfindən verilmiş 149 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan B-4840 və sahəsi 0,0529 kv.m olan B-4840B saylı bağ sahələrinə gediş-gəliş yolu bağların bölgü xəritəsinə əsasən 4840 saylı bağa bitişik (əvvəllər həmin bağın bir hissəsi olmuş) hissədən nəzərdə tutulmuşdur. Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan B-4841 saylı bağ sahəsinə gediş-gəliş yolu bağların bölgü xəritəsinə əsasən 4841 saylı bağa bitişik (əvvəllər həmin bağın bir hissəsi olmuş) hissədən nəzərdə tutulmuşdur. DƏDRX-in mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan 313 kv.m torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan digər bağ sahəsinə gedən yoldur və əvvəllər onun bağ sahəsinin hasarı daxilində yerləşdiyindən (4841 saylı bağın bir hissəsi olduğundan) onun tərəfindən istifadə edilir. DƏDRX-in mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan 110 kv.m torpaq sahəsi bağların bölgü xəritəsinə əsasən Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan B-4840 və sahəsi 0,0529 kv.m olan B-4840B saylı bağ sahələrinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuşdur və həmin yol Cavabdeh1 tərəfindən bağlanaraq istifadə edilir. DƏDRX-in mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan 313 kv.m torpaq sahəsindən bağların bölgü xəritəsinə əsasən Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 ha olan B-4840 və sahəsi 0,0529 kv.m olan B-4840B saylı bağ sahələrinə gediş-gəliş yolu üçün nəzərdə tutulmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, mövcud vəziyyətdə B-4840 saylı və B-4840B saylı bağ sahələrinə gediş-gəliş yolunun texniki cəhətdən Cavabdeh1 tərəfindən zəbt olunmuş 110 kv.metrlik sahədən açılması məqsədə uyğundur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/7441 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan (səh. 12) Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən mübahisə predmeti olan B-4840 və B-4840B saylı torpaq sahələrinə gedişgəliş üçün sahələri müvafiq olaraq 313 kv.m və 110 kv.m olmaqla iki istiqamətdən yol yerinin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş koordinatlar kameral şəraitdə yoxlanılarkən Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən B-4840 və B-4840B saylı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan 313 kv.m və 110 kv.m yol yerlərinin faktiki olaraq iş üzrə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən B-4840 və B-4840B saylı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan 313 kv.m yol yerinin ön hissəsindən faktiki olaraq qaz borusu keçdiyini və həmin ərazidə müxtəlif növ ağacların mövcud olduğunu nəzərə alaraq mübahisə predmeti olan B-4840 və B-4840B saylı torpaq sahələrinə yol yerinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan 110 kv.m olan hissədən açılmasının daha məqsədəmüvafiq olduğu müəyyən olunur. Məhkəmə iddianın dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840B torpaq sahələrinin tam şəkildə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır və iş materialları ilə təsdiq olunur. İddia tələbi iddiaçıya məxsus həmin torpaq sahələrinə giriş-çıxış yolunun cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikililərin və hasarın sökülməklə bərpa olunması barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdə olan ekspert rəyi ilə B-4840 və B-4840B saylı torpaq sahələrinə gediş-gəliş üçün sahələri müvafiq olaraq 313 kv.m və 110 kv.m olmaqla iki istiqamətdən yol yerinin nəzərdə tutulduğu, həmin yol yerlərinin faktiki olaraq iş üzrə cavabdeh tərəfindən istifadə olunduğu, gediş-gəliş üçün nəzərdə tutulan 313 kv.m yol yerinin ön hissəsindən faktiki olaraq qaz borusu keçdiyi və həmin ərazidə müxtəlif növ ağacların mövcud olduğu nəzərə alınaraq iddiaçıya məxsus torpaq sahələrinə yol yerinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan 110 kv.m olan hissədən açılmasının daha məqsədəmüvafiq olduğu müəyyən olunmuşdur. Məhkəmə işin araşdırılmış halları baxımından qeyd edilən ekspert rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər iddiaçıya məxsus torpaq sahələrinə giriş-çıxış yoluna maneçilik törətdiyi üçün iddiaçının həmin tikililərin sökülməklə giriş-çıxış yolunun bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ vardır. Cavabdeh1 məhkəmə baxışında iştirak etməmiş və iddiaya yazılı münasibətini bildirməmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülən dəlilləri iddianıntəmin edilməsi üçün yetərli hesab edir. Beləliklə, Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinə sağ tərəfdən Cavabdeh1 tərəfindən zəbt edilmiş 110 kv.m giriş-çıxış yolu qanunsuz inşa edilmiş tikililər və hasar sökülməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş sxemdə əks edilmiş elektron baza məlumatları əsas götürülməklə bərpa edilməlidir. İddia təmin edildiyindən iş üzrə məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməli, bu məqsədlə cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat iddiaçının xeyrinə, məhkəmə-tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olaraq 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikililərin sökülməklə gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddiası təmin edilsin. Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinə sağ tərəfdən Cavabdeh1 tərəfindən zəbt edilmiş 110 kv.m giriş-çıxış yolu qanunsuz inşa edilmiş tikililər və hasar sökülməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş sxemdə əks edilmiş elektron baza məlumatları əsas götürülməklə bərpa edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar