Məhkəmə qərarları › İş №e-2(060)-933/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-933/2024

05.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-933/2024 05.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X60 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X24 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürməklə, evdə olan əşyaların ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı özləri özbaşına tikdikləri evlərə maneənin aradan qaldırılması və uşaqları ilə bərabər köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin dekabrında X89 oglu ilə faktiki ailə həyatı qurmuşdur. Lakin 10 yanvar 2012-ci ildə ilə rəsmi nikaha daxil olmuşlar. Həmin həyat yoldaşına məxsus Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-də fasiləsiz yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 5 övladı- xx.xx.2010cu il təvəllüdlü oğlu X25, xx.xx.2011-ci ildə qızı X61,xx.xx.2012-ci ildə qızları X35, xx.xx.2016-cı ildə qızları X52 və xx.xx.2018-ci ildə oğluları X12 dünyaya gəlmişlər. Həmin evi həyat yoldaşı özü tikmiş və hazırda da həmin ev Hacı Zeynalabdin qəsəbəsi bələdiyyəsində həyat yoldaşının adındadır. Arayış iş materiallarında var. Onlar evləndikdən sonra həmin evdə tikinti işləri apararaq təmir etmişlər. Nəinki həmin evdə həmçinin ondan əlavə 2 ev tikmişlər. Onlar evləndikləri vaxtdan həyat yoldaşı dünyasını dəyişənə qədər həmin evlərdə yaşamışlar. 2020-ci ilin aprel ayının 6-da yaşadıqları həmin evdə həyat yoldaşı X62 ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Təcili yardıma məlumat həmin ünvandan verilmiş və onlar həmin ünvana gəlmişlər. Təcili yardım briqadası gələn zaman bildirmişlər, xəstə artıq dünyasını dəyişmişdir. Həmin vaxt təcili yardım polisə məlumat vermişdir. Hadisə yerinə polislər gəlmişlər. Birinci yoldaşından olan X36 həyat yoldaşı Səfərov Güləli ilə gəlmişdir. Onlar morqa aparmağa qoymamış, bildirmişlər ki, ataları ürək xəstəsi olmuşdur. Həmin gecə Bakı şəhərinə gətirmiş, məsciddə gecə yuduzdurmuş və gecə qızı X26 evində qalmış və səhəri “Qurd qapısı” deyilən qəbirstanlıqda anasının yanında dəfn olunmuşdur. Ondan sonra X37 ona hədə qorxu gələrək evə getməməyini bildirmişlər. Lakin o qardaşını da götürüb Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-dəki evinə qayıtmışdır. Ondan sonra rəhmətlik həyat yoldaşının birinci arvaddan olan övladları evinin açarlarını alaraq onu evinə buraxmamışlar. Evə köçürmə versə də məhkəmədə cavabdehlər onların həmin ünvanda tikdikləri iki evin olmasına və uzun illər yaşamaqlarına baxmayaraq o, Cavabdeh Ağabay qızının adına üç evdən birinin çıxarışı və vərəsliklə qəbul etməsi məhkəmə zamanı aşkar olunduğundan o, özü ona tikdikləri iki evə köçürülməkləri ilə bağlı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Çünki əvvəlki cavabdehlər evin onlara aid olmamasını məhkəmədə bildirdikləri üçün cavabdehin dəyişdirilməsi üçün ərizə ilə iddia ərizəsini geri götürüb yeni cavabdehə qarşı iddia qaldırmaq qərarına gəlmişdir. Hazırda da özbaşına tikdikləri evlərində ev əşyaları, ona bəxşiş verilmiş 30000 manatdan artıq qızıl-zinət əşyaları, 20000 manatdan artıq pulu qalmışdır. Uşaqlarının geyim əşyaları hazırda həmin evdədir. Hazırda evindən və əşyalarından xəbəri yoxdur, cavabdehlər aldığı məlumata görə evini, əşyalarını yağmalamışlar. Onu 5 azyaşlı uşaları ilə evinə buraxmırlar. O, Bələdiyyəyə müraciət etmiş, bildirmişlər ki, onlar gedib orada da səs-küy salmış, hədəqorxu gəlmişlər. Bələdiyyədən ona bildirmişlər ki, yaşadıqları ev həyat yoldaşının adınadır və onların evi 154 manat bələdiyyəyə borcu qalmışdır. Onu da ödəmişdir. X10 vermiş olduğu 36 saylı 25 fevral 2021-ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir. Onlar həmin evdə yaşadıqlarından evdə ona məxsus aşağıda adlarını qeyd etdikləri əmlakları qalmışdır. Hazırda da aşağıdakı qeyd etdiklri əşyalar özlərinin də etirafı ilə həmin evdədir. Mebel Servant - 700 manat dəyərində, paltar dolabı - 500 manat dəyərində, üç ədəd soyuducu - dəyəri 1500 manat, geyim əşyaları, kurtkalar, alt-üst geyimləri, paltolar ümumilikdə 2000 manat dəyərində, Quran kitabı 100 ədəd və digər kitablar dəyəri 3000 manat qızıl - zinyət əşyaları 5 ədəd üzük, 2 ədəd sep, 4 ədəd qızıl qolbaq, 1 ədəd birliyant qaşlı üzük, üstündə Quran qabı olan çəkilmə sep çəkisi 100 qram - ümumi dəyəri 40000 manat, sep qiyməti - 1000 manat dəyərində, əlavə olaraq 2 ədəd qolbaq dəyəri - 1000 manat, təzə quraşdırdıqları mətbəx mebeli dəyəri - 3000 manat idman avadanlıqları - dəyəri 3000 manat, böyük soyuducu şkaf formasında - 3000 manat dəyərində, beş ədəd yataq dəsti, divan, kreslo - 15000 manat dəyərində, 20 ədəd xalça - 6500 dəyərində, eyni zamanda içərisində 20000 manat olan seyf, bütün ailə albomları, şəkilləri, evə baxış keçirilən zaman müəyyən olunacaq ki, həmin həyətdə cavabdehə vərəsəliklə keçmiş evdən başqa iki ədəd fərdi yaşayış evi onlar tərəfindən tikilmişdir. Həmin ev ədyaları bu gün də durur. O öz tikdikləri evlərə köçürülməklərini istəyir. Onlardan iki ədədini yoldaşı ilə birlikdə şəxsən özləri tikmişlər. Bundan əlavə rəhmətlik həyat yoldaşı həyətdə idman zalı və 10 metrənin 3 metrəyə olan baseyin tikmişdir. Əgər o, evlər onların olmasaydı onda niyə onlar o qədər xərc çəkmiş və həyətdə baseyn və idman zalı tikdirirmişlər. Həyətdə olan digər evin dəyərini də mərhum həyat yoldaşı tərəfindən mərhum Himayə xanıma ödənilmişdir. Rəhmətlik həyat yoldaşı demişdir ki, bu ev daxma olmuşdur. Hələ ona qədər və ondan sonra da tikib artırmış genişləndirməkdə olan həyətdə olan özləri üçün tikdiklərri evin heç bir sənədi yoxdur. Özbaşına tikdikləri evlərinə köçməklərinə kiminsə etiraz əsas ola bilməz. Həmiyəxanım Abdul qızını o heç tanımamışdır. Cavabdeh Ağabay qızını rəhmətlik həyat yoldaşının birinci arvadından olan övladları tapıb ortaya çıxararaq evini almaq üçün ondan istifadə etmişlər. Hazırda həmin evdə də ev və digər əşyaları durur. Həmin evin təmirinə də rəhmətlik həyat yoldaşı 50.000 manata yaxın pul xərcləyərək tikib genişləndirmişdir. Hazırda da oranı satmış və məhkəmə mübahisəsi sonlanana kimi həmin evin satılması qanunaziddir. Tələb etdikləri əşyaları və evə köçürmə verdiyi özbaşına tikdikləri evlər bir həyətdə rəhmətlik həyat yoldaşından sonra bələdiyyəyə müraciət etmişlər. Bələdiyyədən ona bildirmişlər ki, ev həyat yoldaşının adınadır. Vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, 218 saylı sorğusuna verilmiş cavab məktubunda bildirilmişdir ki, “Sizin xx.xx.2021-ci il tarixli 218 saylı sorğusuna cavab olaraq bildiririk ki, ünvan 1 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində tikilmiş 90 kv.m yaşayış evi məhrum X48 məxsusdur. Həmin torpaq sahəsi sənədsizdir. Hal-hazırda əmlak və torpaq vergisi üzrə 154.00 manat (2015- 2020-ci illər üzrə) borc yaranmışdır.” Həmin borcu da ödəmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli vəkil sorğusuna verilmiş cavab məktubunda göstərilir ki, ”X17 ünvanlanmış 21 dekabr 2021-ci il tarixli daxil olma xx.xx.2021-ci il tarixli SOCAR **********30560046X45409 saylı) məktuba baxılmışdır. Sorğuya cavab olaraq bilirilmişdir ki, ünvan 2 ünvanına uyğun kod **********00770 İstehalat Birliyinin abonentlər bazasında Əbdül Əbdülovun adınadır. Bundan başqa vəkil sorğusuna verilmiş 01/05-06/315 saylı xx.xx.2022-ci il tarixli “AZƏRİŞİQ” tərəfindən verilmiş məktubda göstərilmişdir ki, “Sumqayıt Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 73 saylı fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilib-edilməməsi, edildiyi təqdirdə kimin qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, 902 nömrəli müraciətə “Azərişıq ASC-də aidiyyti üzrə baxılmışdır. Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanda X38 21 iyul 2008-ci il tarixdə **********01320 nömrəli abunə qeydiyyata alınması barədə məlumat vardır. Qeyd olunan ünvanda xx.xx.2018-ci il tarixdə PAUD MP !): tipli(smart) saygac quraşdırılmışdır”. X10 vermiş olduğu 36 saylı 25 fevral 2021-ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus göstərilmişdir. Bütün bunlar bir daha sübut edir ki, hətta o, ailə qurmamışdan əvvəl də işıq kodu həyat yoldaşının adına olmuşdur və o da o evə gəlin gəlmişdir. Həmin evlər və əmlaklar onlara məxsusdur. Əgər onlara məxsus nəsə olsaydı onlar yaşadıqları müddətdə bircə dəfə də olsun gəlib evlərini tələb edərdilər. Yoldaşı rəhmətə getdikdən sonra həyat yoldaşının birinci arvadından olan övladları tərəfindən o döyülərək küçəyə atılmış ,ondan sonra dəfələrlə polisə də müraciət etsə də evinə girə bilməmiş, əmlakları da orada qalmışdır. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Hazırda evindən məhrum olmuşdur. Dəfələrlə polisə də müraciət etmişdir ki, qiymətli əşyalarının oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün araşdırma aparılana qədər tədbirlər görsünlər. Lakin onlar heç bir tədbir görməmişlər. Azyaşlı uşaqlarının da hazırda paltarları da, kitab dəftərləri də həmin evdə qalmışdır. Hazırda həmin evdə də o məhrum həyat yoldaşı ilə bərabər hüquq və vəzifələrə malik olmuş və onun 5 azyaşlı övladlarının anası və ailə üzvüdür. Lakin həmin hüquqları pozularaq küçəyə atıldığından o öz hüququndan məhrum olmuşdur. Cavabdehlərin qeyd olunan hərəkətləri ona və ailəsinə mənəvi iztirablar gətirir. İşin ədalətli və obyekti həlli üçün hazırda həmin evlərə və əşyalara baxış keçirilməsi zərurəti yaranmışdır. Odur ki, özbaşına tikdikləri evlərinə köçürülməkləri üçün ərizə yazmışdır. Həmçinin, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı özləri tərəfindən özbaşına tikdikləri evlərinə və həmin evlərdə yerləşən ona məxsus əmlaklara baxış keçirməsini xahiş etmişdir. X37, X5 Əsmət Abdül qızı, Babayeva Xədizı, X27, X39, X40 məhkəmədə həmin evin onlara heç bir aidiyyatı olmadığını biləndən aldıqları evlərinin açarlarını Cavabdeh verdiklərini bildirmişlər. O 2008-ci ildən 2020-ci ilə kimi ümumiyyətlə Zemfira adlı şəxsi tanımamışdır. Həyat yoldaşı o həyəti pulla aldığını bilirdirmiş və birgə nigah dövründə tikib genişləndirmiş, təmir etmişlər. Amma özbaşına tikdikləri evdən başqa mövcud olan evi sənədləşdirmədiyi üçün onlar bundan sui-istifadə edərək vərəsəlik qaydasında hər hansı yolla sənədləşdirərək adlarına keçirtmişlər. Ona görə də həmin evin tikilib genişləndirilməsi və təmirinə birgə nikah dövründə təxminən 40 min manatdan artıq pul xərcləmişlər. Həmin pullarının da alınıb onlara verilməsini istəyirlər. Hazırda da ev satdıqdadır. Ev əşyaları, qızıl zinət əşyaları həm həyətdə özbaşına qanunsuz torpaqda tikdikləri evdədir. Hazırda həmin mənzildə o, məhrum həyat yoldaşı ilə bərabər hüquq və vəzifələrə malik olmuş və onun 5 azyaşlı övladlarının anası və ailə üzvüdür. Lakin zorla hüquqları pozularaq küçəyə atıldığından o, mənzil hüququndan məhrum olmuşdur. Cavabdehlərin qeyd olunan hərəkətləri ona və ailəsinə mənəvi iztirablar gətirir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı iddianı tamamilə əsassız hesab etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları ilə köçürülməsini istədiyi, onların olduğunu iddia etdiyi ev onun anasına məxsus olmaqla onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi tikililərdən biridir. Həmin tikilini iddiaçı əri Əbdülə məxsus olması barədə dedikləri tamamilə yalandır. Tikililər iddiaçının rəhmətlik əri X69 deyil, onun anası Həmiyəxanım Abdul qızına məxsusdur və buna dair dövlət reyestrindən çıxarış vardır. Bundan başqa köçürülmə tələbi o halda qaldırıla bilər ki, şəxsin köçürülməyini istədiyi evə istifadə hüququ tanınmış olsun və həmin şəxsin yaşamağa başqa evi olmamış olsun. İddiaçının isə Bakı şəhərində mülkiyyətində olan azı 2 mənzili, Nefçala rayonunda torpaq sahələri, eləcə də ərindən qalan miras əmlaklar var. Bundan başqa iddiaçı daim Bakı şəhərində olan mənzillərdə öz uşaqları ilə yaşamış və bu gündə yaşayır. İddiaçı ad oxşarlığından istifadə etməklə məhkəməni yanıltmaq üçün istifadə etmişlər. Hacı Əbdül onlara qohum yaxın olan bir şəxs olduğundan müxtəlif vaxtlarda qısa müddətə bağ evlərində gəlmiş, qalmışdır. Bundan başqa iddiaçı, güya onlara məxsus evdə əşyalarının, pulunun qaldığını iddia edir. Halbuki, o, qardaşı ilə birlikdə bağ evinə gizlin yolla soxulduğu və bağdan onlara aid olmayan sənədləri, əşyaları götürməyə cəhd etdikləri üçün polis əməkdaşları tərəfindən bağ evinin həyətində saxlanılmış və evdən götürdükləri açarlar və digər əşyalar onun qardaşının əynində olan qara gödəkçəsindən aşkar edilmişdir və bütün bunlara dair izahatının alınması üçün onlar Polis şöbəsinə aparılmışlar. Yəni iddiaçının əmlak iddiasında olması aşkar böhtan, yalan, başqasının əmlakını mənimsəmək niyyəti daşımaqdan ibarətdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbinin əsassız sayılaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, belə ki, iddiaçı ona qarşı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əri X62 ilə ərinə məxsus, Hacı Zeynalabdin qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 73 ünvanında yerləşən evdə fasiləsiz yaşamışdır. Güya əri Əbdül orada ev tikmişdir ki, həmin ev də onun, yəni Əbdülün adınadır. Həmin evdə onların beş övladı anadan olmuşdur. 2020-ci ilin aprel ayının 6-da, X41 vəfat etməsi səbəbindən oradan getmiş və ərinin başqa nikahından doğulmuş qızı X37 onda hədə-qorxu gələrək ona bu evə getməməsi xəbərdarlığını etmişdir. O, ərinin başqa nikahından doğulmuş övladlarına qarşı mənzilə köçürülmə və sair tələblərə dair iddia qaldırmış və iddiasına məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, mübahisəli ünvanda yerləşən evlərdən birinin çıxarışı (vərəsəliklə o, Cavabdeh) adınadır. Ona görə də tikdikləri iki evə köçürülməkləri üçün ona qarşı, hazırki iddiasını irəli sürmüşdür. Güya bələdiyyədən ona verilən sənəd mövcuddur ki, həmin sənəd də evin onun ərinin, yəni Əbdülün adına olduğu göstərilmişdir. Eləcə də guya onlara məxsus qiymətli əşyalar hazırda da həmin evdədir. Bundan başqa həmin evdə onlara məxsus içərisində 20000 (iyirmi min) manat pul olan seyf və sair əşyalar vardır. Başdan-ayağa uydurma, yalan və qeyri-real faktlara istinadən yazılan bu iddia ərizəsinin məzmunun özü iddianın əsassız olduğunu göstərir. Belə ki, iddiaçı guya əri tərəfindən tikilən, ərinin adına olan evlərdə onlara məxsus qiymətli əşyaların, hətta içərisində 20000 (iyirmi min) manat pul olan seyfin olduğunu qeyd etmişdir. Halbuki, onun ərinin başqa nikahından doğulmuş övladlarına qarşı, eyni məzmunlu iddia ərizəsində o, qeyd etmiş və göstərmişdir ki, o, böyük qardaşı ilə mübahisəli evə getdiyi gün ərinin başqa nikahından doğulmuş övladları və onların vəkili Aysel xanım Məhərrəmova mübahisəli bağ evinə soxularaq ora polis çağırtmışlar və onu evdən oğurluq etməkdə günahlandırmışlar. Evin açarları zorla ondan alınaraq Bikə Cəbrayılovaya verilmişdir. Onu və qardaşını polisə aparmış və orada ona hücum edən vəkil və cavabdehlər onun cibindən 1000 (bir min) manat pulunu götürmüş, öz aralarında bölüşmüşlər. O, iddia edir ki, həmin evdə onun 30000 (otuz min) manatdan artıq dəyərləri olan qızıl-zinət əşyaları, 20000 (iyirmi min) manatdan artıq pulu qalmışdır. Uşaqlarına özünə məxsus geyim əşyaları həmin evdədir. Ərinin başqa nikahından doğulmuş övladları onu öldürəcəkləri ilə hədələyirlər. Cavabdehlərdən Gültəkin Əbdül qızının əri həmin vaxt onun atasını xəbərdar etmişdir ki, qızını (yəni iddiaçını) aparsın rayona, yoxsa burada onu öldürəcəkdirlər. Hazırda evindəki əşyalardan xəbəri yoxdur, ona verilən məlumata görə cavabdehlər evini, əşyalarını yağmalamışlar, azyaşlı uşaqları ilə çöllərdə qalmış və buraxmırlar. Bələdiyyədən sonra bildirmişlər ki, cavabdehlər bələdiyyəyə getmiş, orada səs-küy salmış, hədə-qorxu gəlmiş, polisə oğurluq edildiyi barədə ərizə vermişlər. Onlar kimdir ki, onu öz evindən oğurluq etməklə əlaqəli polisə oğurluq edildiyi barədə ərizə vermişlər. Bələdiyyədən ona bildirilmişdir ki, ev ərinin adınadır və onların 154 manat bələdiyyəyə borcu var və borcu ödəməlidir. Ona bələdiyyədən verilmiş 36 saylı, xx.xx.2021-ci il tarixli arayışda da evin ərinə məxsus olduğu göstərilmişdir. Hazırda evsiz qalmış, orda-burda ortalıqda qalmışdır. Dəfələrlə polisə, əşyalarının oğurlandığı barədə şikayət ərizəsi versə də hər hansı tədbir görülməmişdir. Cavabdeh ağ yalan olaraq bildirir ki, onu bu bağ evində 2008-ci ildən 2020ci ilə kimi fasiləsiz yaşamışlar. Onların bu bağ evində beş uşaqları dünyaya gəlmişdir. Bələdiyyədən ona verilən sənəddə evin əri X41 adına olduğu göstərilmişdir. O, ərinin başqa nikahından doğulmuş övladlarının hədə-qorxusu səbəbindən evindən məhrum olmuş, evdə külli miqdarda pulu, əşyaları qalmışdır. Ərinin başqa nikahından doğulmuş övladları tərəfindən evi, əşyaları yağmalanmışdır. İşin həqiqi halları iddiaçının iddia ərizəsində göstərdiklərinin yalan və böhtan olduğunu aşkar göstərir. Əvvəla onu qeyd edir ki, sözü gedən bağ evi onun nənəsinin, atasının anası X3 adına və mülkiyyətindədir ki, buna dair də reyestrdə qeydiyyat aparılmaqla müvafiq çıxarış verilmişdir. (iddiaçının Əbdülün adına olduğunu bildirdiyi hal əslində nənəsi Həmyəxanımın atası Abduldur və iddiaçı nənəsinin atası olmuş Abdulu əri Abdul kimi göstərməklə başqasının əmlakını öz adına çıxarır). Həmin bağ evinə istirahət etmək üçün müxtəlif vaxtlarda iddiaçının əri, özü və ərinin hər iki nikahdan olan uşaqları getmiş-gəlmişlər. Hətta Əbdül həmin bağ evində rəhmətə getmişdir. İddiaçı özünün küçələrdə, evsiz-eşiksiz qaldığını bildirir. Halbu ki, istər özünün adına olan əmlaklar, istərsə də, əri Əbdüldən qalan miras-əmlaklar iddiaçının aşkar yalan danışdığını göstərir və bu fakt iddiaçının bunda məqsədinin özgəsinin əmlakını mənimsəmək olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, mənzildən heç nə götürə bilməmişdir. Daimi olaraq həmin ünvanda yaşamışlar. Bakı şəhərində onun daimi yaşayış yeri olmamışdır. Yoldaşı rəhmətə getikdən sonra Bakı şəhərində yaşamışdır. Yoldaşı yenicə rəhmətə getmişdir ki, qonşuları ona zəng etmiş və bildirmişdir ki, həyəti su basmışdır. Gəlsin və suyu bağlasın. Çünki suyun haradan bağlanmasını o bilir. Bütün qonşuların həyəti su ilə doludur. Həmin vaxt yoldaşı üç gün idi ki, rəhmətə getmişdir. O da qarşını götürmüş və evə getmişdir. Hacının qızları da onlara gəlmişdir. Özünün atası da onlarda olmuşdur. Karantin dövrü olduğu üçün sadəcə özləri olmuşdur. Hətta qardaşı ilə polisə müraciət etmişlər. Çünki keçid olmamış, yollar isə bağlı vəziyyətdə olmuşdur. Polis ilə birlikdə Sumqayıt şəhərinə getmişlər. X30 yerini soruşan zaman, atası da bildirmişdir ki, bağ evinə getmişdir. O zaman məhkəmə mübahisələri də olmamışdır. Onlar da Aysel xanımı götürmüş və onların üstünə gəlmişdir ki, o, həmin evə oğurluq məqsədi ilə getmişdir. Hətta onlar gələn zaman həyətdə su bağlamışdır. Orada ondan heç bir izahat almamışlar. X55rı onun qardaşını tutaraq içəri salmışlar. Özünün də qabağına bir ərizə qoymuşlar. Vərəsəliyin bütün uşaqlar arasında bərabər şəkildə bölünməsi barədə ərizə yazsın. Yazılacağı təqdirdə isə onun qardaşını içəridən buraxacaqdırlar. Onun da qardaşını şər ilə tutmuşdurlar. Polis də ona bildirmiş dir ki, belə bir şeyə icazə yoxdur. Hacı Əbdülün qızı demişdir ki, evə gəlsin və yazsın. O da bildirmişdir ki, gəlib-yazacaqdır. Çünki qardaşı onların əlində olmuşdur. Ondan isə heç bir izahat alınmamışdır. Həmin ev bağışlanan evdir. Hacı Əbdülün bibisi həmin evi vəsiyyətnamə ilə vermişdir. Lakin əl yazısı ilə yazılmışdır. Notarius da olub-olmadığını bilmir. Lakin əl yazısı ilə olan vəsiyyətnaməni bilir. Həmin xanımı sadəcə məhkəmədə görmüşdür. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X56 izahatında bildirdi ki, o evin Zemfira xanıma aidiyyatı yoxdur. Belə ki, Zemfira xanım həmin ünvanda yaşamır. Açarlar Əbdülün birinci nikahdan olan uşaqlarındadır. Onlar bildirmişdir ki, nə üçün onları cavabdeh qismində qeyd etmişlər. Daha sonra da çıxarış vermişlər. Məhkəmə də qəbul etdi ki, onların işə aidiyyatı yoxdur. İş materiallarında da vardır ki, açarı alıb Zemfiraya vermişlər. Yəni onlar Zemfiranı formal olaraq işə qoşmuşdurlar ki, evə daxil olaraq iddiaçını evdən atmışlar. Ev onların tikdikləri evdir. Onların sahibliyində olmuşdur. Kommunal xərclərinə qədər onlar ödəmişlər. Rəsmi bələdiyyə sənədlərinə qədər ev onlarındır. 2008-ci il tarixdən 2020-ci ilə kimi qış və yay aylarında iddiaçı orada mütəmadi yaşamış, Əbdül orada rəhmətə getmişdir. Qonşuların şahid ifadələri də vardır. Onlar fasiləsiz olaraq həmin ünvanda yaşamışlar. Yay aylarında isə xüsusilə heç yerə getməmiş, orada yaşamışlar. Tərəfin arayışı vardır ki, həmin arayış tam olaraq qanunsuzdur. Hələ məhkəmə prosesi getməyən zaman qanunsuz torpaq sahəsinin Hacı Əbdülün istifadəsində olması ilə bağlı, hətta 154 manat borclarının qalması ilə bağlı sənədlər vardır. Hətta onlar o borcu ödəmişlər. Kommunal ödənişlərlə bağlı da müraciət etmişdir. Həmin ödənişlər də onların adına olmuşdur. Əgər Himayəxanımın və yaxud digər bir şəxsin adına olsa idi, o zaman addan-ada keçirilməsinə ehtiyac olmayacaqdır. Çünki orada ümumiyyətlə ev olmamışdır. Dağılmış bir daxma olmuşdur. Hazırki evi də Hacı Əbdül tikmişdir. Çıxarış da 2023-cü il tarixdə əldə olunmuşdur. Ev 2022-ci il tarixdə, məhkəmə mübahisələri dövründə alınmışdır. İddiaçını evdən çıxararkən bir sənəd belə götürməmişdir. İddiaçının öz yaşadığı ev olduğu üçün ümummiyətlə oğurluq faktından söhbət gedə bilməz. Polislər də iddiaçının döyülüb küçəyə atıldığını yazmışlar. Həmiyəxanım 1994-cü il tarixdə ölmüşdür. İddiaçı həmin tarixə kimi Zemfira adlı şəxs tanımamışdır. Hacı Əbdül də digər şəxsləri qəbul etməmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: X10 sədri tərəfindən xx.xx.20222-ci il tarixdə verilmiş arayışa əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 800 m2 torpaq sahəsi və 120 m2 olan fərdi yaşayış evinin sahibi X8 vəfat etdikdən sonra həmin torpaq sahəsinə və evə görə torpaq və əmlak vergisi (o cümlədən digər kommunal ödənişlər, qaz, su və işıq) onun oğlu X28 tərəfindən ödənilmiş və sonradan ödənişlər Cavabdeh Ağabər qızı tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvanlanmış müraciətə cavabdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, X76, ev 4 ünvanına yerləşən 38 nömrəli mənzil 28 saylı DNK-nin 4Ə-27 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə və Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt, X59 qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 73, yeni qaydalarla: AZ 5022, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. X22 tərəfindən verilmiş 305 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 800 m2 torpaq sahəsi və 120 m2 olan fərdi yaşayış evinin sahibi X6 vəfat etdikdən sonra həmin torpaq sahəsinə və evə görə torpaq və əmlak vergisi ( o cümlədən digər kommunal ödənişlər, qaz, su və işıq ) onun oğlu X7 tərəfindən ödənilmiş və sonradan ödənişlər Cavabdeh tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 190-1 nömrəli arayışdan görünür ki, ünvan 8 ünvanında yaşamış xx.xx.1940-cı il təvəllüdlü X63 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda ürək çatışmamazlığı xəstliyindən vəfat etmişdir. X42 vəfatı ilə bağlı hər hansı bir cinayət faktı qeydə alınmamışdır. Sumqayıt Şəhər Prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas X43 tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma müddətində mərhum X42 meyiti müayinə olunmadığına görə və meyitin eksqumasiya olunmasına etiraz olunduğuna görə Ə.Əbdülovun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır. Araşdırma nəticəsində xx.xx.1940-cı il təvəllüdlü X41 06 aprel 2020-ci il tarixdə yaşadığı ünvan 8 ünvanında ölməsində kənar təsirin olması faktı müəyyən olunmamışdır. Qərarın təsviri hissəsində göstərlinlərə əsasən materialda cinayət hadisəsi olmadığından toplanmış 191- C-20 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Sumqayıt şəhəri, Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 17 aprel 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, ünvan 8 ünvanında yerləşən mənzilin X62 və X4 birgə nikah dövründə əldə etdikləri mülk olması səbəbindən xx.xx.2020-ci il tarixdə ünvan 10 ünvanında yaşayan X13 Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə verdiyi məlumat əsasında aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Tərəflər arasında olan məsələnin qanuni həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən, mülki mübahisəli məsələlərə baxmaq ümumi məhkəmə səlahiyyətinə aid olduğuna görə hər iki tərəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Bundan əlavə qeyd olunan şəxslər arasında ziddiyyət var və bununla əlaqədar olaraq tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansısa bir hüquqa zidd əməllərin qarşısının alınması ilə bağlı həmin şəxslər arasında profilaktika artırılmalı və nəzarətdə saxlanılmalıdırlar. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokuroruna və maraqlı şəxslərə göndərilməsi, gələcəkdə baş verə biləcək hər hansısa bir hüquqazidd əməlin qarşısının alınması ilə bağlı qəbul edilmiş qərarın surətinin ərazi sahə rəisinə həvalə edilməsi, toplanmış materialların saxlanılması üçün Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. 10 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X41 əmlakının 12/26 hissəsinə - İddiaçı, X64, X14, X52, X35, X39, X57, X37, X27, X40, X49, X58 vərəsədir. Şəhadətnamə verilən miras əmlak – ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X48 verilmiş **********53-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X76, 12 ünvanında yerləşən ümumi sahəsi 224.2 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. Göstərilən miras əmlakın 14/26 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. 10 dekabr 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə vəfat etmiş – X41 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi, ünvan 12 ünvanında qeydiyyatda olan Əbdülov Hacıəbdül oğludur və o, miras-əmlakdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X48 verilmiş **********53-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X76, 12 ünvanında yerləşən ümumi sahəsi 224.2 kv/m olan qeyriyaşayış sahəsindən ibarətdir. Miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli, AZ-İİ seriyalı, 083818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X62 Bakı şəhərində, ürəyin aterosklerotik xəstəliyi səbəbindən xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 04-cü ayının 14-cü günündə 200 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Təcili və X34 Stansiyası tərəfindən verilmiş 444 nömrəli, 25 fevral 2021-ci il tarixli sorğuya cavabdan görünür ki, Sumqayıt Şəhər Təcili və X34 Stansiyasının müdiriyyəti bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01:45-də ünvan 13 ünvanına 1940-cı il təvəllüdlü X65 adına (adı, soyadı göstərilməyib) tərəfindən 10 çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda hamam otağında meyidini aşkar etmişdir. Yaxınlarının və həyat yoldaşının deməsinə görə mərhum uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkmiş, hamamda yuyunarkən vəziyyəti pisləşib keçinmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmişdir. "xxxx" ASC tərəfindən ünvan 14 ünvanlanmış 01/05-06/315 nömrəli, 24 yanvar 2022-ci il tarixli müraciətə cavabdan görünür ki, Səhmdar cəmiyyətinin elektron bazasında qeyd olunan ünvanda X38 21 iyul 2008-ci il tarixdə, **********01320 nömrəli abunə kodu ilə qeydiyyata alınması barədə məlumat vardır. Bildirilmişdir ki, qeyd olunan ünvanda 21 yanvar 2018-ci il tarixdə “PAUD MP 106” tipli (smart) sayğac quraşdırılmışdır. “Azəriqaz” İB tərəfindən ünvan 14 ünvanlanmış 29 dekabr 2021-ci il tarixli sorğuya cavabdan görünür ki, ünvan 15 ünvanına uyğun kod **********00770 İstehsalat Birliyinin abonentlərin uçotu bazasında Əbdül Əbdülovun adınadır. Sumqayıt şəhəri, X59 qəsəbəsi Bələdiyyəsi tərəfindən Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli 36 saylı arayışından görünür ki, ərizəçinin sorğusuna cavab olaraq ünvan 16 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi və üzərində tikilmiş 90 kv.m fərdi yaşayış evi mərhum X48 məxsus olduğu, həmin torpaq sahəsinin sənədsiz olduğu, halhazırda əmlak və torpaq vergisi üzrə 154 manat (2015-2021-ci illər üzrə) borcun yarandığı bildirilmişdir. İddiaçı nümayəndəsi və vəkili X56 tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2999/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdehlər X18, X44, X45, X29, X15, X19 və X20 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmiş, həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2999/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı 08 fevral 2022ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X4 cavabdehlər X18, X44, X45, X29, X15, X19 və X20 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3073/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar X46, X53, X58, X49, X27, X47, X16 və cavabdeh "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)-6279/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən mübahisəli mənzillərlə bağlı foto şəkillər təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, iddiaçı onun (vərəsə olaraq bu gün mülkiyətçi odur) mülkiyyətində olan əraziyə qanunsuz daxil olan (cinayət əməli sayılan hərəkətə yol verməklə) iddiaçı riyakarcasına onlara məxsus əmlakları ərinin adına çıxmağa çalışır. O, daha əvvəllər də bildirmişdir ki, iddiaçının əri ilə onların daha doğrusu nənəsinin qohumluq əlaqəsi olmuş və onlar mütəmadi olaraq onların bağına istirahət etmişlər. Onlar nəinki orada nəsə inşa etmişlər, əksinə özlərindən sonra, yəni qeyri-insani yaşayışla natəmizlik qoymuş-getmişlər. Ona görə də son vaxtlar onlara o bağa gəlmələrinə də mümkün olduqca imkan verməməyə çalışmışlar. İndi bu onlara məxsus tikililəri ərinin adına çıxır. Özünü imkansız kimi göstərməyə çalışan bu "şəxs" ərində qalan əmlakları, özünün adında olan əmlakları ört basdır etməyə çalışır. Hər bir kəs iddia etdiyinin sübutlarını təqdim etməlidir. Onun sübutu ərazinin və üstündəkilərin mülkiyyətində olduğuna dair dövlət reyestrindən çıxarışdır. Qarşı tərəfin iddiasına dair formal sözlərdən başqa heç bir sübuta istinad edilmir. Bundan başqa eyni idda ilə əvvəl iddaçı ərinin əvvəlki nikahdan olan övladlarına qarşı qaldırmış və həmin məhkəmələrdə də onun iddiası əsassız sayılaraq rədd edilmişdir. Eyni iddia tələbi ilə indi də ona qarşı ssenarisini davam etdirir. İddiaçının istinad etdiyi bütün halların təkzibinə dair yetərincə sübutlar var ki, həmin sübutlar istər bu məhkəməyə istərsə də əvvəlki məhkəmələrə təqdim olunmuşdur. İddiaçı isə yalnız cavabdehin yerini dəyişməklə eyni iddiasını irəli sürmüşdür. Cavabdehlərə münasibətdə formasını dəyişmişdir. Bütün bunlar isə iddiaçının başqasına məxsus əmlakları mənimsəmək niyyətindən irəli gəlir. Məhkəmə iş materiallarını iddiaçının məhkəmə iclasında verdiyi izahata uyğun araşdıraraq hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki,iddiaçı tərəfin istinad etdiyi hallara əsasən fərdi yaşayış evi olmaqla mənzillər tikilmiş, eyni ünvanda yerləşən torpaq sahəsində onlara məxsus olan mənzillər inşa edilmişdir. Cavabdeh məxsus olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunmuşdur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı mərhum X62 ilə rəsmi nikahdan olan arvadı olsa da ailə qanunvericiliyi əsasında iddiaçının və mərhum həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçının bu istəyi qanuni əsaslara söykənməyərək, cavabdehin mülkiyyət hüququndan üstün deyildir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən Cavabdeh isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. İddiaçı mübahisə predmeti olan mənzildə yaşaması, mərhum həyat yoldaşı və uşaqları ilə yaşamasını təsdiq edən mötəbər sübutlar məhkəmə mübahisəsinin predmeti olmamışdır. İddiaçı istinad etdiyi hallara əsasən onun köçüb həmin mənzildə yaşadığı müddətdə, torpaq sahəsi və mənzilə cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bu mənada iddiaçının həyat yoldaşının həmin mənzilldə vəfat etməsi, mənzilin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasına dəlalət etmir. Belə ki, iş materiallarında olan X10 sədri tərəfindən xx.xx.20222-ci il tarixdə verilmiş arayışa əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 800 m2 torpaq sahəsi və 120 m2 olan fərdi yaşayış evinin sahibi X8 vəfat etdikdən sonra həmin torpaq sahəsinə və evə görə torpaq və əmlak vergisi (o cümlədən digər kommunal ödənişlər, qaz, su və işıq) onun oğlu X28 tərəfindən ödənilmiş və sonradan ödənişlər Cavabdeh Ağabər qızı tərəfindən aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan halların mövcudluğunu təkzib edən mötəbər sübutlar təqdim olunmamış, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanlar məhkəmənin iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülahizələrdən ibarətdir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə iddia tələbini işdə olan sübutlara uyğun əsaslandırıb və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürməklə, evdə olan əşyaların ona təhvil verilməsi və sair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürməklə, evdə olan əşyaların ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar