Məhkəmə qərarları › İş №e-2(060)-98/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-98/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-98/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN **********) müstəqil təsərrüfat subyekti olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11A, yeni qaydalarla: AZ5001, ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və tərtib olunmuş nizamnaməyə uyğun olaraq həyata keçirilir. Nümayəndə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanuni təmsilçisidir. Cəmiyyət 10 oktyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11A ünvanında yerləşən bina sakinləri arasında Kooperativ binada mənzil kommunal xidmətləri haqqında müqavilə bağlanmışdır. Bağlanmış bu müqaviləyə əsasən mənzil sahiblərinin öhdəliklərindən biri mənzil kommunal xidmətlərinin haqqının kv.metr üzrə hər ay ödənilməsidir. Bu müddəa bina sakinləri ilə cəmiyyət arasında bağlanmış müqavilənin əsas öhdəliyi olmasına baxmayaraq, bina sakinlərindən bəziləri, yuxarıda göstərilən cavabdehlər mənzil kommunal xidmətlərinin haqlarını ödəməkdən imtina edirlər. Cavaebdehlərə aylıq borclarını ödəmədikləri təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə yazılı xəbərdarlıq etsələr də, yenə də borclarını ödəməkdən imtina etmişlər. Hətta cavabdehlər evə aylıq borcları yarandığı səbəbindən məhkəməyə müraciət etməsi üçün razılıq verib imza da ediblər. Cavabdehlərin yaranmış borcları isə belədir: 1. Cavabdeh5 (mənzil 16) - 1100 manat, Cavabdeh10 (mənzil 17) – 758 manat, Cavabdeh2 (mənzil 22) – 860 manat, Cavabdeh7 (mənzil 29) – 256 manat, Cavabdeh1 (mənzil 71) – 176 manat, Cavabdeh3 (mənzil 81) – 480 manat, Cavabdeh8 (mənzil 114) – 682 manat, Ələskərova Zülfiyyə (mənzil 113) – 270 manat, Cavabdeh4 (mənzil 165) – 732 manat, Cavabdeh9 (mənzil 118)- 1220 manat, ümumilikdə cavabdehlərin 6534 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki, adı çəkilən cavabdehlər bağladıqları müqavilənin şərtlərini kobud şəkildə pozmuş və müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Bir neçə dəfə onlara yazılı və şifahi formada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdehlər öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdehlərin üzərinə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə Kooperativ binada mənzil kommunal xidmətləri haqqında bağladıqları müqavilədən irəli gələn öhdəlikləri üzrə Cavabdeh5 (mənzil 16) - 1100 manat, Cavabdeh10 (mənzil 17) – 758 manat, Cavabdeh2 (mənzil 22) – 860 manat, Cavabdeh7 (mənzil 29) – 256 manat, Cavabdeh1 (mənzil 71) – 176 manat, Cavabdeh3 (mənzil 81) – 480 manat, Cavabdeh9 (mənzil 118)-1220 manat, Cavabdeh8 (mənzil 114) – 682 manat, Ələskərova Zülfiyyə (mənzil 113) – 270 manat, Cavabdeh4 (mənzil 165) – 732 manat olmaqla, ümumilikdə 6534 manat mənzil kommunal xidmətlərinin haqlarının ödəmələri vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 128,88 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər siyahısından Cavabdeh4 çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək iddia tələbinin ona aid hissəsində təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Cavabdeh1 bildirmişdir ki, ev dövlət tərəfindən ona hədiyyə kimi verilmişdir və o, heç vaxt həmin evdə yaşamamışdır. Sözügedən evdə yaşamadığı üçün heç bir kommunal və digər xidmətlərdən istifadə etmir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh8 izahat verərək bildirmişdir ki, sözügedən mənzildə daimi yaşamır. Kommunal xidmətlərlə bağlı ödəniş etməməyinin səbəbi iddiaçının nümayəndəsinə binadakı bəzi məsələlərlə bağlı xəbərdarlıq etsə də, iddiaçının nümayəndəsinin yerinə yetirməməsi ilə bağlıdır. Mənzil çox köhnədir. Dəfələrlə mənzilinə gələn suyu kəsmişlər. Həmçinin bildirir ki, binanın həyətində istirahət etmək üçün heç bir şərait yoxdur. Bina yaşamaq üçün uyğun deyil və kommunal xidmətləri ödəmək üçün heç bir əsas yoxdur. Mənzildə istifadə etdikləri su kəsildikdən sonra iddiaçının nümayəndəsinə xəbərdarlıq etmiş və suyun verilməsini yenidən təmin etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 izahat verərək bildirmişdir ki, o, iddiaçının nümayəndəsinin qeyd etdiyi müqaviləni imzalamamışdır. Belə ki, ona təqdim olunan müqaviləni oxumuş və orada kommunal xidmətlərlə əlaqəli heç bir məlumat öz əksini tapmamışdır. Bu səbəblə o, mənzili almışdır. Hətta qeyd edir ki, o, mənzilinə köçən zaman iddiaçının əməkdaşları mənzildən istifadə etməyinə maneçilik yaratmışlar və mənzildən istifadə etməyi üçün kommunal xidmət haqlarını ödəməyini tələb etmişlər. O, kommunal ödənişlərini etdikdən sonra mənzildə yaşamağa başlamışdır. Müqavilədə olan imza və yazı xətti ona məxsus deyil. Həmçinin bildirir ki, Cəmiyyətin 2022-ci ildə yaradılmasına baxmayaraq, ondan 1000 manatdan çox ödəniş haqqı tələb olunur. Bu qədər xidmət haqqının hesablanması mümkünsüzdür. O, ədalətli şəkildə ödənişlərin bütün ailələr arasında bölünüb o şəkildə ödənilməsini təklif etmiş, lakin iddiaçının nümayəndəsi qəbul etməmişdir. Belə ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçının nümayəndəsinin izahatı əsassızdır. Hazırda yaşadıqları binada lift yararsız vəziyyətdədir. Həmçinin bildirir ki, onun heç bir kommunal borcu yoxdur. Köhnə borcun necə və hansı əsaslarla hesablanması haqqında məlumatı yoxdur. Kommunal ödənişlərini vaxtı-vaxtında ödəyir. Əlavə olaraq da bildirir ki, iddiaçının nümayəndəsi Nümayəndə hansı şəkildə Cəmiyyətin sədri seçilməsindən məlumatları yoxdur. Hətta iddiaçının nümayəndəsi öz vəzifə səlahiyyətlərini doğru şəkildə yerinə yetirmir. 480 manat kommunal borcunun olduğunu etiraf edir. Hər ay vaxtı-vaxtında ödənişləri etmişdir. Lakin bəzi aylar ödənişlər edilməmişdir. Kommunal ödənişləri etməmə səbəbi isə iddiaçının nümayəndəsinin yaşadıqları binanı idarə edə bilməməsidir. Hətta bildirir ki, o, çıxarış aldıqdan sonra çıxarışda yalnışlıqlar olduğunu gördü. Əlavə etdiyi ödənişlərin qalan borc məbləği ilə əvəzləşdirilməsini təklif etsə də, iddiaçının nümayəndəsi bununla razılaşmadı. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh9 izahat verərək bildirmişdir ki, o, sözügedən binada yaşamır. Sonuncu dəfə mənzili 2011-ci ildə təmir etdirmişdir və bundan sonra həmin mənzildə yaşamamışdır. Sözügedən mənzildə 3 ay dostu qalmışdır və bu müddət ərzində ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi onunla əlaqə saxlamış və o, iddiaçının nümayəndəsinə borcun yarı hissəsini verməyi təklif etsə də, iddiaçının nümayəndəsi bununla razılaşmadı. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən (evdə tapmaq olmur və s.) bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

15. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən, Sumqayıt-5 MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş, qeydiyyat nömrəsi: 1122-MM9-0258; təşkilatı hüquqi forması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti; hüquqi ünvanı: ünvan 2t şəhəri, Zülfü Hacıyev küçəsi, 55,M2,m1; fəaliyyət predmeti və məqsədi: yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirillmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir; qanuni təmsilçi: Nümayəndə; qeydiyyata alınmanı hüquqi əsasları: sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər.

16. İş materiallarında olan Cavabdeh9 ilə "xxxx" MMC arasında bağlanmış 18 fevral 2011-ci il tarixli, 15 saylı "xxxx" müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən MMC Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsində yerləşən 10 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşən 118 saylı mənzili payçı Cavabdeh9 təhvil verməyi, payçı isə mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər.

17. İş materiallarında olan Cavabdeh5 ilə "xxxx" MMC arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 82 saylı "xxxx" müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən MMC Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsində yerləşən 10 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzili payçı Cavabdeh5 təhvil verməyi, payçı isə mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər.

18. İş materiallarında olan Cavabdeh10 ilə "xxxx" MTK arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli, 17 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 2 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

19. İş materiallarında olan Cavabdeh5 ilə "xxxx" MTK arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli, 16 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə 01 yanvar 2014-cü il tarixdən 2 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

20. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 15 iyun 2020-ci il tarixli, 22 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 3 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

21. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" MTK arasında bağlanmış 15 iyun 2020-ci il tarixli, 81 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 2 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

22. İş materiallarında olan Cavabdeh8 ilə "xxxx" MTK arasında bağlanmış 15 iyun 2020-ci il tarixli, 114 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 55,80 kv.m mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

23. İş materiallarında olan Cavabdeh6 ilə "xxxx" MTK arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 32 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 2 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

24. İş materiallarında olan Cavabdeh7 ilə "xxxx" MTK arasında bağlanmış 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə 01 yanvar 2014-cü il tarixdən 2 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

25. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli, 150 saylı “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər xx.xx.2014-cü il tarixdən başlayaraq kommunal xidmətlərə görə 1 otaqlı mənzil üçün hər kv.m üçün 0,20 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

26. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 05 mart 2015-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında 18 oktyabr 2013-cü il tarixdən 01 mart 2015-ci il tarixinə qədər yaşayış olmamışdır.

27. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh5 2018-2024-cü il aralığında 1277,50 manat məbləğində borcu vardır.

28. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh8 2018-2024-cü il aralığında 781 manat məbləğində borcu vardır.

29. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh9 2014-2024-cü il aralığında 1331 manat məbləğində borcu vardır.

30. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh6 2022-2024-cü il aralığında 432 manat məbləğində borcu vardır.

31. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 2020-2024-cü il aralığında 960 manat məbləğində borcu vardır.

32. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh10 2015-2024-cü il aralığında 1280 manat məbləğində borcu vardır.

33. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 2022-2024-cü il aralığında 297 manat məbləğində borcu vardır.

34. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh7 2022-ci il üzrə 176 manat məbləğində borcu vardır.

35. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 2020-2024-cü il aralığında 560 manat məbləğində borcu vardır.

36. İş materiallarında olan ünvan 4-nın sakinləri –Qəhrəmanov Xalid (117 saylı mənzil), Dəmirov İsal (mənzil 95), Mehdiyev Samir (mənzil 106), Mehrəliyev Məsləhət (mənzil 103), Həsənov Rəşad (mənzil 88), İmranlı Zahid (mənzil 140), Mustafayev Emin (mənzil 55), Almazov Ceyhun (mənzil 128), Eminov İlkin (mənzil 34), Əzimli Ramil (mənzil 80) və icma sədri Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icmanın sentyabr ayı üçün yığım cəmi 1520 manat olmuşdur ki, bu da sentyabr ayına ümumi xərc 2528 manatdan 1008 manat azdır. Göründüyü kimi 171 mənzili 5 bloklu binanın ötən sentyabr ayının xərclərini (enerji xərcləri, lift servis, təmizlik departamenti, DSMF, ASAn imza xadimə, fəhlələr, inventar, süpürgə, xlor və s.) tam qarşılamaq üçün 1008 manat çatışmır. Hazırda icmanın bəzi üzvlərinin borcu üzrə məhkəmə baxışı keçirildiyi üçün gözləmə mövqeyində olanların ödəniş etmədiyi üçün MMMC-nin buraxılması haqqında düşünülür. Həmişəki kimi borclu sakinlərdən heç biri iclasa qatılmadı və barışıq üçen heç bir addım atılmamışdır.

37. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1808 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 80-ci vərəqəsində olan "xxxx" MTK ilə Cavabdeh5 arasında olan xx.xx.2017-ci il tarixli, 16 saylı kooperativ binada mənzil kommunal xidmətləri haqqında müqavilənin arxa tərəfində “16 saylı mənzilin sahibi Cavabdeh5A” qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

38. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqlarında onların ümumi mülkiyyətdə olan paylarına mütənasib olaraq iştirak etməyə borclu olduqları halda, kommunal xidmətlərdə iştirak etməmiş, bu səbəbdən onların "xxxx" MMMC-yə ödənilməmiş borcları yaranmış, cavabdehlər iddiaçı "xxxx" MMMC tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, borcun ödənilməsi təmin edilməmişdir.

40. Məhkəmə onu da qeyd edir ki, müvafiq müqavilələr hazırki iddiaçı ilə deyil deyil, "xxxx" MTK ilə bağlanılsa da, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMMC xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmişdir.

41. Məhkəmə araşdırması zamanı, habelə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus mənzil təmirsiz vəziyyətdədir, həmin ünvanda heç bir vaxt yaşayış olmamışdır. Hazırda da yaşayış yoxdur.

42. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

43. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh5 münasibətdə təmin edilməməlidir.

44. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 16 saylı “kooperativ binada mənzil kommunal xidmətləri haqqında” müqavilənin üzərindəki imza həqiqətən də iddiaçı Cavabdeh5 tərəfindən icra edilməmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

45. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.

46. Həmin Məcəllənin 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

47. Eyni Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

48. Qeyd olunan Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

49. Həmin Məcəllənin 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir.

50. Eyni Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

51. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

52. Eyni Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

53. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

54. Eyni Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

55. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

56. Eyni Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).

57. Məhkəmə cavabdehlərin etirazları ilə bağlı qeyd edir ki, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmamaları belə onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

58. Qeyd olunan halllarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.”

59. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh10 758 (yeddi yüz əlli səkkiz) manat, Cavabdeh2 860 (səkkiz yüz altmış) manat, Cavabdeh7 256 (iki yüz əlli altı) manat, Cavabdeh3 480 (dörd yüz səksən) manat, Cavabdeh9 1220 (bir min iki yüz iyirmi) manat, Cavabdeh8 682 (altı yüz səksən iki) manat, Cavabdeh6 270 (iki yüz yetmiş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli, cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh9, Cavabdeh8, Cavabdeh6 müştərək qaydada ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli, ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun qalan 58,88 (əlli səkkiz manat, səksən səkkiz qəpik) hissəsi iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə aid edilməli, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə təmin edilməməlidir.

61. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

68. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh10 758 (yeddi yüz əlli səkkiz) manat, Cavabdeh2 860 (səkkiz yüz altmış) manat, Cavabdeh7 256 (iki yüz əlli altı) manat, Cavabdeh3 480 (dörd yüz səksən) manat, Cavabdeh9 1220 (bir min iki yüz iyirmi) manat, Cavabdeh8 682 (altı yüz səksən iki) manat, Cavabdeh6 270 (iki yüz yetmiş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh9, Cavabdeh8, Cavabdeh6 müştərək qaydada ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi alınaraq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Ödənilmiş 128,88 (bir yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun qalan 58,88 (əlli səkkiz manat, səksən səkkiz qəpik) hissəsi iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə aid edilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar