Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1154/2025 03.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Rirudin oğlunun katibliyi ilə Ərizəçi İddiaçı maraqlı tərəf Tərtər rayon Dövlət Notariat Ofisi olmaqla “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı tərəf Tərtər rayon Dövlət Notariat Ofisi olmaqla mərhum nənəsi X15 tərəfindən qoyulmuş mirasın qəbulu barədə ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə daxil olmuş elektron ərizəsindən (vəsatətindən) aydın olur ki, X9, X1, X2, X6 və X3Doğum haqqında Şəhadətnamələrinin və Ölüm haqqında Şəhadətnamələrinin təsdiqlənmiş surətlərini əldə etmək üçün Tərtər rayon Qeydiyyat Şöbəsinə sorğu göndərilməsini, məhkəmə hazırlıq iclası keçirilən vaxtadək həmin sənədlər mülki işə əlavə edilməsini, eyni zamanda hazırda Bakı şəhərində yaşadığına görə məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyindən, onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmənin icraatına elektron qaydada daxil olmuş Tərtər rayonu İlxıçılar kəndində yaşayan X13, X14, X4, X16, Əliyev Rafiq dağbəyi oğlunun və X10 ərizələrindən görünür ki, onlar Tərtər Rayon Məhkəməsinin icraatında olan İddiaçı maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə qarşı “X5 qalmış miras əmlak tələbinə dair” iş üzrə onları mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində mülki məhkəmə icraatına cəlb edilmələri barədə qərardad çıxarılmalarını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş digər vərəsələr Tərtər rayonu İlxıçılar kəndində yaşayan X13, X14, X4, X16, Əliyev Rafiq dağbəyi oğlunun və X10 ərizələrindən görünür ki, məhkəmənin icraatında olan ərizəçi X17 ərizəsi birbaşa onların hüquq və vəzifələrinə, maraqlarına toxunur. Belə ki, iş üzrə tələb yönəldilən miras əmlakın sahibi X15 onların yaxın qohumlarıdır, yəni onlar X7 nəvələri və övladları olaraq, onun miras əmlakının ədalətli şəkildə bölünməsi üçün məhkəməyə müraciət edirlər. Çünki, onlara məlum olmuşdur ki, X7 miras əmlakı ilə bağlı müvafiq ərizə ilə Tərtər rayon Notariat Ofisinə müraciət edilmiş və əmlakın yalnız X22 adına sənədləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin onlar onun nəvələri və övladları olaraq bu mirasın bərabər və ədalətli şəkildə bölünməsini tələb edirlər. Hüquqlarının pozulduğunu nəzərə alaraq, məhkəmədən bu miras əmlakının bərabər və ədalətli şəkildə onlara da paylanmasını xahiş edirlər. Çünki, X11 övladları ilə yanaşı onlar nəvələrin valideynləri vəfat etdiyindən onlar da X7 vərəsələri sayılır və miras şəriki kimi mirasın bölüşdürülməsində iştirak etməlidirlər. Bu səbəbdən də X8 miras qalmış mirasınyalnız ərizəçi İddiaçı adına sənədləşdirilməsinə qəti etiraz edirlər və hesab edirlər ki, həmin miras əmlak ərizəçi ilə yanaşı onların arasında da bərabər nisbətdə bölünməlidir. Beləliklə məhkəmə prosesinin gedişində hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəçinin ərizəsinə baxdıqda hüquq haqqında mübahisə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Tərtər rayon Aqrar islahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Tərtər rayonun İlxıçılar kənd sakini X12 4572.14 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndində göstərilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı (maraqlı tərəf Tərtər rayon Dövlət Notariat Ofisi) “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı tərəf Tərtər rayon Dövlət Notariat Ofisi “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunsun. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1154/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1154/2025
03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver