Məhkəmə qərarları › İş №e-2(061)-1167/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1167/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1167/2025 10.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyi olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin X1 adına qanunsuz qalan aktiv əmək müqaviləsinə elektron qaydada xitam verilərək işçi kimi onun elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirşinin qüvvədən düşmüş hesab edilməsi, silinməsi və əmək haqqının ödənilməsi hərəkətlərini etməyə cavabdehi məcbur edən qətnamə çıxarılması tələbinə dair mülki işə məhkəmə binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyi olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin X1 adına qanunsuz qalan aktiv əmək müqaviləsinə elektron qaydada xitam verilərək işçi kimi onun elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirşinin qüvvədən düşmüş hesab edilməsi, silinməsi və əmək haqqının ödənilməsi hərəkətlərini etməyə cavabdehi məcbur edən qətnamə çıxarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsini, eləcə də özünün qeydiyyat ünvanını ünvan 1anını ünvan 2 bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin ünvanı Bərdə şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşdiyi qeyd edilmişdir. İş üzrə iddiaçı hazırki iddia ilə özünün qeydiyyatda olduğu yer üzrə və ya cavabdehin yerləşdiyi yer üzrə məhkəməyə verməli olduğu halda, Tərtər Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsində göstərilmişdir ki, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbində belə hal mövcud deyildir və bu barədə iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində gəstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qaytarmalıdır. Qanunun tələblərindən görünür ki, iddiaçı iddiasını ərazi aidiyyəti üzrə cavabdehin qeydə alindığı yerin məkəməsinə verməli olduğu halda qanunun bu tələbini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən eilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yaşayış və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununa görə şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer üzrə müəyyən edilir. Hazırda işə baxan məhkəmə hesab edir ki, ərizənin belə vəziyyətdə baxılması MPM-nin aidiyyətlə bağlı qaydaların pozulması ilə nəticələnə bilər. İddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən özünün və ya cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 39, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyi olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin X1 adına qanunsuz qalan aktiv əmək müqaviləsinə elektron qaydada xitam verilərək işçi kimi onun elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirşinin qüvvədən düşmüş hesab edilməsi, silinməsi və əmək haqqının ödənilməsi hərəkətlərini etməyə cavabdehi məcbur edən qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar