Məhkəmə qərarları › İş №e-2(061)-1288/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1288/2025

17.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1288/2025 17.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X18 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 qarşı “vərəsə kimi tanınma, mirasda miras payının həcminin müəyyənləşdirilərək ayrılması” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 qarşı mərhum nənəsi X8 nəvəsi qismində vərəsə olaraq tanınması, X8 miras əmlakı hesab edilən Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsindən qanunvericiliyə uyğun pay nisbətində müəyyənləşdirilərək ona miras payının ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdi ki, mərhum nənəsi X16 xx.xx.1999-cu ildə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində vəfat etmişdir. X8 vəfatından sonra Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsi miras qalmışdır. 02 may 2025-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı Tərtər Rayon Notariat ofisinə müraciət etmiş, müraciətinə 27 may 2025-ci il tarixdə imtina verilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə müraciət edən zaman cavabdehlər Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 miras qoyanın övladı və nəvələri olaraq ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbuluna dair ərizəsinə etirazlarını bildirərək, mirasın bölünməsində onların da payının olduğunu qeyd etmişlər. Məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini baxılmamış saxlamışdır. Nənəsinin ölümündən sonra o Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsini faktiki qəbul etmiş, orada bir neçə dəfə əkin əkmişdir. Sonda İddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı 17 oktyabr 2025-ci il tarixində Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə ilə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Tərtər Rayon Notariat ofisinə, Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, əmisi X5, bibisi X6, X9 öz övladlarının notariat qaydasında təsdiq olunmuş etibarnamələri olmadığı üçün ölüm haqqında şəhadətnamələrin verilməsinin mümkün olmadığı bildirilmişdir. X1 və atası X10 ölüm haqqında arayışları ona verilmişdir. İşdə olan AZ-1 343629 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18 may 2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İİ 151249 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 iyul 1969-cu il tarixdə vəfat etmişdir. İşdə olan 420259 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 fevral 1952-ci ildə anadan olmuşdur. X3, anası X13r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Tərtər rayonu İlxıçılar kəndində X14 4572.14 kvm torpaq sahəsi verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, X16 24 avqust 1999-cu ildə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində ölmüşdür. İddiaçı isə X7 miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi olaraq qəbul etməmişdir. Məhkəmə tətbiq edilməli hüquq normaları ilə əlaqədar qeyd edir ki, X7 qalmış mirasa münasibətdə Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından isə görünür ki, İddiaçı mərhum nənəsi X8 xx.xx.1999-cu ildə ölümündən sonra həmin şəxsdən miras qalmış əmlakı formal olaraq qəbul etməmişdir. Buna görə iddianın faktiki və hüquqi əsaslarının müəyyənləşdirilməsi məqsədi ilə İddiaçı mərhum nənəsi X2 miras qalmış əmlakı faktiki qəbul edib-etməməsi araşdırılmış və bu zaman İddiaçı tərəfindən mərhum nənəsi X2 miras qalmış əmlakı qəbul faktiki qəbul etməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Göründüyü kimi İddiaçı nənəsi X8 miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirməmiş, X8 əmlakını faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. Halbuki, «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «B.Mürsəlovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçının cavabdehlər Tərtər Rayon Notariat ofisinə, Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 qarşı mərhum nənəsi X8 nəvəsi qismində vərəsə olaraq tanınması, X8 miras əmlakı hesab edilən Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsindən qanunvericiliyə uyğun pay nisbətində müəyyənləşdirilərək ona miras payının ayrılması tələbinə dair tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 qarşı mərhum nənəsi X8 nəvəsi qismində vərəsə olaraq tanınması, X8 miras əmlakı hesab edilən Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsindən qanunvericiliyə uyğun pay nisbətində müəyyənləşdirilərək ona miras payının ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar