Məhkəmə qərarları › İş №e-2(061)-187/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-187/2025

14.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-187/2025 14.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 vəkili, vəkalətli nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə cavabdeh X5 iştirakları ilə İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh X6 qarşı cavabdeh Tərtər rayon Sarov kənd qeydiyyatlı X5 mülkiyyət hüququ ilə onlara məxsus Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış 29 may 2024-cü il tarixli 4Ə-567 nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onun xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh X6 qarşı cavabdeh Tərtər rayon Sarov kənd qeydiyyatlı X5 mülkiyyət hüququ ilə onlara məxsus Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 vəkili, vəkalətli nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq cavabdeh, Tərtər rayon Sarov kənd qeydiyyatlı X7 mülkiyyət hüququ ilə onlara məxsus, Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış 29 may 2024-cü il tarixli 4Ə-567 nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, Tərtər rayon Sarov kəndində paylı mülkiyyət əsasında onlara məxsus (həmçinin digər payçılar da daxil) 3,14 ha torpaq sahəsi vardır (paylı şəkildə 6,30 ha hissədə digər payçıların torpaqları özlərindədir). Cavabdeh onlar tərəfindən ona verilmiş xx.xx.2014-cü il tarixli etibarlılıq müddəti 05.08.2-64-cü il tarixə qədər olan mülki etibarnamə əsasında onlara məxsus olan torpaq paylarını öz qızı X1. Bu fakt barəsində onlar bu ilin noyabr ayında xəbərdar olmuşlar. Onlar həmçinin mərhum anaları (xx.xx.2012-ci ildə vəfat etmişdir) X14 düşən payı da onlar vərəsəliklə qəbul etmişlər. Cavabdeh onlara məxsus ümumi 1,05 ha torpaq sahəsini qızına satmışdır. Onlar cavabdehə verdikləri etibarnaməni onlara qarşı olan qanunsuz etibardan sui istifadə hərəkətindən sonra xx.xx.2024-cü il tarixdə ləğv etdirmişlər. Cavabdeh alqı-satqı edərkən torpaq üzərində payları olan digər payçılara münasibətdə onları arzuedilməz vəziyyətə salmışdır. Göstərdiklərinə əsasən cavabdeh Tərtər rayon Sarov kənd qeydiyyatlı X5 mülkiyyət hüququ ilə onlara məxsus Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2, İddiaçı1 vəkili, vəkalətli nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə məhkəmə iclasında göstərmişdir. Tərtər Rayon Məhkəməsində cavabdeh, Tərtər rayon Sarov kənd qeydiyyatlı X7 mülkiyyət hüququ ilə onlara məxsus, Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış 29 may 2024-cü il tarixli 4Ə-567 nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onların xeyrinə tutulmasına dair iddia qaldırmışlar. İddia tələbini müdafiə edir, hesab edir ki, idia tələbi qanuni və əsaslıdır. Belə ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçılara məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi etibarnamə əsasında cavabdehin müvəqqəti istifadəsinə verilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi digər payçıların razılığı olmadan qanunsuz olaraq öz qızı X10 adına notarial qaydada 1,05 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə rəsniləşdirmişdir. Hesab edirlər ki, alqı-satqı müqaviləsi Mülki Məcəllənin 339.0.7 maddəsinin tələbləri baxımından etibarsız əqdlər kateqoriyasına aiddir və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş EQ-92VK-10827/24 saylı elektron vəkil orderinin surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 fərdi vəkil Nümayəndə ilə müqavilə bağlayaraq ona 30 noyabr 2024-cü il tarixli AR-İİİ № ******* və AR-İİİ № 536462 saylı etibarnamələr verərək məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişlər. Cavabdeh qismində məhkəmədə izahat vermiş X17 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2014-cü ildə cavabdehlərdən bir dəfə sənəd almış, eləcə də 2023-cü ildə bir dəfə sənəd almış, bunun da əsasında notariatda alqı-satqı etmişdir. Həmin etibarnamələrdə ona torpaq sahəsini alqı-satqı etməsi ilə bağlı qeyd aparılmışdır. Həmin etibarnamələrlə notariat orqanına müraciət etmiş və torpağı alqı-satqı etmək istədiyini bildirmişdir. Notarius da ona alqısatqının özünün və həyat yoldaşının adına sənədləşdirmək hüququnun olmadığını bildirmişdir. Bu səbəbdən qızının adına sənədləşdirmişdir. Alqı-satqının aparılması onun səlahiyyətləri daxilində olmamış, alqı-satqını notarius aparmış və qanunun tələblərinə uyğun olaraq sənədləşmişdir. Alqı-satqı yekunlaşana yaxın etibarnamənin yarısını ləğv etdirmişlər. Pulunu vermiş və cavabdehlərdən torpaq sahəsi almışdır. Rəsmi qaydada arayışlar da almış, eləcə də şahidləri də vardır. Hətta vətəndaşların da ərizələrini təqdim etmişəm. 20 ildir həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda 2000 manat pulun üzərinə hazırki yeni qiyməti ilə birlikdə qaytaracaqları təqdirdə, torpağı onlara təhvil verməyə hazır olduğunu bildirmişdir. İddiaçı2 torpaq sahəsini ona satarkən maddi vəziyyətinə görə satmışdır. Hazırda maddi vəziyyəti yüksək səviyyədədir. Ona verdiyi pulun üzərinə torpağın hazırki qiymətini gəlməklə pulu verəcəyi təqdidə torpağı özünə verəcəyini bildirmişdir. O, alqı-satqı müqaviləsini qanuni hesab edir, notarius alqı-satqı müqaviləsini qanunun tələblərinə əsasən aparmışdır. Torpağın alqı-satqısı zamanı 1200 manat rüsum ödəmiş və rəsmi prosesləri keçdikdən sonra alqı-satqı etmişdir, əlində qanuni əsası olmuşdur. Heç kimdən zorla etibarnamə almamış, cavabdehlər öz istəkləri ilə 2014-cü ildə və 2023-cü ildə ona etibarnamə vermişlər. O da torpaq sahəsini qanuni əsaslarla sənədləşdirmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, X20 və İddiaçı1 X6 etibarnamə vermişlər. X15 münasibətdə etibarnaməyə qismən xitam verilmişdir. İddiaçı1 münasibətdə isə qüvvədə qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı2 X6 etibarnamə vermişdir. Etibarnamənin məzmunu Tərtər rayonu, Sarov kəndində yerləşən İddiaçı2 məxsus 0,523 ha torpaq sahəsinin üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək girova (ipotekaya) qoymaq və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Xİ-JQ №348791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X20, ana qrafasında X21 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Vİİİ-JQ № 317330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1981-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X20, ana qrafasında X21 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 514640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Sarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 3,14 ha torpaq sahəsi xx.xx.2024-cü ildə X8 mülkiyyətinə 5/30 hissə, X11 mülkiyyətinə 5/30 hissə, X4 mülkiyyətinə 5/30 hissə, İddiaçı1 mülkiyyətinə 6/30 hissə, İddiaçı2 mülkiyyətinə 6/30 hissə, X12 mülkiyyətinə 1/9 hissə, X9 mülkiyyətinə 3/30 hissə payları müəyyən edilmişdir. İş materiallarında olan B№ 055161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, həmin sənəd Tərtər rayon Sarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 3,14 ha torpaq sahəsinə görə İddiaçı2 adına verilmişdir. İş materiallarında olan Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 16 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavabla bağlı məlumatdan görünür ki, Sarov kənd sakini Bəkir Hacıyev və onun ailə üzvlərinə məxsus 3,14 ha pay torpaq sahəsi etibarnamə əsasında Emin Nuriyevin istifadəsində olmuşdur. Eyni zamanda həmin torpağı dövlət tərəfindən ayrılmış subsudiya Emin Nuriyev tərəfindən alınmışdır. İş fəaliyyəti ərzində pambıq əkini ilə bağlı müqavilələrin qeydiyyata alınıb möhürlənməsi zamanı Bəkir Hacıyevin razılığı ilə bağlı dəfələrlə əlaqə saxlamış, fikir bölünməsi zamanı Bəkir Hacıyev ona və ailə üzvlərinə məxsus torpaq sahəsini Emin Nuriyevə satdıqlarını, bu barədə heç bir etirazları olmadığını bildirmişdir. Məlumatda qeyd edilmişdir ki, adı çəkilən torpaq sahəsinin subertizian quyusu olmadığı üçün məhsuldarlıq aşağı səviyyədə olmuşdur. İş materiallarında olan Tərtər rayon Sarov Bələdiyyəsinin verdiyi 31 saylı xx.xx.2024cü il tarixli sorğuya cavabla bağlı məlumatdan görünür ki, Bələdiyyə sədri olduğu müddətdə Bakir Hacıyev və ailə üzvlərinə məxsus 3,14 ha pay torpaq sahəsinin sadələşdirilmiş vergisi kənd sakini Emin Nuriyev tərəfindən ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsi bu günədək Emin Nuriyevin istifadəsində olmuşdur. Məlumatda qeyd edilmişdir ki, adı çəkilən torpaq sahəsinin subertizian quyusu olmadığı üçün məhsuldarlıq aşağı səviyyədə olmuşdur. İş materiallarında olan AN-İ № ******* nömrəli 29 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcılar İddiaçı2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ona verilmiş **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0,5233333 ha, eləcə də İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ona verilmiş **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0,5233333 ha torpaq sahəsini 5400 manata alıcı X2. İş materiallarında olan B№ 081052 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, həmin sənəd Tərtər rayon Sarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 3,14 ha torpaq sahəsinə görə X22 və başqalarının adına verilmişdir. Məhkəmə iddiaçıların vəkili, vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Bəkir Hacıyev xx.xx.2014-cü il tarixdə, İddiaçı2 isə xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş etibarnamələr vermişlər. Etibarnamənin məzmunu Tərtər rayonu, Sarov kəndində yerləşən İddiaçı2 məxsus 0,523 ha torpaq sahəsinin üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək girova (ipotekaya) qoymaq və digər hərəkətləri etməktən ibarət olmuşdur. Sonradan yəni, xx.xx.2024-cü il tarixdə X15 münasibətdə etibarnaməyə qismən xitam verilmişdir. Lakin iddiaçılar tərəfindən verilmiş etibarnamələr torpağın onlara düşən hissəsinin notarial qaydada alqı-satqısına qədər qüvvədə qalmış və etibarnamələrin etibarsız hesab edilməsi barədə notariat ofisinə müraciət edilməmişdir. Həmin etibarnamələrdən göründüyü kimi İddiaçı2 və İddiaçı1 onlara düşən torpaq sahəsini Emin Nuriyevin başqa şəxsə bağışlaması, hədiyyə verməsinə, satmasına və digər hrəkətlər etməsinə görə etibar etmişlər. Bu hallar məhkəmədə elan edilmiş xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışla və xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışla öz təqdiqini tapmışdır. Cavabdeh Emin Nuriyev ona verilmiş etibarnamələrlə İddiaçı2 və İddiaçı1 məxsus mübahisəli 1,05 ha torpaq sahəsini Aydan Nuriyevaya satmışdır. Məhkəmədə elan olunmuş AN-İ № ******* nömrəli 29 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə bu fakt təsdiq olunmuşdur. Həmin müqavilədə tərəflərə alqı-satqının təfərrüatları geniş şəkildə izah edilmiş və satıcının etibarnamə üzrə nümayəndəsi və alıcı tərəf müqaviləni imzalamışdır. Məhkəmə iclasında izahat vermiş iddiaçıların vəkalətli nümayəndəsi Nümayəndə iddiaçıların özlərinə düşən payın cavabdeh Emin Nuriyevin müvəqqəti istifadəinə verdiklərini, Emin Nuriyevin həmin torpaq sahəsinin qızı Aydan Nuriyevə satılmasının qanunusuz olduğunu, alqı-satqıdan digər payçıların məlumatlarının olmadığını bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh Emin Nuriyev izahatında iddiaçılara və ailə üzvlərinə məxsus olan 3,14 ha pay torpaq sahəsini onlardan aldığını, bununla bağlı ona etibarnamələrin verildiyini, bundan iddiaçıların digər ailə üzvlərinin də məlumatı olduğunu, 20 il ərzində həmin torpaq sahəsində istifadə etdiyini, İddiaçı2 və Aynur Niftaılıyevaya məxsus torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə xx.xx.2024-cü il tarixldə Aydan Nuriyevanın adına sənədləşdirildiyini, lakin Bəkir Hacıyevin həmin alqısatqıya qədər etibarnaməni ləğv etdirdiyini, alqı-satqının qanuni aparıldığını, həmin prosesin onun tərəfindən deyil, notarius tərəfindən qanuni şəkildə aparıldığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf göstərdikləri ilə bağlı heç bir sübut və dəlili məhkəməyə təqdim edə bilməmiş, yalnız verilmiş ifadə ilə kifayətlənmişlər. Məhkəmə hesab edir ki, əgər iddiaçı tərəfin dediyi kimi torpaq sahəsini etibarnamə əsasında cavabdehin müvəqqəti istifadəsinə verildiyini bildirsə də həmin vaxt və ya sonralar etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. Bu da onların öz razılıqları ilə həmin torpaq sahəsini cavabdehə satdıqlarına dəlalət edir. Eləcə də iddiaçılar bunu məhkəmədə mübahisələndirməmişlər. Həmçinin alqı-satqı müqaviləsi notarial qaydada aparılmaqla bütün prosedur qaydalara riayət edilmişdir. Alqı-satqı aparılmış və etibar edilən şəxs satıcı, digər tərəf isə alıcı qismində onlara alqı-satqı müqaviləsinin şərtləri izah edildikdən sonra imzalanmışdır. Bundan sonra Aydan Nuriyeva sözügedən torpaq sahəsini adına sənədləşdirmiş və onun adına müvafiq sənəd verilmiş və o həmin torpaq sahəsinin qanuni sahibi kimi torpaq sahəsindən istifadə edir. İddiaçı tərəf mübahisəli torpaq sahəsini cavabdehə uzun müddət istifadəsinə vermələrini göstərsələr də onların arasında aparılan sənədləşmələrdə bu barədə hər hansı bir qeydiyyat aparılmamış, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmamalı, yəni cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Hazırki sənədlərlə aydın olur ki, cavabdehin qəzənın sahibliyi mövcuddur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə itirilmişdir. Həmin torpaq sahəsi etibarnamə ilə Emin Nuriyevə verilmiş, Emin Nuriyev tərəfindən qızı Aydan Nuriyeva ilə aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Aydan Nuriyevanın sahibliyindədir. Göstərilənlərə əsasən iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçıların vəkalətli nümayəndəsi və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh, Tərtər rayon Sarov kənd qeydiyyatlı X7 mülkiyyət hüququ ilə onlara məxsus, Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış 29 may 2024-cü il tarixli 4Ə-567 nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 manat pulun onların xeyrinə tutulması barədə iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh, Tərtər rayon Sarov kənd qeydiyyatlı X7 mülkiyyət hüququ ilə onlara məxsus, Tərtər rayon Sarov kəndində yerləşən 1,05 ha torpaq sahəsi üzərində notarial qaydada bağlanmış 29 may 2024-cü il tarixli 4Ə-567 nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və cavabdeh X3 məhkəmə üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və hüquqi xidmətlər üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun onların xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar