Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-490/2025 13.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı, çavabdeh Cavabdeh qarşı cavabdehin qanunsuz tələb və hərəkətlərinə son qiyulması və qadağan edilməsi ilə əlaqədar qonşuluq hüququ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Cavabdeh onun faktiki istifadə və sahibliyində olan, Tərtər rayon Hüsənli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə qarşı qanunsuz tələb və hərəkətlərinə son qoyulması və cavabdehin onun istifadə və sahibliyində olan 0,10 ha torpaq sahəsi ilə bağlı qonşuluq hüququnu pozan qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə icasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh, hazırki iş üzrə üçüncü şəxs olan, qardaşı X4 qarşı dəfələrlə Tərtər rayon məhkəməsində iddia tələbi ilə müraciət etmişdir ki, giya maşallah cavabdehin qonşusudur və guya Maşallah cavabdehin torpağını zəbt etmişdir. Lakin bütün kənd sakinləri bilmişdir ki, onun qardaşı iş üzrə üçncü şəxs Maşallah Həsənov cavabdehlə qonşu deyil, sadəcə cavabdeh 2022-ci il tarixdə kənd icra nümayəndəsindən saxta bir arayış almış, guya Maşallah onun da qnşusudur. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, cavabdeh onun şəhid anası olmasından çəkinərək, ona verilmiş torpaq sahəsini ələ keçirmək məqsədi ilə qardaşı Maşallahın adını cavabdeh qismində məhkəməyə təqdim etmişdir. Məhkəmə qardaşı Maşallaha verilmiş torpaq səhədini nəzərə almamış və Tərtər rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli qərarı ilə ona Tərtər rayon Hüsənli kəndində yerləşən 0,05 torpaq sahəsinə dair JN 218 A, KOD 61100048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnaməni sənəd olaraq nəzərə almamışdır. Bununla da cavabdehin onun istifadə və sahibliyində olan 0,10 ha torpaq sahəsini ələ keçirməsi üçün qanunsuz tələb və hərəkətləri qardaşına qarşı iddia mübahisələrində cavabdehin xeyrinə təmin olunmuşdur. Baxmayaraq ki, cavabdehin qardaşı Maşallahı yalandan özünün qonşusu göstərərək onun faktiki sahiblik və istifadədə olan 0,10 ha torpaq sahəsini ələ keçirməyi ilə bağlı məhkəmə proseslərində aydınlaşmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-86/2022 saylı qərarı ilə ekspertiza qarşısında qoyulan 1- ci sualda soruşulmuşdur ki, JN 634 A KOD nömrəsi 61101004 saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə göstərilən koordinatlar və islahat xəritəsində göstərilən koordinatlar üst-üstə düşürmü? Təhqiqat aparanlar onların əlində olan torpaq sənədləri ilə ətraflı tanış olmadan rəy yazmışlar. Mütəxəssis rəyi torpaq sahəsinin plan və ölçüsü, koordinatları və sair özündə əks etdirən sənədlərə əsaslanmır. Mütəxəssislər bir tərəfli təhqiqat aparmışlar. Ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqini aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməlidir. Ancaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları sadəcə gəlib aparatla müşahidə aoarıb, lkin iddiaçının tələblərinə uyğun mütəxəsis rəyi yazıb getmişlər. Rəy verməyə gələn mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin işə əlavə edilmiş, qanuni qüvvəsini almış qərarlarındakı mövqelərdə ifadə olunan obyektiv həqiqətlərə göz yummuşlar. Bundan başqa Ali Məhkəmə özünün xx.xx.2011-ci il tarixli, 2(102)-3117/2011 saylı qərarında müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində 0,09 ha torpaq sahəsi vardır və cavabdehin istifadəsində 0,16 ha zəbt həyətyanı torpaq sahəsi vardır. Ancaq hazırda aydın olur ki, Cavabdeh Ali Məhkəmənin qərarında zəbt olaraq qeyd olunan 0,16 ha torpaq sahəsinə çıxarış alaraq ümumi istifadədə olan gediş-gəliş yolunu öz həyətinə daxil edərək, onların öz pay torpaqlarına gedib-gəlməyə maneçilik yaratmaqla yanaşı şəhid ailəsi olaraq ona verilmiş torpağı da əlindən alır. Hətta Ali Məhkəmənin qeyd olunan qərarında Cavabdeh atası X12 tərəfindən 2009-cu ildə zəbt edilmiş və bu gün cavabdeh, Cavabdeh zəbtində olan yolun açılması üçün cavabdehin 2010-cu ildə Azay Məmmədovun 2009cu ildə məhkəmə iddiası əsasında mübahisəli yol aşılmışdır. Beləliklə göründüyü kimi Cavabdeh və onun ailəsi davamlı olaraq elin ümumi istifadəsində olan yolun zəbt edilib öz həyətinə qatmasına qanunsuz olaraq səy göstərmişdir. Bu gün də həmin qanuna zidd və hüquqi əsası olmayan zərərli ailə ənənələrini cavabdeh ona qarşı onun torpağının ələ keçirilməsi üçün davam etdirir. O, təəsüf etmişdir ki, ona verilən torpaqla bağlı sənədləşmə apara bilməmişdir. Cavabdeh həm də bu səbəbdən onu torpağını ələ keçirməyə ciddi cəhd edir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh onun faktiki istifadə və sahibliyində olan, Tərtər rayon Hüsənli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə qarşı qanunsuz tələb və hərəkətlərinə son qoyulması və cavabdehin onun istifadə və sahibliyində olan 0,10 ha torpaq sahəsi ilə bağlı qonşuluq hüququnu pozan qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya qarşı etiraz etdiyini bildirmiş və göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Cavabdeh onun faktiki istifadə və sahibliyində olan, Tərtər rayon Hüsənli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə qarşı qanunsuz tələb və hərəkətlərinə son qoyulması və cavabdehin onun istifadə və sahibliyində olan 0,10 ha torpaq sahəsi ilə bağlı qonşuluq hüququnu pozan qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının geri qaytarılması və baxılmamış saxlanmasını xahiş etsə də o, məhkəməyə ərizə ilə müraciət edərək işə baxılmasını tələb etmişdir. Hazırda idiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. İdiaçı İddiaçı hazırki iddiasına 2022-ci ildə Tərtər Rayon Məhkəməsində baxılmış, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində baxılmış, həmin qərardan kassasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hal-hazırda məhkəmə qətnaməsi icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Odur ki, İddiaçı məhkəmədə ona qarşı qaldırdığı iddia tələbinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci ildə verilmiş 006726 saylı vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı şəhid ailəsi kimi qeydiyyatdadır. İş materiallarında olan Tərtər Rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 15 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər Rayon Hüsənli kəndində yaşayır. İş materiallarında olan Tərtər Rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 314 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 hazırda Tərtər rayon Hüsənli kəndində yaşayır. X1 Hüsənli kənd sakinləri Cavabdeh və X8 ilə qonşuluq əlaqəsi yoxdur. İş materiallarında olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-286A, KOD nömrəsi 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə 0,15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri kimi Cavabdeh və X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Hüsənli kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdən ********** nömrə ilə Cavabdeh adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)- 86/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh ilkin iddia üzrə cababdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar X11, X2, X6 qarşı ona məxsus qanunsuz istifadələrində olan torpaq sahəsinin boşaldılması və onun mülıkiyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Eləcə də ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar X15, X7, X9 və maraqlı şəxs İddiaçı olmaqla ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh qarşı ilkin idianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh əldə etdiyi xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi və ümumi istifadədə olan yolun cavabdeh tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması və ümumi işlək yolun sərhədlərinin müəyyən edilərək ümumi istifadəyə qaytarılması və cavabdehdən 100 manat dövlət rüsumunun onların xeyrinə tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh əldə etdiyi xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış və onun verilməsinə əsas olmuş ilkin sənədlər etibarsız hesab edilmiş, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə qoyulmuş maneələrin aradan qaldıdırlması, ümumi işlək yolun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması hissəsi təmin edilmiş, qarşılıqlı iddianın cavabdehdən 100 manat dövlət rüsumunun onların xeyrinə tutulmasına dair hissəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Alı Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2543/2024 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-14/2024 nömrəli iş üzrə, 05 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh çıxarış Cavabdeh adına olan “Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsinin ümumi istifadə yoluna düşdüyündən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli RN **********06 qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması, ümumi işlək yolun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması hissələrində ləğv edilmiş, həmin hissələr üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-14/2024 nömrəli iş üzrə, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər X15, X7, X9 və maraqlı şəxs İddiaçı olmaqla birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia təmin edilmiş, X10 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********06 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, X1 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və X3 128 kv.metr hissəsindən çıxarılmaları və qarşılıqlı iddianın Cavabdeh 100 manat dövlət rüsumunun X10, X1 və X3 xeyrinə tutulmasına aid olan hissələrinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-14/2024 nömrəli iş üzrə, 05 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 14/2024 nömrəli iş üzrə, 05 mart 2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iddia ərizəini və cavabdehin izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(061)-86/2022 nömrəli qətnaməsinin surətindən və Azərbaycan Respublikası Alı Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2543/2024 nömrəli qərarının surətindən görünür ki, İddiaçı hazırda Cavabdeh qarşı verdiyi iddia tələbi sözügedən qətnamə və qərarda baxılan işlərlə eyni xarakterli olmaqla, mübahisə predmeti olan eyni torpaq sahəsindən bəhs edilməklə, həllini tapmış məsələdir. Beləlkilə İddiaçı hazırda da eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tələblə məhkəmədə iddia qaldırmış, lakin onun tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə qeyd edilənlərə əsasən belə hesab edir ki, əvvələr məhkəmədə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı eyni xarakterli iddia qaldırılmışdır. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(061)-86/2022 nömrəli qətnaməsi ilə iddialara baxılmışdır. Həmin qətnamədən Apellyasiya Şikayəti və kassasiya şikayəti verilmiş, müvafiq qərardad və qətnamə qəbul edilmişdir. Hazırda iddiaçının iddia ərizəsində cavabdehə qarşı verdiyi tələbinin əvvəlki məhkəmə qətnaməsi ilə həll olunduğunu təsdiq edilir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0 maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-in 262.4 maddəsində göstərmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, hazırki mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun faktiki istifadə və sahibliyində olan, Tərtər rayon Hüsənli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə qarşı qanunsuz tələb və hərəkətlərinə son qoyulması və cavabdehin onun istifadə və sahibliyində olan 0,10 ha torpaq sahəsi ilə bağlı qonşuluq hüququnu pozan qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-490/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-490/2025
13.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver